• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 02-11-2026 APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - DİN
  • 02-11-2026 Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
  • 02-11-2026 Yasamalın bir hissəsində işıqlar kəsiləcək
  • 02-11-2026 Goranboyda ağır qəza: Eyni ailənin 5 üzvü xəsarət aldı
  • 02-11-2026 Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO
  • 02-11-2026 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDRO
  • 02-11-2026 Fədayə Laçın vəfat edən Xalq artistinin arxiv fotosunu paylaşdı
  • 02-11-2026 Paytaxtın 13 küçəsində tıxac var
  • 01-11-2026 Putinin ikibaşlı "Müharibə İstəmirik, amma..." mesajının sirri: Rusiya Avropada "yeni Ukrayna planı"nı artıq işə salıb
  • 01-11-2026 Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
  • 01-11-2026 Ordumuzun Qaragöldəki ayaq səsləri - Ermənistan yenidən silkələnir! - FOTO
  • 01-11-2026 ABŞ Zelenskini G20 sammitinə dəvət edəcək
  • 01-11-2026 Rusiyadan İrəvana gözlənilməz zərbə - yeni səfiri ölkəyə buraxmır
  • 01-11-2026 Türkiyə Qara dənizdən taxıl ixracının bərpa olunmasına çalışır – Fidan
  • 01-11-2026 Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
  • 01-11-2026 Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
  • 01-11-2026 İki cüdoçumuz Avropa çempionu olub
  • 01-11-2026 Sumqayıtda zəncirvari qəza olub
  • 01-11-2026 Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
  • 01-11-2026 “Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında

XƏBƏRLƏR

    Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
    İki cüdoçumuz Avropa çempionu olub
    Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
    “Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
    Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
    “Fənərbağça”dan Messiyə gözlənilməz təklif
    Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
    1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
9-05-2024, 08:41

Xumar Qədimovanın sevdiyi kişi dünyasını dəyişdi

Xumar Qədimovanın sevdiyi kişi dünyasını dəyişdi


Müğənni, bəstəkar, Azərbaycanın əməkdar artisti Xumar Qədimovanın Kult.az-a müsahibəsi:

- Xumar xanım, müsahibələrinizin birində demişdiniz ki, "Ehtirası gizlətmək lazım deyil. Mən həm də çox çılğın bir qadınam". Çılğınlıq deyəndə tam olaraq nə nəzərdə tutursunuz?

- İlk baxışdan düşünülən heç nəyi. Mənim çılğınlığım sadəcə, yaradıcılığımdır. Demişdim ki, mən sevgidə də, dostluqda da, sənətdə də çılğınam. İndi də bu cür düşünürəm və deyirəm.

- Sizi həm uğurlu, həm də gözəl qadın hesab etmək olar. Adətən, belə qadınlara münasibət də birmənalı olmur. Gah qısqanırlar, gah da başqa məqsədlə yaxınlaşırlar. Narahat olmursunuz ki?

- Aldandığım əvvəllər olub, amma çox sevilən qadın olduğum üçün daha aldadılmıram və bundan da heç bir halda narahat deyiləm.

- "Mənim hər addımım puldur" deyirdiniz. Belə çıxır, sizinlə münasibətdə olan şəxs mütləq imkanlı olmalıdır?

- Bu barədə bir neçə dəfə danışmışam. Demişdim ki, mən heç bir halda şəxsiyyəti heç nəyə dəyişmərəm. Amma maddi durum da önəmli məsələlərdəndir. Mənim hər addımım puldur. Amma bu sözümü də səhv anlaya bilərlər. Əlavə olaraq bu barədə nəsə danışmaq istəmirəm.

- Şou-biznes adamları çox vaxt intriqalarla yadda qalırlar. Amma siz bu məsələdə görünmürsünüz. Niyə qıraqda dayanmısınız?

- Qalmaqala ehtiyac duymuram, çünki sənətim var. Davaya ehtiyac duyanlar unudulmaqdan qorxub ortada olanlardır və ya sənətləri yoxdur. Mənim isə belə bir problemim yoxdur.

- Məsələn, kimlər?

- Ad çəkməyəcəm...

- Məşhur adamların şəxsi həyatı da həmişə maralı olub. Hazırda necə, sevgiliniz varmı?

- Xeyr, hazırda sevgilim yoxdur.

- Müğənnilər çox vaxt savadsızlığa, kitab oxumamağa görə gündəmə gəlirlər. Amma siz bu məsələdə də seçilirsiniz. Kimləri oxuyursunuz xarici yazarlardan?

- Mopassan, Viktor Hüqonun romanlarını, bizdən isə Əbdürrəhim bəy Haqverdiyevin hekayələrini çox sevirəm, lakin hazırda Əziz Nəsin və Oshonu paralel oxuyuram. Çalışıram ki, mütəmadi kitab oxuyum. Düşünürəm bu, hər kəsə vacibdir, xüsusi ilə də sənət adamlarına.

- Azərbaycan ədəbiyyatından sevdiyiniz yazıçılar kimdir? Əvvəllər Seymur Baycanı daha çox oxuduğunuzu demişdiniz.

- Azərbaycan ədəbiyyatından mahnılarımda mahir şəkildə məhz mən istifadə etmişəm. Oxuduğum mahnıların bir çoxu şairlərimizin yaradıcılığındandır ki, bunu da hər kəs bilir. Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Xəlil Rza, Molla Pənah Vaqif, Əliağa Vahid, Almas İldırım və möhtəşəm Nizami, Nəsimi bəhrələndiyim ustadlardır. Hazırda isə Məhəmməd Hüseyn Şəhriyar, Cəfər Cabbarlı, Mirzə Ələkbər Sabir, Aşıq Ələsgər, türk ədəbiyyatından Nəcib Fazıl Qısakürək, Nazım Hikmət deyərdim...

- Yaxın vaxtlarda yeni ifa olacaqmı? Məsələn, elə yaradıcılığına müraciət etdiklərinizdən?

- Bəli, qeyd edim ki, artıq Yunus Əmrəyə müraciət etmişəm, o da yaradıcılığından bəhrələnəcəyim şəxslər arasındadır.

- Xumar xanım, tələbə vaxtı özünüzdən çox böyük müəllimi də sevirdiniz. Necə xatırlayırsınız o müəllimi?

- O, hazırda həyatda deyil, vəfat edib. Elə bu yaxınlarda dünyadan köçüb. Xatirələr isə çox kədərlidir. Gəlin, o barədə danışmayaq.

- "Bir də gəlməyəcək mənimtək bir qadın". Yəni necə bir qadın?

- Bir cümlə ilə: Gördüyünüz kimi qadın, elə görmədiyiniz kimi də...

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az