• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 28-10-2026 Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
  • 28-10-2026 Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
  • 28-10-2026 Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - VIDEO
  • 28-10-2026 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
  • 28-10-2026 Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
  • 28-10-2026 Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
  • 28-10-2026 Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
  • 28-10-2026 Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsiqəsi tələbi
  • 28-10-2026 Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir
  • 28-10-2026 Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
  • 28-10-2026 Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib
  • 28-10-2026 Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
  • 28-10-2026 Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
  • 28-10-2026 "3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
  • 27-10-2026 Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
  • 27-10-2026 Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
  • 27-10-2026 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
  • 27-10-2026 Penitensiar xidmətə yeni rəis təyin edildi
  • 27-10-2026 Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
  • 27-10-2026 Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO

XƏBƏRLƏR

    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
15-08-2019, 09:06

Allergiya necə yaranır, müalicəsi nədir, kimlər ehtiyatlı olmalıdır? - HƏKİMDƏN AÇIQLAMA

Allergiya necə yaranır, müalicəsi nədir, kimlər ehtiyatlı olmalıdır? - HƏKİMDƏN AÇIQLAMA

Allergiyası olan şəxslər nəfsinə daim nəzarət etməlidir

Çiyələk və yabanı çiyələk ən allergik giləmeyvədir. Nyus.Az medicina.az-a istinadən bildirir ki, bunu rusiyalı allerqoloq-immunoloq Marina Malinovskaya deyib. Onun sözlərinə görə, çiyələyə allergiyası olan insanlarda bu giləmeyvə qaşınma, asqırma, boğaz qıcıqlanması, səpmə, bronxial astma kimi simptomlara səbəb ola bilər. Həkim körpələrə çiyələk verməməyi məsləhət görüb. Eyni zamanda, daha az allergiyaya səbəb olan giləmeyvələr moruq, qarağat, qaragilə və motmutu hesab olunur.

Qeyd edək ki, son dövrlər insanlar arasında allergiya halları artıb. Hətta mübaliğəsiz demək olar ki, doğulan körpələrin böyük əksəriyyəti allergiyadan əziyyət çəkir. Bir çox hallarda allergiyanı törədən səbəblər barədə məlumatsızlıqdan bu hal daha da ağırlaşır və arzuolunmaz nəticələrə gətirib çıxarır.

Maraqlıdır, allergiya nədir, necə yaranır, hansı hallarda sağlamlığımız üçün təhlükə yaradır, müalicəsi varmı?

Allergiya - orqanizmin allergen adlanan, ətraf mühitdəki bəzi faktorlara (kimyəvi maddələrə, mikroblara, qida məhsullarına və s.) qarşı yüksək həssaslığıdır. Allerqoloq Nahid Məhərrəmov mövzu ilə bağlı açıqlamasında bildirib ki, allergiya - adətən immun sisteminin zəifləməsi nəticəsində yaranır: "Allergiya bəzi heyvanların tükünə, müxtəlif məhsullara, toza, dərmanlara, kimyəvi maddələrə, həşərat sancmasına və bitki tozcuğuna qarşı yarana bilər. Allergiyanı törədən maddələr allergen adlanır. Bəzi hallarda allergik reaksiyalar o qədər zəif təzahür edir ki, hətta siz özünüz də allergiya olduğunuzdan bixəbər ola bilərsiniz".

Allergiyanın çox ağır fəsadlar yarada biləcəyini vurğulayan N.Məhərrəmov qeyd edib ki, bu hal insanda həyati təhlükəyə səbəb ola bilər: "Allergiyaya düçar olan insanlarda anafilaktik şok əmələ gələ bilər - bu, orqanizmin allergenə qarşı son dərəcə kəskin reaksiyası olan ağır patoloji vəziyyətdir. Anafilaktik şok müxtəlif allergenlərdən törəyə bilər: dərman preparatlarından, həşəratların sancmasından, qida məhsullarından. Anafilaktik şok, həmçinin dərinin allergenlə, məsələn, latekslə kontaktından da yaranır".

Həkim deyir ki, qida allergiyası - müəyyən məhsulların törətdiyi və müvafiq simptomlarla müşayiət edilən immun reaksiyadır: "Orqanizm hər hansı bir məhsulu təhlükə hesab edəndə, qida allergiyası yaranır. Bu halda orqanizm özünü qorumaq üçün immun sistemini anticismlər istehsal etməyə məcbur edir. Allergenin bədənə təkrar daxil olduğu halda, immun sistemi o maddəni tez tanıyır və yenidən anticismlər istehsal etməklə dərhal reaksiya verir. Məhz elə bu maddələr allergik simptomlar yaradır".


