• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
27-08-2026, 09:51

“Beyin çürüməsi” əsrində diqqəti cəmləməyin yolları

“Beyin çürüməsi” əsrində diqqəti cəmləməyin yolları


Mütəxəssislərə görə diqqəti cəmləməyin çarəsi beyini məcbur etmək deyil, dincəltmək ola bilər.

Heç elə olubmu ki, yorğun halda ekrana baxıb qalmısınız, məlumat bombardmanı və sayısız qıcıqlandırıcı səbəbdən özünüzü keyimiş kimi hiss etmisiniz? Bəs dincələrkən belə telefona baxdmısınız və ya e-poçtları yoxlayarkən səhifələr arasında itib-batmısınız?

Bəziləri bunu "TikTok beyni" adlandırır, digərləri isə "beyin çürüməsi". Adı nə olursa olsun, bu vəziyyət məhz 21-ci əsrə xas bir dərddir. Sosial şəbəkələrdə bir-birinə aidiyyatı olmayan sayısız qısa və mənasız videonu ard-arda izləməkdən qaynaqlanır.

Nyus.Az xəbər verir ki, beynimiz davamlı olaraq az-az dopamin almağa öyrəşdiyi üçün bir məzmuna üç-beş saniyədən çox diqqət yetirmək getdikcə çətinləşir. Bu problemlərdən əziyyət çəkən insanlar kitab oxuya bilmir, hətta tammetrajlı bir filmi başdan-sona izləyə bilmirlər.

"Diqqət Müddəti" adlı kitabın müəllifi Qloriya Mark "Mümkün qədər uzun müddət diqqətini cəmləyə bilmək üçün sərhədlərimizi zorlamalı olduğumuz düşüncəsi böyük bir mifdir" deyir.

Müxtəlif diqqət növləri var. Məsələn, bir işlə uzun müddət qopmadan məşğul ola bilmə bacarığı "davamlı diqqət" adlanır, aidiyyatı olmayan detallara fikir vermədən müəyyən bir məlumata diqqət yetirmə qabiliyyəti isə "seçici diqqət" adlandırılır.

Bir də zehnimizi xeyli çətinə salan diqqət növləri var. Məsələn, işlər arasında sürətli keçid etməyə imkan verən "dəyişkən diqqət" və bir çox işi eyni vaxtda görməyimizi təmin edən "bölünmüş diqqət".

Bütün bu mexanizmi beynin komanda mərkəzi idarə edir; yəni icraedici funksiyalardan məsul olan prefrontal korteks. Nəticədə zehni yorğunluq hissiyyatının səbəbi beynin bu bölgəsinə gedən qan miqdarının azalması olur.

Xoşbəxtlikdən sözügedən zədə qalıcı deyil. İnsan beyninin diqqətini cəmləmək qabiliyyəti insanların axşamlar saatlarla roman oxuduğu və ya toxuculuq etdiyi 19-cu əsrdəki gücünü qoruyub saxlayır.

Əlbəttə, bu günə qədər çox şey dəyişib. Telefonlar bizi fasiləsiz məlumat axınını istehlak etməyə sövq edir, psixoloqlar da pərən-pərən düşən diqqətimiz üçün çarə axtarırlar.

Mütəxəssislərin iki təklifi var: Diqqəti şüurlu şəkildə yönləndirmək və beynin dincəlməsinə icazə vermək.

Qoy beyniniz dincəlsin
Diqqəti cəmləmək qabiliyyətinizi yoxlamağın bir yolu nəyin nə qədər nəzarətinizdə olduğuna baxmaqdır.

Qəflətən yüksək bir səs eşidəndə diqqətiniz əlinizdə olmadan həmin tərəfə yönəlir. Ancaq bir işə diqqət yetirməyi şəxsən seçdiyiniz zaman şüurlu diqqət işə düşür. Əlbəttə, bu məhdud bir qabiliyyətdir, çünki zehin diqqətini cəmləmək üçün çalışdıqca yorulur, diqqət yayınmağa başlayır.

Amma diqqəti yenidən cəmləməyin yolları var. Diqqətin işləmə mexanizmini ələ alan bu yanaşma köklərini Vilyam Ceyms kimi 19-cu əsr psixoloqlarından alsa da, Diqqət Yenilənməsi Nəzəriyyəsi (ART) sayəsində bu gün yenidən gündəmə gəlir.

1980-ci illərdə Miçiqan Universitetinin psixologiya professorları Stiven və Reyçel Kaplanın inkişaf etdirdiyi bu düşüncə məktəbi təbiətdə vaxt keçirməyin diqqəti təzələdiyini müdafiə edir.

Deyək ki, təbiətdə gəzərkən qeyri-adi dərəcədə heyranedici bir şəlaləyə, çiçəyə və ya göbələyə rast gəldiniz. Gözlərinizi çəkə bilmirsiniz. Bax, buna "cəhdsiz diqqət" deyilir. Diqqətinizi yormadan cəlb edən, beləliklə də zehinizə sərbəst bir sahə açan hallar üçün istifadə olunur.

