• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 12-11-2026 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib
  • 12-11-2026 Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026 İşlədiyin saata görə maaş alacaqsan - Kimlər daha çox qazanacaq?
  • 12-11-2026 Bakıda böyük söküntü: 3500 manat kompensasiya...
  • 12-11-2026 100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - VİDEO
  • 12-11-2026 Yasamalda qanunsuz tikintilər göbələk kimi artır: Rayon rəhbərliyi niyə susur? – VİDEO
  • 12-11-2026 Azəriqaz-da TAYFA BİRLİYİ - İLGİNC FAKTLAR...
  • 12-11-2026 Azərbaycanda ən yüksək və ən aşağı maaş alan sahələr - Siyahı
  • 12-11-2026 Şəmkirdə ağır qəza: İki nəfər öldü, yaralanan var
  • 12-11-2026 Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat
  • 12-11-2026 Dünya bazarında neftin qiyməti ucuzlaşdı
  • 12-11-2026 General Natiq Əliyevin qızı saxlanıldı
  • 12-11-2026 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - FOTO
  • 12-11-2026 Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
  • 12-11-2026 “Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
  • 12-11-2026 Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
  • 12-11-2026 Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - FOTO
  • 12-11-2026 Azərbaycanda Konstitusiya Günüdür
  • 12-11-2026 Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - VİDEO
  • 11-11-2026 İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

XƏBƏRLƏR

    Bakıya nə zaman qar yağacaq? - açıqlama
    Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
    İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
    “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
    Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
    Ağıllı saatlara görə aksiz vergisi alınacaq
    "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
    "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
    Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
    İki cüdoçumuz Avropa çempionu olub
Bu gün, 15:27

Yasamalda qanunsuz tikintilər göbələk kimi artır: Rayon rəhbərliyi niyə susur? – VİDEO

Yasamalda qanunsuz tikintilər göbələk kimi artır: Rayon rəhbərliyi niyə susur? – VİDEO



Bakının mərkəzi rayonlarından biri olan Yasamalda qanunsuz tikinti iddiaları və şəhərsalma qaydalarının pozulması ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib. Paytaxtın siması, şəhərin memarlıq görünüşü və sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyan bu məsələlərə aidiyyəti qurumların hansı səviyyədə nəzarət etdiyi isə ciddi suallar doğurur.

Ölkə başçısı İlham Əliyev dəfələrlə çıxışlarında məmurlara və dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verərək qanunsuzluqlara, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı prinsipial mövqe nümayiş etdirilməsinin vacibliyini vurğulayıb. Lakin Yasamal rayonunda baş verənlər bu tapşırıqların yerli səviyyədə necə icra olunduğu barədə suallar yaradır.
Belə ki, Nyus.Az-ın redaksiyasına daxil olan video-çəkilişdə Yasamal rayonu, Uluxanlı küçəsi ilə Moskva prospektinin kəsişməsində, Moskva prospekti 57 ünvanında yerləşən “Bəyaz” kafesinin daxilində tikinti işlərinin aparıldığı görünür.
Redaksiyamıza təqdim edilən görüntülərə əsasən, obyektdə həyata keçirilən tikinti işlərinin qanuniliyinin araşdırılmasına ehtiyac var. Əsas sual isə budur: Görəsən, bu tikinti işlərinin müvafiq icazə və layihə sənədləri varmı? Əgər varsa, həmin sənədlər hansı qurum tərəfindən verilib?
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun diqqətinə çatdırmaq istərdik ki, sözügedən ünvanda aparılan işlərdən rayon rəhbərliyinin xəbəri varmı? Əgər xəbər varsa, indiyədək hansı tədbirlər görülüb? Yox, əgər məlumat yoxdursa, bəs ərazidə tikinti işlərinə nəzarət hansı qurumun vəzifəsidir?
Eyni zamanda, Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Vüsal Hüseynovun da mövqeyi maraq doğurur. Görəsən, bu tikinti işləri ilə bağlı qurumun hər hansı məlumatı varmı? Təbii ki, hər hansı şəxsin və ya vəzifəli şəxsin bu prosesə icazə verdiyini iddia etmək üçün əlimizdə təsdiqlənmiş fakt yoxdur. Lakin yaranmış vəziyyət aidiyyəti qurumların aydınlıq gətirməsini zəruri edir.
Diqqət çəkən digər məqam isə tikinti işlərinin Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodun bilavasitə yaxınlığında aparılmasıdır. Bu ərazidə görülən işlərin şəhərsalma, təhlükəsizlik və digər müvafiq tələblərə uyğunluğu da səlahiyyətli qurumlar tərəfindən yoxlanılmalıdır.
Bəs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haraya baxır? Paytaxtın mərkəzində, göz önündə aparılan tikinti işlərinin qanuniliyinə nəzarət hansı mexanizmlərlə həyata keçirilir? Əgər hər şey qanun çərçivəsindədirsə, aidiyyəti qurumlar bunu ictimaiyyətə açıqlamalı, əks halda isə qanun pozuntusu aşkarlandığı təqdirdə müvafiq tədbirlər görülməlidir.
Unutmaq olmaz ki, şəhərsalma qaydaları kiminsə şəxsi maraqlarına uyğun dəyişdirilə bilən normalar deyil. Hər bir tikinti obyektinin arxasında qanun, layihə, icazə və məsuliyyət dayanmalıdır.
Nyus.Az olaraq Yasamal Rayon İcra Hakimiyyətindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və digər aidiyyəti qurumlardan Moskva prospekti 57 ünvanında aparılan tikinti işlərinə aydınlıq gətirmələrini gözləyirik.
Məsələ redaksiyamızın diqqətindədir. Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az