Allergiya yaradan meyvələr arasında ön sırada yer alan giləmeyvə - hər birimizin çox sevdiyi çiyələkdir. Bu giləmeyvə dadı, ən əsası isə, qoxusuna görə çoxlarının ən sevimli meyvəsidir. Lakin bu giləmeyvə bir tək qoxusu və dadı ilə deyil, orqanizm üçün çox xeyirli və lazımlı vitamin və mikroelemtlərlə zəngin olduğu üçün də faydalı meyvələr sırasına daxildir. Belə ki, çiyələyin tərkibində insan orqanizmi üçün çox lazımlı antioksidantlar və bir sıra vitaminlər var. Bunlar: A, B, E, H və PP qrup vitaminləridir. Xeyirli xüsusiyyətlərinə, həmçinin onun iştah artırması və həzm sisteminə yaxşı təsiri də aid edilir. Həmçinin çiyələk arterial təzyiqi aşağı salma qabiliyyətinə malikdir və ürək-damar xəstəlikləri zamanı xeyirlidir. Bu giləmeyvə susuzluğu yatırır, eyni zamanda sidikqovucu və tərqovucu effektə malik olub, zəngin kimyəvi tərkibə malik olduğu üçün qocalma prosesini zəiflədir və əhvalı yüksəldir. Təəssüf ki, bu qədər xeyirli olan giləmeyvəyə olan allergiya çoxlarına aid edilən bir problemdir. Çiyələk, məsaməli strukturuna görə, yetişmə zamanı özündə çox miqdarda tozcuqlar yığdığı üçün kifayət qədər allergik meyvə sayılır. Bir çox insanlar isə müəyyən bitkilərin çiçəkləməsinə hiperhəssas olduğuna görə, onlarda meyvədə yığılan tozcuqlar sayəsində avtomatik olaraq allergiya yaranır. Allergiyanın əsas əlamətləri boğazda arabir sancma, ağızda qaşınma və şişmə, gözlərin yaşarmağı, asqırmaq və burun tutulması ola bilər. Həmçinin dəridə qaşınma ilə müşahidə olunana səpkilər də allergiyanın əlamətlərinə aiddir. Daha kəskin reaksiyalar qusma, qıcolma, astma tutması, yüksək hərarət və ishal ola bilər. Ən təhlükəlisi isə anafilaktik şokdur. Ümumilikdə isə, bu giləmeyvəyə olan reaksiya, təbii ki, individual olaraq hər kəs üçün fərqlidir.

Amma bir məsələ də var. Tutaq ki, bir şəxsin çiyələyə və ya adı çəkilən digər giləmeyvələrə allergiyası var, amma ürəyindən onu yemək keçir. Bu halda o nə etməlidir?

Nyus.Az bildirir ki, Tibb üzrə ekspert, professor Adil Qeybulla "Kaspi" yə açıqlamasında ilk olaraq meyvələri mövsümündə yeməyi məsləhət gördü: "Bazarda satılan meyvələrin əksəriyyəti xaricdə müxtəlif istixanalarda yetişdirilir. Bu meyvələrin yetişdirilməsi, eləcə də uzun müddət xarab olmamağı üçün müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Təbii ki, bu da son nəticədə insanların zəhərlənməsi ilə nəticələnir. Allergiyası, həssaslığı, immuniteti zəif olan insanların, hamilə qadınların, uşaqların bu cür meyvələri qəbul etməsi məqsədəuyğun deyil. Genetik modifikasiya edilmiş, dərmanla yetişdirilmiş meyvələr bir çox halda həssas insanların bədənində səpgilərin yaranmasına, üzün şişməsinə səbəb olur. Sovet dövründə bazardakı çiyələklərin ölçüləri çox kiçik olurdu. Hazırda satışda olan çiyələklər ondan dəfələrlə böyükdür. Belə meyvələr istixana şəraitində yetişdirilir və insan orqanizmi üçün faydalı deyil. Əhaliyə yerli məhsullardan istifadə etməyi məsləhət görürəm. Yəni, ən azından yedikləri meyvənin yetişdirilmə mühitindən xəbərdar olsunlar".

Ekspert deyir ki, allergiyası olan şəxslər nəfsinə nəzarət etməlidir: "Tam olaraq imtina etmək mümkün deyil. Bütün meyvələrin tərkibində insan orqanizmi üçün önəmli olan vitaminlər var. Amma istənilən halda ehtiyatlı olmaq lazımdır. Allergiyası olan şəxslər kənardan gələn meyvələri yox, sırf yerli şəraitdə becərilmiş meyvələri yeməlidirlər. Yəni, bizim iqlim şəraitimizə uyğun şəraitdə yetişmiş meyvələr yeyilsə, daha yaxşı olar. Allergiyası olan insanlar həmişə diqqətli olmalıdırlar, onlar nəinki yedikləri meyvədən, hətta adicə arı sancmasından belə allergiya ola bilərlər".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az