• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-11-2026 Ölüm, şübhəli əməliyyat və ailəyə təzyiq iddiası!
  • 23-11-2026 "EGE Hospital"dan NARAZILIQ VAR... - edilməyən əməliyyat üçün alınan 6500 manatı qaytarmırlar
  • 23-11-2026 Məktəblərdə payız tətili başa çatdı
  • 23-11-2026 "Hər səhər və axşam təhlükə ilə üzləşirik..." - GİLEY
  • 23-11-2026 Rostovda iki mühüm zavod yanır
  • 23-11-2026 Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
  • 23-11-2026 ABŞ-da 34 ildən sonra ilk – 173 yer onların oldu
  • 23-11-2026 Tramp Avropa ölkələrinə pullarını Ukraynaya deyil, özlərinə xərcləməyi məsləhət görüb – Kürəkəni
  • 23-11-2026 Hörmüzdən bir gündə 114 gəmi keçib - HESABAT
  • 23-11-2026 Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
  • 23-11-2026 Piyada gəzməyin faydası
  • 23-11-2026 Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
  • 23-11-2026 “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
  • 23-11-2026 İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
  • 23-11-2026 Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
  • 23-11-2026 Premyer Liqada yeni tamaşaçı rekordu
  • 23-11-2026 "Barselona" "Vilyarreal"ı məğlub edib
  • 22-11-2026 Ukrayna Baltikdə Rusiya yük gəmisini vurdu
  • 21-11-2026 SON DƏQİQƏ! Əhaliyə sarı xəbərdarlıq edildi
  • 21-11-2026 Yeni nazirin təəccüb doğuran yeni əmri –“Sireni açıq saxlayın!”

XƏBƏRLƏR

    Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
    “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
    Premyer Liqada yeni tamaşaçı rekordu
    "Barselona" "Vilyarreal"ı məğlub edib
    Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
    "Real" Tibo Kurtuanın müqavilə müddətini uzadıb
    Kristiano Ronaldo karyerasında 986-cı dəfə fərqləndi
    Yeni rekord olacaq: Bütün biletlər satıldı
    "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    İnstaqramda hekayələr üçün yeni funksiya
21-11-2026, 08:58

Bakıya qarşı XAİN plan – Qarabağdan gedənlərə görün NƏ verilir

Bakıya qarşı XAİN plan – Qarabağdan gedənlərə görün NƏ verilir


Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin müvəqqəti himayə statusunu bir il müddətinə uzadacaq. Bununla bağlı layihə hökumətin müzakirəsinə çıxarılıb. Respublikanı tərk edərkən “070” kodlu pasport və müvəqqəti “müdafiə şəhadətnaməsi” yalnız birlikdə təqdim edildikdə və istifadə olunduqda etibarlı sayılır.

Bu barədə "Bakı-Xəbər" yazıb. Xəbərə görə, “070” kodlu pasportun etibarlılıq müddəti başa çatdıqda, müvəqqəti “müdafiə şəhadətnaməsi” (qondarma qaçqınlıq) də dəyişdirilməlidir.

Layihədə diqqət çəkən bir neçə məqam var. İlk növbədə Ermənistanın rəsmi dövlət sənədində “Dağlıq Qarabağdan zorla qovulmuş ermənilər” ifadəsinin işlədilməsi diqqət çəkir. Layihədə onların keçmiş Dağlıq Qarabağdakı “yaşayış yerlərindən zorla məhrum edildiyi” iddia olunur. Halbuki ermənilər əraziləri könüllü tərk ediblər.

İkinci diqqətçəkici məqam Qarabağdan köçmüş ermənilərə verilən müvəqqəti müdafiə statusunun növbəti ilin dekabr ayına qədər uzadılmasıdır. Əslində, bu statusun hər il yenilənməsi həmin insanlarda müəyyən gözləntilər yarada bilər. Onlar bunu belə anlaya bilərlər ki, müdafiə statusunun bir il müddətinə uzadılması gələcəkdə Qarabağa qayıdış məsələsinin də gündəmdə saxlanılması deməkdir.

Əgər söhbət yalnız həmin insanların sosial müdafiəsindən, təhlükəsizliyindən və hüquqlarının qorunmasından gedirsə, niyə bu status hər dəfə birillik müddətə uzadılır, daha uzunmüddətli, məsələn, on, iyirmi və ya otuz illik müdafiə mexanizmi nəzərdə tutulmur?



Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Ermənistan hökumətinin Qarabağdan könüllü köçmüş ermənilərə verilən müvəqqəti müdafiə statusunun cəmi bir il uzatması və Ermənistanın rəsmi dövlət sənədində “Dağlıq Qarabağdan zorla qovulmuş ermənilər” və “yaşayış yerlərindən zorla məhrum edildiyi” ifadələri Azərbaycan tərəfində haqlı suallar yaradır: “Burada təkcə humanitar və sosial məsələlər deyil, Ermənistanın məsələyə yenə də siyasi yanaşması, gələcək nəsillərin bu məsələ ilə bağlı təsəvvürlərinin formalaşdırılması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması kontekstində müəyyən siyasi məqamlar da var.

Burada diqqət yetirilməli olan əsas məqam Ermənistanın bu insanları hansı hüquqi və siyasi kateqoriyada təqdim etməsidir. Rəsmi sənədlərdə onların Qarabağdan zorla köçürüldüyünün vurğulanması sadəcə hüquqi terminologiya məsələsi deyil. Bu, eyni zamanda, 2023-cü ilin sentyabr hadisələrinin Ermənistan tərəfindən hansı siyasi və hüquqi çərçivədə təqdim edildiyini göstərir və məkrli niyyətlərdən xəbər verir. Ancaq Ermənistan hökuməti bilməlidir ki, onların hansısa qanun layihələrinə daxil etdikləri hər hansı ifadə və cümlələr nə indi, nə də gələcəkdə Azərbaycan üçün heç bir əhəmiyyət, hüquqi sənəd daşımayacaq.

Ermənistan hökuməti bildirir ki, Qarabağdan köçmüş ermənilərə müvəqqəti müdafiə statusunun verilməsində bir illik müddətlərin seçilməsi statusun müvəqqəti xarakterini saxlayır və həmin ermənilərin Ermənistan vətəndaşlığını qəbul etməsi ilə status bitmiş hesab olunur. Hökumətin layihəsinin əsaslandırılmasında həmin şəxslərin Ermənistan vətəndaşlığı əldə etməsi üçün müraciətlərinin artması xüsusi qeyd olunur. Bu arqumenti bəlkə də qəbul etmək olar. Amma layihədə və digər dövlət sənədlərində “Dağlıq Qarabağdan zorla qovulmuş ermənilər” və “yaşayış yerlərindən zorla məhrum edildiyi” ifadələrinin nə üçün qeyd edildiyinə başqa don geyindirə bilməzlər. Bu ifadələr Azərbaycana qarşı məkrli niyyətlərdən irəli gəlir”. (Musavat.com)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az