• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-11-2026 Ölüm, şübhəli əməliyyat və ailəyə təzyiq iddiası!
  • 23-11-2026 "EGE Hospital"dan NARAZILIQ VAR... - edilməyən əməliyyat üçün alınan 6500 manatı qaytarmırlar
  • 23-11-2026 Məktəblərdə payız tətili başa çatdı
  • 23-11-2026 "Hər səhər və axşam təhlükə ilə üzləşirik..." - GİLEY
  • 23-11-2026 Rostovda iki mühüm zavod yanır
  • 23-11-2026 Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
  • 23-11-2026 ABŞ-da 34 ildən sonra ilk – 173 yer onların oldu
  • 23-11-2026 Tramp Avropa ölkələrinə pullarını Ukraynaya deyil, özlərinə xərcləməyi məsləhət görüb – Kürəkəni
  • 23-11-2026 Hörmüzdən bir gündə 114 gəmi keçib - HESABAT
  • 23-11-2026 Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
  • 23-11-2026 Piyada gəzməyin faydası
  • 23-11-2026 Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
  • 23-11-2026 “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
  • 23-11-2026 İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
  • 23-11-2026 Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
  • 23-11-2026 Premyer Liqada yeni tamaşaçı rekordu
  • 23-11-2026 "Barselona" "Vilyarreal"ı məğlub edib
  • 22-11-2026 Ukrayna Baltikdə Rusiya yük gəmisini vurdu
  • 21-11-2026 SON DƏQİQƏ! Əhaliyə sarı xəbərdarlıq edildi
  • 21-11-2026 Yeni nazirin təəccüb doğuran yeni əmri –“Sireni açıq saxlayın!”

XƏBƏRLƏR

    Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
    “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
    Premyer Liqada yeni tamaşaçı rekordu
    "Barselona" "Vilyarreal"ı məğlub edib
    Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
    "Real" Tibo Kurtuanın müqavilə müddətini uzadıb
    Kristiano Ronaldo karyerasında 986-cı dəfə fərqləndi
    Yeni rekord olacaq: Bütün biletlər satıldı
    "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    İnstaqramda hekayələr üçün yeni funksiya
21-11-2026, 05:30

Xırdalanda qanunsuz qazıntı işləri ciddi narazılıq yaradır: Sakinlər evlərində rahat yaşaya bilmirlər – VİDEO

Xırdalanda qanunsuz qazıntı işləri ciddi narazılıq yaradır: Sakinlər evlərində rahat yaşaya bilmirlər – VİDEO




Bakı şəhərinin yaxınlığında yerləşən Abşeron rayonunun Xırdalan şəhərində aparılan tikinti və qazıntı işləri ilə bağlı sakinlərin narazılıqları səngimək bilmir. Şəhərsalma qaydalarının qorunması, ətraf mühitin mühafizəsi və vətəndaşların rahat yaşayış hüququ ilə bağlı sualların gündəmə gəldiyi bir vaxtda növbəti şikayət İsi Məlikzadə küçəsi, 78 ünvanından daxil olub.

Nyus.Az redaksiyasına müraciət edən sakinlərin sözlərinə görə, bir müddətdir yaşadıqları ərazinin yaxınlığında aparılan qazıntı və söküntü işləri onların gündəlik həyatını ciddi şəkildə çətinləşdirib. Sakinlər bildirirlər ki, gecə-gündüz davam edən ağır texnikanın səs-küyü səbəbindən evlərində rahat otura bilmir, yolların texnika tərəfindən bağlanması ucbatından isə evlərinə daxil olmaqda və ərazidən çıxmaqda çətinlik çəkirlər.

Narazı sakinlərin iddiasına görə, ağır texnikanın intensiv hərəkəti nəticəsində məhəllədaxili yollar da yararsız vəziyyətə düşüb. Lakin onların sözlərinə görə, yaranmış problemlərin aradan qaldırılması istiqamətində indiyədək ciddi tədbir görülməyib.


Məsələnin daha narahatedici tərəfi isə qazıntı işləri zamanı ərazidəki ağacların kəsilməsi ilə bağlıdır.

