• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 12-11-2026 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib
  • 12-11-2026 Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026 İşlədiyin saata görə maaş alacaqsan - Kimlər daha çox qazanacaq?
  • 12-11-2026 Bakıda böyük söküntü: 3500 manat kompensasiya...
  • 12-11-2026 100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - VİDEO
  • 12-11-2026 Yasamalda qanunsuz tikintilər göbələk kimi artır: Rayon rəhbərliyi niyə susur? – VİDEO
  • 12-11-2026 Azəriqaz-da TAYFA BİRLİYİ - İLGİNC FAKTLAR...
  • 12-11-2026 Azərbaycanda ən yüksək və ən aşağı maaş alan sahələr - Siyahı
  • 12-11-2026 Şəmkirdə ağır qəza: İki nəfər öldü, yaralanan var
  • 12-11-2026 Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat
  • 12-11-2026 Dünya bazarında neftin qiyməti ucuzlaşdı
  • 12-11-2026 General Natiq Əliyevin qızı saxlanıldı
  • 12-11-2026 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - FOTO
  • 12-11-2026 Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
  • 12-11-2026 “Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
  • 12-11-2026 Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
  • 12-11-2026 Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - FOTO
  • 12-11-2026 Azərbaycanda Konstitusiya Günüdür
  • 12-11-2026 Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - VİDEO
  • 11-11-2026 İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

XƏBƏRLƏR

    Bakıya nə zaman qar yağacaq? - açıqlama
    Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
    İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
    “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
    Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
    Ağıllı saatlara görə aksiz vergisi alınacaq
    "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
    "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
    Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
    İki cüdoçumuz Avropa çempionu olub
Bu gün, 10:27

Azəriqaz-da TAYFA BİRLİYİ - İLGİNC FAKTLAR...

Azəriqaz-da TAYFA BİRLİYİ - İLGİNC FAKTLAR...


"Azəriqaz İstehsalat Birliyində köhnə rəhbərlik dəyişsə də, özlərini hələ də “Kolanı klanı”nın başçıları hesab edən Cahid Hüseynov və Xəqani Bəşirli faktiki olaraq əvvəlki təsir imkanlarını qoruyub saxlayıblar. Klan mübarizəsi isə əvvəlki kimi davam edir..."

Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Əkbər Hacıyevin idarəçilik dövründən fərqli olaraq, hazırda Xəqani Bəşirli və Cahid Hüseynovun özlərinə yaxın şəxsləri peşəkarlıq və iş bacarığına görə deyil, şəxsi tanışlıq və yaxınlıq prinsipi əsasında himayə etdikləri, eyni zamanda mühüm vəzifələrə yerləşdirdikləri barədə ciddi iddialar səsləndirilir.
Ən çox kiçik həcmli istixanaların olduğu region Salyan Regional Qaz İstismar İdarəsidir. Cahid Hüseynov ora özünün kadrı olan Nemət Haqverdiyevi yerləşdirib, çünki həmin regionda qazanc digərlərindən daha çoxdur. İddialara görə, köhnə region rəisi Cahid Hüseynovla haqq-hesab məsələsində dürüst davranmadığına görə Nemət Haqverdiyev ora region rəisi təyin edilib.
Belə ki, Nemət Haqverdiyev bir neçə rayonda baş mühəndis işlədiyi vaxt kobudluğuna görə fəhlələr tərəfindən döyülüb. Bunu bütün Azəriqaz bilir. Amma Cahid Hüseynovla onun qeyri-rəsmi qohumluğu olduğu üçün Hüseynov onu hər zaman qoruyur. Yalnız paytaxtdan uzaqda olmaq şərti ilə. Bunun səbəbini Azəriqaz işçiləri daha yaxşı bilir.
Əslində, deyilənlər düz çıxsa, Cahid Hüseynov kimi rəhbərlər dərhal işdən uzaqlaşdırılmalıdır. Həm də Cahid Hüseynovun öz istixanaları Salyan rayonunun Qaraçala kəndində yerləşir. Düzdür, o, taktiki gediş edərək istixanaları qohumlarının adına rəsmiləşdirib. Məsələn, Salyan Regional Qaz İstismar İdarəsinə tabe olan Şirvan Xidmət Sahəsində satış rəisi işləyən qardaşı oğlu Hüseynzadə Ceyhun Cavanşir oğlunun adına istixana rəsmiləşdirib. Həm də Azəriqaz 10 000 AZN borclu vəziyyətdə işləyir. Halbuki vətəndaşın 20 AZN borcu olan kimi qazını kəsirlər.
Cahid Hüseynov təkcə bununla kifayətlənmir, Zaqatala Regional Qaz İstismar İdarəsinin rəisinə də daydaylıq edir. Ağsu Regional Qaz İstismar İdarəsinə tabe olan Şamaxı Xidmət Sahəsində də rəhbər vəzifədə işləmək üçün Cahid Hüseynovun qılıncının altından keçməlisən. Belə ki, orada istirahət zonalarında yerləşən kəndlərdə Cahid Hüseynovun və qohumlarının villaları mövcuddur.
Elə həmin villada Cahid Hüseynova xidmət etdiyi üçün çilingər peşəsindən sürətlə mühəndis, qəza-bərpa rəisi, sonra isə Göyçay Xidmət Sahəsinin, daha sonra Ucar Xidmət Sahəsinin rəisi olan, orada yol verdiyi ciddi nöqsanlara görə əmək müqaviləsinə xitam verilmək əvəzinə, Cahid Hüseynovun tapşırığı ilə Xəqani Bəşirlinin göstərişi əsasında Kürdəmir Xidmət Sahəsinə xidmət rəisi təyin olunan Mehdiyev Məlikməmməd Cahid Hüseynov üçün vazkeçilməz kadrdır.
Təsadüfi deyil ki, Şamaxı, Göyçay və Ucar rayonlarında qanunsuz qaz birləşmələrinin yerdəyişməsi, Azəriqazın daxili terminologiyasında «arka» adlandırılan əməliyyatlar üzrə Məlikməmməd Mehdiyev xüsusi peşəkarlıq qazanmışdı. Daha diqqətçəkən məqam isə budur ki, həmin «arka» əməliyyatlarının həyata keçirilməsi üçün icazələri Cahid Hüseynovdan alırmış. Ucarda bu məsələnin üstü açıldıqdan sonra isə Xəqani Bəşirli və Cahid Hüseynovun ətrafı Məlikməmməd Mehdiyevi tələsik şəkildə bir pillə aşağı vəzifəyə yerləşdirdilər.
Belə ki, bu günlərdə Xəqani Bəşirli və Cahid Hüseynov klanı Məlikməmməd Mehdiyevi Şamaxıya qəza-bərpa xidmətinin rəisi, daha sonra isə hazırkı sahə rəisi təqaüdə göndərildikdən sonra həmin sahənin rəisi təyin etmək üçün yol xəritəsi hazırlayırlar.
Ən maraqlı məqam isə budur ki, qeyri-iş günlərində Məlikməmməd Mehdiyev Buludlara yaxın restorana gedən yolda yerləşən Cahid Hüseynovun villasında Xəqani Bəşirli və Cahid Hüseynova qulluq edir.
Məlikməmməd Mehdiyev Şamaxı şəhərində qəza-bərpa xidmətinin rəisi və sahə rəisi əvəzi işlədiyi müddətdə Cahid Hüseynovun himayəsindən istifadə edərək ciddi özbaşınalıqlara yol verib. Həmin dövrdə heç bir rəhbərlik ona irad bildirməyə cürət etməyib. Bunun səbəbi isə onun hər yerdə açıq şəkildə belə deməsi olub: «Gördüyüm bütün işlərlə bağlı Cahid müəllimdən dobro almışam, mənə yaşıl işıq yandırılıb». Çünki o, Cahid Hüseynovla hər zaman öz aralarında haqq-hesab apardığını bildirirmiş.
Azəriqaz İstehsalat Birliyində hələ də köhnə rəhbərlikdən miras qalan «Kolanı klanı»nın əlində ciddi təsir rıçaqları mövcuddur. Məsələn, «istixana kralı» Cahid Hüseynov, «evlər kralı» isə Xəqani Bəşirli kimi təqdim olunur. Aylıq əməkhaqqı ilə dolanan insanların həyat səviyyəsinin hansısa oturuşmuş oliqarxın həyat səviyyəsi ilə eyni olması barədə ciddi suallar yaranır.
Hətta elə bir mənzərə formalaşıb ki, «Kolanı klanı»na mənsub olduğu iddia edilən hər hansı Azəriqaz əməkdaşı barəsində şikayət daxil olduqda, Xəqani Bəşirli və Cahid Hüseynov həmin şəxsi cəzalandırmaq əvəzinə, daha yüksək vəzifəyə irəli çəkirlər. Bu isə kadr siyasətində şəxsi yaxınlığın və himayədarlığın nə dərəcədə rol oynadığı barədə ciddi şübhələr yaradır.
Maraqlı məqamlardan biri də odur ki, Cahid Hüseynovun davranış və fəaliyyət tərzini Məlikməmməd Mehdiyev həm iş mühitində, həm də işdən kənar həyatında sanki nümunə götürərək tətbiq edir. Bir növ, özünün fikir ağası hesab etdiyi şəxsi təqlid edir. Azəriqaz daxilində hər iki şəxs haqqında oxşar məzmunlu iddialar səsləndirilir. Bəlkə də, Məlikməmməd Mehdiyev özünün «daydayı» hesab etdiyi Cahid Hüseynova güvənərək bu cür davranır.
Bu günlərdə Cahid Hüseynovun göstərişi ilə Xəqani Bəşirlinin bütün sözükeçən şəxsləri səfərbər edərək Məlikməmməd Mehdiyevin Şamaxıya yerləşdirilməsi üçün hərəkətə keçdiyi bildirilir. Hazırda Şamaxı Xidmət Sahəsinin rəisinin təqaüd yaşına az qalması da bu məsələdə diqqətçəkən məqamlardandır. Eyni zamanda, onun əmisi oğlunun Şamaxıda güc strukturlarından birində mühüm vəzifə tutduğu üçün hazırkı rəisin vaxtından əvvəl vəzifədən uzaqlaşdırılmasının mümkün olmadığı barədə məlumatlar var.
Bu səbəbdən ilkin mərhələdə Məlikməmməd Mehdiyevin xidmət rəisi, daha sonra isə sahə rəisi vəzifəsinə yerləşdirilməsi planlaşdırılır. İddialara görə, bunun müqabilində Mehdiyev də onlara mütəmadi olaraq xidmət göstərəcək.
Cahid Hüseynov və Xəqani Bəşirli işlərinə yarayanda özlərini Şamaxılı, Kolanı kimi təqdim edir, yeni rəhbərliyin işləri düşəndə isə Rövşən Nəcəfə yaxınlıq və yerliçilik görüntüsü yaratmaq məqsədilə Salyanlı olduqlarını vurğulayırlar...."
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az