
" "Rabitəbank"ı hara şikayət edə bilərəm?..
Nyus.Az " "DİA-AZ"-a istinadən xəbər verir ki, bu barədə "AzBank Klubu" sosial qrupundakı paylaşımında Arzu Həsənova adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "E-Manat vasitəsilə 200 manat ödəniş edirəm. Məbləğ hesaba oturmur, amma komissiya dərhal tutulur. Zəng edirəm, bankda problem var. Maraqlıdır, komissiyanı tutmağa gələndə heç bir problem yaranmır, amma ödənişin hesaba köçürülməsinə gələndə bankda problem olur?!
Bu nə dərəcədə düzgündür? İnsanları bu qədər bezdirmək olmaz! Müştərinin pulunu tutursunuzsa, xidmətinizi də vaxtında və düzgün təmin etməlisiniz!!!!"
Nyus.Az


