Sakinlər iddia edirlər ki, çoxsaylı ağaclar məhv edilib, bəziləri isə gecə saatlarında kökündən çıxarılıb. Əgər bu iddialar təsdiqini taparsa, ortaya təkcə şəhərsalma qaydalarının deyil, həm də yaşıllıqların mühafizəsi ilə bağlı tələblərin pozulması məsələsi çıxır.
Sakinlərin sözlərinə görə, qazıntı işləri zamanı yaranan vibrasiya yaxınlıqdakı yaşayış evlərində də hiss olunur. Onlar evlərin divarlarında çatların yaranmasından ehtiyat etdiklərini, hər gün narahatlıq və qorxu içində yaşadıqlarını bildirirlər.

Bəs sakinlərin müraciətlərinə kim cavab verməlidir?

Vətəndaşlar bildirirlər ki, Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də, şikayətlərinə konkret münasibət bildirilməyib. Onların sözlərinə görə, rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qəbuluna düşmək də müşkül məsələyə çevrilib. Sakinlər hesab edirlər ki, vətəndaşların problemlərini dinləməli olan qurumla əlaqə saxlamaq belə çətinləşib.
Müraciət edən şəxslər Rayon Memarlıq İdarəsinə dəfələrlə üz tutduqlarını, lakin hər dəfə məsul şəxslərin yerində olmadığını və tədbirdə olduqlarını eşitdiklərini iddia edirlər. Qazıntı işlərini aparan şəxslərin isə sakinlərə «Memarlıq icazə verib» cavabını verdikləri bildirilir.
Daha ciddi iddialardan biri də işləri həyata keçirən şəxslərin sakinlərə təzyiq göstərməsi və onları hədələməsidir. Bu iddialar da aidiyyəti qurumlar tərəfindən araşdırılmalı, hər hansı qanun pozuntusu aşkar edilərsə, müvafiq tədbirlər görülməlidir.
Məktəbin yaxınlığında tikinti: Uşaqların təhlükəsizliyi necə təmin olunur?
Diqqətçəkən məqamlardan biri də qazıntı və tikinti işlərinin Xırdalan şəhərində yerləşən 11 nömrəli tam orta məktəbin bilavasitə yaxınlığında aparılmasıdır. Sakinlərin sözlərinə görə, ağır texnikanın hərəkəti və yolların bağlanması məktəblilərin gündəlik gediş-gəlişinə də maneələr yaradır.
Onlar ərazidə çoxmərtəbəli yaşayış binasının inşa edilməsinin planlaşdırıldığını bildirirlər. Onsuz da dar olan küçədə yeni çoxmərtəbəli binanın tikilməsi isə mövcud yol infrastrukturuna əlavə yük yaradacağı ilə bağlı ciddi narahatlıq doğurur.
Sakinlər haqlı olaraq sual edirlər: onsuz da hərəkət üçün kifayət qədər şəraiti olmayan bir ərazidə yeni çoxmərtəbəli binanın tikintisinə hansı əsaslarla şərait yaradılır? Ərazinin yol infrastrukturu, yaşıllıq sahələri, məktəblilərin təhlükəsizliyi və mövcud yaşayış binalarının texniki vəziyyəti nəzərə alınıbmı?
Ölkə rəhbərliyi tərəfindən dəfələrlə şəhərsalma qaydalarına riayət olunması, qanunsuz tikintilərin qarşısının alınması və vətəndaşların müraciətlərinə həssas yanaşılması ilə bağlı tapşırıqlar verildiyi halda, Xırdalanda səsləndirilən bu şikayətlər nə üçün hələ də həllini tapmır?
Görəsən, Xırdalanda şəhərsalma qaydalarına nəzarət edən qurumlar hansı mövqedədir? Ağır texnikanın yaratdığı fəsadlara, yaşıllıqların məhv edilməsi ilə bağlı iddialara və sakinlərin təhlükəsizlik narahatlığına kim cavabdehdir?

Nyus.Az olaraq hesab edirik ki, məsələ aidiyyəti dövlət qurumları tərəfindən təxirəsalınmadan araşdırılmalı, qazıntı və tikinti işlərinin qanuniliyinə, müvafiq icazə və layihə sənədlərinin mövcudluğuna, eləcə də ətrafdakı yaşayış evlərinin və məktəbin təhlükəsizliyinə hüquqi qiymət verilməlidir.
Qeyd edək ki, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmayıb. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az