• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-11-2026 Güclü külək əsəcək - Xəbərdarlıq
  • 18-11-2026 Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA
  • 18-11-2026 Babək rayonunda sahibkarın tikinti sənədləri niyə verilmir? – İcra hakimiyyətində hansı “OK” gözlənilir?
  • 18-11-2026 Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - VIDEO
  • 18-11-2026 ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
  • 18-11-2026 11 milyon dollarlıq əmlak: Lamin Yamal Şakira və Pikenin evinin yeni sahibi oldu
  • 18-11-2026 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər
  • 18-11-2026 "Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva
  • 18-11-2026 Məşhur aktyor Luis Lorenso həbs edildi
  • 18-11-2026 Eldar İsmayılov təqaüdə göndərilir
  • 18-11-2026 "Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü" - Xuraman Əlizadə
  • 18-11-2026 "Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
  • 18-11-2026 Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
  • 18-11-2026 Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var
  • 18-11-2026 Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
  • 18-11-2026 İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
  • 18-11-2026 Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
  • 17-11-2026 Super soyuq qış gəlir - İllərdir beləsi olmayıb - Tarixdəki ən güclü həddə çatacaq...
  • 17-11-2026 Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
  • 17-11-2026 Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salınıb

XƏBƏRLƏR

    11 milyon dollarlıq əmlak: Lamin Yamal Şakira və Pikenin evinin yeni sahibi oldu
    “Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
    Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
    “Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
    PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
    Zülalla ən zəngin çərəz
    “Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
    Sneyder bu kluba baş məşqçi təyin olundu
    “Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
    Bakıya nə zaman qar yağacaq? - açıqlama
Bu gün, 12:06

Babək rayonunda sahibkarın tikinti sənədləri niyə verilmir? – İcra hakimiyyətində hansı “OK” gözlənilir?

Babək rayonunda sahibkarın tikinti sənədləri niyə verilmir? – İcra hakimiyyətində hansı “OK” gözlənilir?



Ölkədə sahibkarlığın inkişafı, qeyri-neft sektorunun genişləndirilməsi və sahibkarlara əlverişli biznes mühitinin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında sahibkarlara süni maneələrin yaradılmasının yolverilməz olduğunu, dövlət məmurlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etməməli olduğunu xüsusi vurğulayıb.

Lakin bəzi sahibkarların qarşılaşdıqları problemlər bu sahədə hələ də ciddi sualların mövcud olduğunu göstərir.

Nyus.Az-ın redaksiyasına müraciət edən sahibkar Cavanşir Novruzov Babək Rayon İcra Hakimiyyətində üzləşdiyi problemlərlə bağlı narazılığını ifadə edib. Sahibkarın sözlərinə görə, ona məxsus Babək rayonunun Badaşqan kəndində yerləşən, 9,6 sot torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisi üçün bütün layihə sənədlərini hazırladaraq 15 aprel tarixində Babək Rayon İcra Hakimiyyətinə təqdim edib.

Məqsədi isə qanunvericiliyin tələblərinə uyğun şəkildə tikintiyə icazə almaq olub.

Lakin iddiaya görə, müraciətdən sonra aylar keçməsinə baxmayaraq, sahibkarın sənədlərinə müsbət və ya əsaslandırılmış mənfi cavab verilməyib.

“Mənə dedilər ki, hesabı vermədən sənədini ala bilməyəcəksən”

Cavanşir Novruzov bildirir ki, sənədlərini təqdim edərkən bəzi sahibkarlar ona Babək Rayon İcra Hakimiyyətində Ovni Muradovun razılığı olmadan heç bir sənədin verilməyəcəyini söyləyiblər. O isə əvvəlcə bu fikirlərə inanmadığını, məsələnin yalnız qanuni prosedurlar çərçivəsində həll olunacağına ümid etdiyini deyir.

Sahibkarın sözlərinə görə, dəfələrlə icra hakimiyyətinin rəhbərliyinin qəbuluna düşməyə çalışsa da, buna nail ola bilməyib. Daha sonra məktubla və teleqram vasitəsilə müraciətlər ünvanlayıb. Lakin iddia edir ki, bu müraciətlərinə də cavab ala bilməyib.

Nəhayət, çətinliklə Ovni Muradovun qəbuluna düşən sahibkar sənədlərinin niyə rəsmiləşdirilmədiyini soruşub.

