• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 25-11-2026 Ramin Quluzadəyə ağır itki
  • 25-11-2026 Sərdar Hacıyev “BAYRAMLI GROUP”- dan aldığı diaqnostikumları başqa hansı məqsədləri üçün istifadə edir - İLGİNC İDDİALAR
  • 25-11-2026 Qubada vətəndaşı düşünən yoxdur... - FOTOFAKT
  • 25-11-2026 Elvin Abbasov məktəb direktorlarına qanunsuz “kredit” verir? - Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar
  • 25-11-2026 Mirziyoyevin Trampa verdiyi hədiyyə Vaşinqtonda quraşdırıldı
  • 25-11-2026 Təbiətdan hədiyyə – Yaponiyanın ərazisi bu qədər artdı
  • 25-11-2026 “Və o gün birləşəcək Naxçıvanla Qarabağ” – İrəvan vaxtını açıqladı
  • 24-11-2026 Mahir Əliyev passiv vergi ödəyicisi ilə müqavilələr bağlayır – Antiinhisar Agentliyi də seyr edir
  • 24-11-2026 MÜTDA-nın mübahisəli kadr seçimi... - AXI NİYƏ?..
  • 24-11-2026 Ukrayna ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
  • 24-11-2026 Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - VIDEO
  • 24-11-2026 “Mustafa”nın yeni layihəsi bəlli oldu
  • 24-11-2026 Rusiya ilə dost ola bilərik - Zelenski
  • 24-11-2026 Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
  • 24-11-2026 Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - VIDEO
  • 24-11-2026 Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
  • 24-11-2026 Bu gün Qazaxda qaz kəsiləcək
  • 24-11-2026 Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
  • 24-11-2026 İnterpol iki azərbaycanlı qadını axtarır
  • 24-11-2026 Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək

XƏBƏRLƏR

    Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
    UEFA “Sabah”ın futbolçusunu diskvalifkasiya etdi
    Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
    “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
    Premyer Liqada yeni tamaşaçı rekordu
    "Barselona" "Vilyarreal"ı məğlub edib
    Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
    "Real" Tibo Kurtuanın müqavilə müddətini uzadıb
    Kristiano Ronaldo karyerasında 986-cı dəfə fərqləndi
    Yeni rekord olacaq: Bütün biletlər satıldı
Bu gün, 12:29

Sərdar Hacıyev “BAYRAMLI GROUP”- dan aldığı diaqnostikumları başqa hansı məqsədləri üçün istifadə edir - İLGİNC İDDİALAR

Sərdar Hacıyev “BAYRAMLI GROUP”- dan aldığı diaqnostikumları başqa hansı məqsədləri üçün istifadə edir - İLGİNC İDDİALAR


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən 19.11.2026-cı ildə Agentliyin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün heyvan xəstəliklərinin müayinəsi məqsədilə diaqnostikumların satın alınması predmeti üzrə açıq tenderə yekun vurdulduğu açıqlanıb. Müsabiqənin qalibi “BAYRAMLI GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 663.058,23 manat dəyərində müqavilənin imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, bu Aqrar Xidmətlər Agentliyi ilə “BAYRAMLI GROUP” MMC arasında bağlanan ilk müqavilə deyil. Tərəflər arsında son illər bağlanan müqavilələr aşağıdakılardır.

Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün diaqnostikumların satın alınması üzrə 251.611,67 manat dəyərində müqavilə 07.09.2026-cı ildə bağlanılıb.

Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üçün laboratoriya avadanlıqlarının təmir xidmətinin satın alınması üzrə 193.621,26 manat dəyərində müqavilə 15.10.2025-ci ildə bağlanılıb.

Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üçün reagent, reaktiv və dezinfeksiya vasitələrinin satın alınması üzrə 93.247,38 manat dəyərində müqavilə 30.06.2025-ci ildə bağlanılıb.

Aqrar Xidmətlər Agentliyinin tabeliyindəki Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin laboratoriya avadanlıqlarının və ehtiyat hissələrinin alınması və quraşdırılmasının satın alınması üzrə 106.639,31 manat dəyərində müqavilə 07.01.2025-ci ildə bağlanılıb.

Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün laboratoriya diaqnostikumlarının, reaktivlərin və diaqnostik test dəstlərinin satın alınması üzrə 885.050,48 manat dəyərində müqavilə 07.01.2025-ci ildə bağlanılıb.

Satınalmaların portalına yerləşdirilimiş məlumatlardan da görsəndiyi kimi Aqrar Xidmətlər Agentliyi 2025-2026-cı illərdə “BAYRAMLI GROUP” MMC ilə ümumi dəyəri 2 193 226 manat olan 6 satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, “BAYRAMLI GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan, Türkiyə, Gürcüstan, Orta Asiya və Ərəb ölkələrində molekulyar bioloji laboratoriyalarının qurulması, layihələndirilməsi və təchizatını həyata keçirir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BAYRAMLI GROUP” (VÖEN: 1504276901) Məhdud Məsuliyyətli Cəmiyyətinin 31.10.2018-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, KOROĞLU RƏHİMOV, ev.22C, m.8, qanuni təmsilçisi kimi isə Bayramlı Cavid Məhərrəm oğlu qeyd olunub.