Bunun əksinə olaraq, "gərgin diqqət" diqqətinizi elə əsir alır ki, gözünüzü ayıra bilmir, zehinizlə dərhal özünüzə gələ bilmirsiniz. Məsələn, kosmopolit bir şəhərin meydanında gəzmək... Və ya sosial şəbəkələrdə vaxt öldürmək...

Psixologiya professoru Mark Berman "Sosial şəbəkələrdə fəlakət xəbərlərini fasiləsiz sürüşdürmək ('doomscrolling'), serial-film izləmək və ya internetdə gəzmək dincəldici görünə bilər" deyir: "Lakin bunlar əslində zehini yoran və tükədən fəaliyyətlərdir."

Əlbəttə, gərgin bir günün ortasında və ya yaşıllıq sahələrin az olduğu yerdə təbiətə qaçmaq mümkün olmur. Berman parkda gəzinti edə bilmirsinizsə, təbiət şəkillərinə baxmağın belə yaxşı təsir edəcəyini söyləyir. Təbii ki, bunu yenə sosial şəbəkələrdə etməməkdə fayda var.

Diqqətinizi şüurlu şəkildə yönləndirin
Yenidən cəmləmək belə bir problem ikən diqqəti qoruyub saxlamaq tamamilə başqa bir imtahandır. Başınız qarışıqdırsa, bəlkə də sadəcə bir az nəfəs almağa ehtiyacınız var. Belə hallarda nə etsəniz də, diqqəti cəmləmək çox çətindir.

University College London-da psixologiya professoru Nilli Lavie "Ən məşhur miflərdən biri diqqəti cəmləməyin bizim istəyimizdən asılı olduğu düşüncəsidir" deyir: "Diqqəti cəmləmək üçün istəmək kifayət deyil."

Lavie çoxlu tapşırıqlardan uzaq durmağı tövsiyə edir. Tək bir işə diqqət yetirmək üçün əvvəlcə ətrafınızdakı lazımsız şeyləri yığışdırmalısınız. Hətta telefonunuzdakı bildirişləri qəti şəkildə bağlamalısınız. Ən yaxşısı isə telefonu göz önündən kənarlaşdırmaqdır; 2017-ci ildə aparılan bir araşdırmaya görə, telefonun baxış sahəsində olması belə diqqətə mənfi təsir edir.

Həmçinin fasilələrdə əliniz dərhal telefona getməsin: Gəzintiyə çıxmaq, bəlkə bir ağacı izləmək və ya pəncərədən baxıb sevdiyiniz bir mahnını dinləmək daha yaxşı bir fikir ola bilər.

Özünüzə bəzi məhdudiyyətlər qoyun
Bir işə 100 faiz diqqət yetirmək əlbəttə ki, mümkün deyil. Çöldən hər hansı bir qıcıqlandırıcı olmasa da, beyniniz daxilə yönələrək diqqət yetirəcək başqa bir şey mütləq tapır. Bu da sizi xəyallara və ya zehin dağınıqlığına sürükləyə bilər.

Təbii ki, xəyal qurmaq - yəni zehindəki uydurma ssenarilərdən nizamlı bir hekayə yaratmaq - plan qurmağınızı və ya yaradıcı düşünməyinizi təmin edə bilər. Amma zehininiz təsadüfi olaraq mövzudan mövzuya atılırsa, diqqətli olmaqda fayda var.

Belə hallarda müəyyən məhdudiyyətlər qoymaq diqqəti gücləndirə bilər. Məsələn, xüsusi bir iş sahəsi yaratmaq və ya Pomodoro texnikası (25 dəqiqə iş, 5 dəqiqə fasilə qaydası) kimi üsulları sınaya bilərsiniz.

Bəs diqqəti cəmləmək balansını tutdurmağın yolu nədir? Ətrafdakı diqqət yayındırıcı şeyləri aradan qaldırmaq yaxşı başlanğıcdır. Amma diqqəti cəmləməkdə çətinlik çəkirsinizsə, tab gətirənə qədər özünüzü məcbur etməyə ehtiyac yoxdur. Bəlkə də fasilə vaxtı çoxdan gəlib çatıb.

Neyrobioloq Amişi Jha "Bir neçə dəqiqə ərzində zehininizə ən kiçik bir yeni məlumat belə almayın" deyir: "Sıra gözləyərkən əliniz telefona getməsin. Heç nə dinləmədən qısa bir gəzintiyə çıxın. Pəncərədən baxın. Bir məsələni həll etmək üçün özünüzü sıxmağa ehtiyac yoxdur, qoy zehininiz sərbəst şəkildə gəzsin."

Diqqəti cəmləmək düşündüyümüzdən daha rahatladıcı bir proses ola bilər.(Milli.az)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az