Cavanşir Novruzovun iddiasına əsasən, həmin görüşdə ona belə bir cavab verilib:

“Vallah, səlahiyyətli nümayəndə razılıq verməyincə, biz heç bir iş görə bilmirik. Bu razılıq da elə-belə alınmır, yəqin ki, nəyi nəzərdə tutduğumu başa düşürsünüz”.

Sahibkar bildirir ki, bu sözlərdən sonra qarşı tərəfə Prezidentə müraciət edəcəyini söyləyib. Onun sözlərinə görə, Ovni Muradov şikayət etməməsini xahiş edərək 10 gün ərzində məsələni öz imkanları hesabına həll edəcəyinə söz verib.

Cavanşir Novruzov isə bu vədə inanaraq qəbuldan təşəkkür edib ayrıldığını bildirir.

Vəd verilən 10 gün keçdi, bəs sahibkarın sənədləri haradadır?

Sahibkarın sözlərinə görə, sonradan Ovni Muradovun Təhsil Nazirliyində vəzifəyə təyin edildiyini eşidib. Buna baxmayaraq, tikinti sənədləri ilə bağlı problem həllini tapmayıb.

O, bu yaxınlarda yenidən Ovni Muradovla telefon əlaqəsi saxlayaraq əvvəlki vədin yerinə yetirilmədiyini, ona inandığı halda nəticə əldə edə bilmədiyini bildirib.

Cavanşir Novruzovun sözlərinə görə, Babək Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, məsələ hələ də açıq qalır. İddia edir ki, icra hakimiyyətinin memarlıq sahəsində çalışan Hüseyn müəllimi də sənədlərin hazırlanması ilə bağlı ona konkret cavab verməyib və heç kimin ona müvafiq göstəriş vermədiyini bildirib.

Sahibkarın sözlərinə görə, ona əvvəllər müxtəlif şəxslər tərəfindən deyilən fikirlər indi daha ciddi suallar doğurur: görəsən, həqiqətən də hansısa razılıq olmadan sənədlərin rəsmiləşdirilməsi mümkün deyilmi? Əgər belədirsə, həmin razılığın hüquqi əsası nədir?

“Mən hələ buradayam, sabah üz-üzə gələcəyik” – bu sözlər nə demək idi?


Cavanşir Novruzov iddialarında daha bir məqama xüsusi diqqət çəkir. Onun sözlərinə görə, sonuncu telefon danışığı zamanı Ovni Muradov ona hazırkı müavinlə görüşərək məsələsini həll edəcəyini bildirib.

Sahibkar bundan belə qənaətə gəldiyini deyir ki, sənədlərinin rəsmiləşdirilməməsi ilə bağlı digər vəzifəli şəxslərə də hansısa göstəriş verilmiş ola bilər. Lakin bu iddianın təsdiqini tapması üçün aidiyyəti qurumların araşdırma aparması vacibdir.

O, həmçinin qəbul zamanı Ovni Muradovun dəfələrlə “Mən hələ buradayam, sabah üz-üzə gələcəyik, elə olsun ki, söz deyə biləsiniz” ifadəsini işlətdiyini bildirir.

Cavanşir Novruzov sonradan bu ifadələri təzyiq və hədə-qorxu xarakterli sözlər kimi qəbul etdiyini vurğulayır.

Aidiyyəti qurumlar bu iddialara aydınlıq gətirəcəkmi?

Ortaya bir sıra mühüm suallar çıxır:

Sahibkarın 15 aprel tarixində təqdim etdiyi sənədlər niyə indiyədək rəsmiləşdirilməyib?
Tikintiyə icazənin verilməməsinin konkret hüquqi səbəbi varmı?
Sahibkarın müraciətlərinə niyə vaxtında və əsaslandırılmış cavab verilməyib?
Ovni Muradovun adı ilə bağlı səsləndirilən iddialar nə dərəcədə əsaslıdır?
Babək Rayon İcra Hakimiyyətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin qarşılaşdığı problemlərə kim nəzarət edir?
Xüsusilə qeyd edək ki, sahibkarın səsləndirdiyi iddialar ciddi araşdırma tələb edir. Bu səbəbdən Babək Rayon İcra Hakimiyyətinin, eləcə də adı çəkilən şəxsin mövqeyini öyrənmək və məsələyə obyektiv aydınlıq gətirmək vacibdir.

Nyus.Az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sonda sual yaranır: Dövlət sahibkarlara dəstək göstərdiyi halda, ayrı-ayrı məmurların yaratdığı iddia olunan süni maneələrə nə vaxt son qoyulacaq?

Hörmətlə,
Cavanşir Novruzov
Sahibkar



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az