MMC-nin portalında qeyd edilən məlumatlara görə şirkət əsasən tibb mərkəzlərində və tədqiqat institutlarında, xəstəxanalarda, eləcə də molekulyar və hüceyrə biologiyası, genetika, sitogenetika, mikrobiologiya, virusologiya, biotexnologiya, biokimya, immunokimya və s. laboratoriyalarının olduğu bütün müəssisələrdə istifadə olunan diaqnostik dəstlərin, reagentlərin, laboratoriya avadanlıqlarının və istehlak materiallarının idxalı və paylanması üzrə ixtisaslaşmışdır. Şirkətin təşkilatçılığı və dəstəyi ilə tez-tez beynəlxalq konfranslar, müxtəlif laboratoriya avadanlıqlarının istismarı, texniki xidməti və nasazlıqlarının aradan qaldırılması üzrə praktiki təlimlər keçirilir.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi ilə “BAYRAMLI GROUP” MMC arasında bağlanan müqavilələrin şərtlərinə görə təchizatçı şirkət hər il heyvanlar arasında yayılan Çiçək, Nodulyar Dermatit, Qarayara və Bruselyoz xəstəliklərinin təyini üçün diaqnostikum və testlərlərlə təchiz edir.

Göpründüyü kimi hər il dövlət tərəfindən heyvanlar arasında xəstəliklərə qarşı vasitələrin alınmasına milyonlarla manat vəsaitin ayrılmasına baxmayaraq heyvanlar arasında yuxarıda adı çəkilən xəstəliklərin miqyası daha genişlənir. Bizə verilən məlumatlara görə ötən ildən bu yana Gədəbəy, Şəmkir, Tovuz, Qazax, Daşkəsən rayanloranıda iribuynuzlu heyvanlar arasında kütləvi şəkildə dabaq, bruselyoz kimi xəstəliyi yayılıb və hələ də qarşısı alnmayıb.

Sakinlərin verdiyi məlumata görə bu Aqrar Xidmətlər Agentliyinin regional idarələri tərəfindən heyvanlara petvənd olunmasından bir iki ay sonra baş verib. Bu isə onu deməyə əsas verir ki, istifadə müddətinin bitməsinə 1-2 ay qalmış peyvəndlərin intizamlı qaydada iribuynuzlu heyvanlara vurulduqda belə tələb olunan müddətli immuniteti formalaşdırmır. Yəni vurulan peyvəndlərin ya vaxtı keçmişdir, ya da keyfiyyətini itirmişdir.

Xatırladaq ki, Hesablama Palatası 2025-ci il sentyabrın 26-da yaydığı məlumatlarda bildirilirdi ki, “heyvanların xüsusi təhlükəli xəstəliklərin əleyhinə peyvəndlənməsinə ümumilikdə 39 milyon 4,4 min manat məbləğində vəsaitin xərclənməsi müqabilində sənədləşmələrdə heyvanların sayının artıq göstərilməsi, heyvanlara vurulmalı olan peyvəndlərin müvafiq ay üzrə gündəlik sayının fasiləsiz (ardıcıl günlər) olaraq yüksək (200 və daha çox civarında) intervallarda qeyd edilməsi, təsərrüfat sahiblərinin imzalarının olmaması kimi hallar fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan şəxslərlə (baytarlarla) bağlanmış müqavilələrin şərtlərində sifarişçinin müqaviləyə dərhal xitam verilməsi üçün əsasları kimi müəyyənləşdirilməyib, peyvəndlənən heyvanların identikləşdirilmə rekvizitləri üzrə hesabatlılığına dair icbari şərtlər də təsbit edilməyib.”

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevdir.O, nazir Məcnun Məmmədovun əmri ilə 02.10.2023- cü ildə sözügedən vəzifəyə təyin edilib. Əldə etdiyimiz məlumatlara görə Sərdar Hacıyev bu qısa vaxt ərzində, respublikanın qərb bölgəsində qohumlarının və yaxınlarının adına hektarlarla torpaq sahələri alıb, fermer təsərrüfatları yaradıb. Göründüyü kimi dövlətin Aqrar Xidmətlər Agentliyinə heyvan xəstəliklərinin yayılmasının alınması məqsədi ilə ayırdığı vəsaitləri Sərdar Hacıyev həm də şəxsi məqsədləri üçün istifadə etməkdədir.

(Aktualinfo.net)

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az