
Bakının Xətai rayonunda qanunsuz hasar sakinin hədsiz narazılığına səbəb olub.
Bu barədə Mia.az-a Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsindəki binada yaşayan sakin Elçin Əliyev məlumat verib.
O bildirib ki, qanunsuz tiklilərlə bağlı FHN və digər aidiyyatı orqanlara saysız şikayətlər yazıb: "Şikayətimə cavabda bildirilib ki, qanunsuz hasar bir ay müddətinə söküləcək. Lakin hasar sökülmədi, FHN rəhbəri Kəmaləddin Heydərov 15 ildir qüsursuz işlədiyim nazirlikdəki vəzifəmdən məni azad elədi..."
Qəsəbə sakini onun mənzilinin qarşısını kəsən hasarın sökülməsi üçün aidyyatı orqanlardan xahiş edib.(dia.az)
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az

























