
By gün Azərbaycanın bir sıra bölgələrində küləkli hava şəraiti gözlənilir.
Bu barədə Nyus.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə, Tərtər, Bərdə, Daşkəsən, Goranboy, Mingəçevir, Naftalan, Yevlax, Şəki, Göyçay, Kürdəmir, Oğuz, Qəbələ və İsmayıllıda qərb küləyi əsəcək. Küləyin sürətinin saniyədə 13,9-20,7 metr olacağı gözlənilir.
Bununla əlaqədar qeyd olunan ərazilər üçün sarı xəbərdarlıq verilib.
Nyus.Az

























