Selena Qomez İsrail-Fələstin münaqişəsindən danışıb
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünya şöhrətli müğənni və aktrisa Selena Qomez ilk dəfə İsraillə Həmas arasında baş verənlərdən danışıb.
Qomez sosial media hesabında "Bütün bu dəhşət, nifrət, şiddət və qorxu məni çox kədərləndirdiyi üçün bir müddət sosial mediadan uzaq oldum" deyib.
Ulduz, "Bütün insanları, xüsusilə də uşaqları qorumalı və yaxşılıq adına şiddətə son qoymalıyıq. Sözlərim və ya bir hashtagım heç vaxt kifayət etməyəcəyi üçün çox təəssüf edirəm. Günahsız insanların yaralanmasını seyr etməyə dözə bilmirəm. Kaş ki, mən dünyanı dəyişə bilərdim, amma sosial mediada yazılanlar bunu etməyəcək" deyib.
Fidan