
2026/2027-ci illər mövsümündə UEFA Çempionlar Liqasının təsnifat mərhələsində pley-off oyunları başa çatıb. Bununla da turnirin ümumi mərhələsində mübarizə aparacaq son komandaların adları müəyyənləşib.
Nyus.Az xəbər verir ki, pley-offun ikinci oyun günündən sonra "Fənərbağça", AEK, "Vikinq" və "Slovan" (Bratislava) əsas mərhələyə vəsiqə qazanıblar.
Bundan əvvəl isə "Sabah", LASK və "Budyo Qlimt" ümumi mərhələdə iştirak hüququ əldə etmişdi.
Beləliklə, UEFA Çempionlar Liqasının ümumi mərhələsində 36 komanda mübarizə aparacaq:
İngiltərə: "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa", "Liverpul"
İspaniya: "Barselona", "Real Madrid", "Vilyarreal", "Atletiko", "Betis"
İtaliya: "İnter", "Napoli", "Roma", "Komo"
Almaniya: "Bavariya", "Borussiya", "RB Leypsiq", "Ştutqart"
Fransa: "PSJ", "Lans", "Lill"
Niderland: PSV, "Feyenoord"
Portuqaliya: "Portu", "Sportinq"
Belçika: "Brügge"
Çexiya: "Slaviya"
Türkiyə: "Qalatasaray", "Fənərbağça"
Ukrayna: "Şaxtyor"
Norveç: "Budyo Qlimt", "Vikinq"
Azərbaycan: "Sabah"
Avstriya: LASK
Yunanıstan: AEK
Slovakiya: "Slovan" (Bratislava)
Nyus.Az
























