• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 12-11-2026 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib
  • 12-11-2026 Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026 İşlədiyin saata görə maaş alacaqsan - Kimlər daha çox qazanacaq?
  • 12-11-2026 Bakıda böyük söküntü: 3500 manat kompensasiya...
  • 12-11-2026 100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - VİDEO
  • 12-11-2026 Yasamalda qanunsuz tikintilər göbələk kimi artır: Rayon rəhbərliyi niyə susur? – VİDEO
  • 12-11-2026 Azəriqaz-da TAYFA BİRLİYİ - İLGİNC FAKTLAR...
  • 12-11-2026 Azərbaycanda ən yüksək və ən aşağı maaş alan sahələr - Siyahı
  • 12-11-2026 Şəmkirdə ağır qəza: İki nəfər öldü, yaralanan var
  • 12-11-2026 Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat
  • 12-11-2026 Dünya bazarında neftin qiyməti ucuzlaşdı
  • 12-11-2026 General Natiq Əliyevin qızı saxlanıldı
  • 12-11-2026 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - FOTO
  • 12-11-2026 Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
  • 12-11-2026 “Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
  • 12-11-2026 Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
  • 12-11-2026 Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - FOTO
  • 12-11-2026 Azərbaycanda Konstitusiya Günüdür
  • 12-11-2026 Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - VİDEO
  • 11-11-2026 İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

XƏBƏRLƏR

    Bakıya nə zaman qar yağacaq? - açıqlama
    Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
    İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
    “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
    Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
    Ağıllı saatlara görə aksiz vergisi alınacaq
    "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
    "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
    Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
    İki cüdoçumuz Avropa çempionu olub
Bu gün, 15:55

Bakıda böyük söküntü: 3500 manat kompensasiya...

Bakıda böyük söküntü: 3500 manat kompensasiya...


Böyükşor ətrafında həyata keçirilməsi nəzərdə tutulan layihələr və ərazidə aparılacaq mümkün söküntü işləri diqqət mərkəzindədir.

Həmin ərazidə yaşayan sakinlərə nə qədər kompensasiya ödənilə bilər? Yaxın ərazilərdə nə qədər bahalaşma gözlənilir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə təqribən 388 hektarlıq böyük layihənin icrası nəzərdə tutulur:

"Burada həm rezidensiyalar, həm yaşayış binaları, həm də müxtəlif komplekslər inşa ediləcək. Müasir dövrün 15 dəqiqəlik şəhər modelinə uyğun yanaşma tətbiq olunacaq. Yəni həmin ərazidə yaşayan sakinlər 15 dəqiqəlik məsafədə bütün zəruri istehlak və digər tələbatlarını ödəyə biləcəklər. Bunun üçün müvafiq obyektlər, klinikalar, təhsil müəssisələri və digər infrastruktur yaradılacaq. Eyni zamanda, həmin istiqamətdə böyük yol qovşağının inşası da gözlənilir. Əslində, kifayət qədər genişmiqyaslı layihədir. Onun icrası üçün həmin ərazidə yerləşən həm yaşayış, həm də qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin və obyektlərin köçürülməsi zərurəti yaranır".

Sədr qeyd edib ki, kompensasiya məbləği ölkəmizdə üç fərqli üsulla müəyyən edilir:

"Birinci halda, məbləğ Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən müəyyən olunur. İkinci halda, müvafiq icra orqanının keçirdiyi satınalmada qalib gələn şirkət tərəfindən hesablanır və qiymətləndirilir. Üçüncü variant isə investorla vətəndaş, yəni sakinlər arasında aparılan danışıqlar əsasında qarşılıqlı razılaşma yolu ilə müəyyən edilməsidir. Bu məsələdə iki variantın daha real olduğunu düşünürəm. Nəzərə alsaq ki, söhbət qlobal və genişmiqyaslı layihədən gedir, yəqin ki, kompensasiya ya Nazirlər Kabinetinin müvafiq komissiyasının qərarı ilə müəyyən olunacaq, ya da müvafiq icra qurumu tərəfindən satınalma keçiriləcək və qalib şirkət tərəfindən hesablanaraq qiymətləndiriləcək. Mənim təxminlərimə görə, ərazi kifayət qədər geniş olduğundan burada qiymətlər də fərqli olacaq. Yola yaxınlıq, eləcə də ərazinin investisiya cəlbediciliyi baxımından fərqləri nəzərə alsaq, yaşayış sahələri üçün kompensasiya məbləğinin təqribən 1500-2000 manat aralığında olacağını ehtimal edirəm. Qeyri-yaşayış sahələri üçün isə obyektin yerləşməsindən və digər xüsusiyyətlərindən asılı olaraq bu məbləğin 2500-3500 manat arasında müəyyən edilə biləcəyini düşünürəm. Fərqli yanaşmalar da tətbiq oluna bilər. Məsələn, həmin ərazidə yerləşən obyektlərin sahiblərinə alternativ ərazilərdə obyektlər təqdim edilə bilər. Bu, mənə görə, iqtisadi baxımdan daha əlverişli variant hesab oluna bilər. Təbii ki, bütün bu məsələlər müvafiq dövlət qurumları və layihənin icraçıları tərəfindən müəyyənləşdiriləcək. Bizim səsləndirdiyimiz fikirlər yalnız peşəkar ehtimallardır. Zaman keçdikcə dövlət qurumlarının qəbul edəcəyi müvafiq qərarlarla bu ehtimallar ya təsdiqlənəcək, ya da fərqli yanaşma ortaya qoyulacaq".

Vüqar Orucun fikrincə, həmin ərazidə həyata keçiriləcək layihə paytaxtda çox böyük dəyişikliklərə səbəb olacaq:

"Bu, həm Ziya Bünyadov və Heydər Əliyev prospektləri baxımından, həm də ətraf ərazilərdə yerləşən torpaq sahələrinin qiymətlərinin artması baxımından əhəmiyyətli təsir göstərəcək. Başqa sözlə, layihənin icrası daşınmaz əmlak bazarında ciddi canlanma və qiymət dəyişiklikləri yaradacaq. Biz onsuz da Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq proqnoz vermişdik ki, 2027-ci ildə daşınmaz əmlak bazarında selektiv, yəni seçmə qiymət artımı müşahidə olunacaq. Həmin qiymət artımının baş verə biləcəyi ərazilərdən biri də məhz Böyükşor gölü ətrafıdır. Layihənin icrası müddətində ona qonşu ərazilərdə, eləcə də layihənin həyata keçirildiyi ərazidə ciddi qiymət artımının müşahidə olunacağını düşünürəm".

Qeyd edək ki, noyabrın 4-də Bakı Ekspo Mərkəzində açılan "AIREX 2026" sərgisində Birləşmiş Ərəb Əmirliklərinin "Modon Holding" şirkəti Böyükşor gölü ərazisinin inkişaf konsepsiyasını təqdim edib. Bu layihə çərçivəsində metronun "Koroğlu" stansiyasının və Böyükşor gölünün yaxınlığında 6,7 hektar ərazini əhatə edən "Luna Garden" yaşayış kompleksi inşa olunacaq. Ərazisinin 60 faizi yaşıllıqdan ibarət olacaq 9 binalı kompleksin daxilində metronun yeni çıxışı da yerləşəcək.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az