• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 19-11-2026 Kəmaləddin Heydərov qanunsuz tikliyə etiraz edən işçisini vəzifədən çıxardı - BU NƏDİ BELƏ?
  • 19-11-2026 Azərbaycan XİN Fransanın iddialarını RƏDD ETDİ
  • 19-11-2026 "Məbləğ hesaba oturmur, amma komissiya dərhal tutulur" - GİLEY
  • 19-11-2026 "Ürəyim istəyəni oxumadım, toylara qaçdım" - Nüşabə Ələsgərli
  • 19-11-2026 Tural Əlizadəyə vəzifə verildi
  • 19-11-2026 "Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova
  • 19-11-2026 Azərbaycanda qazlı içkilər bahalaşa bilər - Yeni vergi gəlir
  • 19-11-2026 Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
  • 19-11-2026 Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb
  • 18-11-2026 Güclü külək əsəcək - Xəbərdarlıq
  • 18-11-2026 Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA
  • 18-11-2026 Babək rayonunda sahibkarın tikinti sənədləri niyə verilmir? – İcra hakimiyyətində hansı “OK” gözlənilir?
  • 18-11-2026 Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - VIDEO
  • 18-11-2026 ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
  • 18-11-2026 11 milyon dollarlıq əmlak: Lamin Yamal Şakira və Pikenin evinin yeni sahibi oldu
  • 18-11-2026 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər
  • 18-11-2026 "Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva
  • 18-11-2026 Məşhur aktyor Luis Lorenso həbs edildi
  • 18-11-2026 Eldar İsmayılov təqaüdə göndərilir
  • 18-11-2026 "Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü" - Xuraman Əlizadə

XƏBƏRLƏR

    11 milyon dollarlıq əmlak: Lamin Yamal Şakira və Pikenin evinin yeni sahibi oldu
    “Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
    Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
    “Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
    PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
    Zülalla ən zəngin çərəz
    “Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
    Sneyder bu kluba baş məşqçi təyin olundu
    “Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
    Bakıya nə zaman qar yağacaq? - açıqlama
16-11-2026, 06:42

Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik edib


Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərini təbrik edib.

"Hörmətli radio və televiziya işçiləri,

Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanların əsas informasiya mənbəyi olmaqla yanaşı, milli musiqimizin, ədəbiyyatımızın, dilimizin və mənəvi dəyərlərimizin qorunub yaşadılmasına mühüm töhfələr verdi.

Azərbaycan televiziyasının fəaliyyətə başlaması ilə informasiya məkanımızda yeni mərhələnin əsası qoyuldu. Televiziya cəmiyyətin maariflənməsində, milli-mədəni irsimizin təbliğində, ictimai rəyin formalaşmasında və ölkəmizdə baş verən mühüm hadisələrin geniş auditoriyaya çatdırılmasında xüsusi rol oynadı və oynamaqdadır. Radio və televiziya bu gün də dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği, həmçinin ölkəmizə qarşı ideoloji hücumların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımlar atılıb. Heydər Əliyev teleradionu xalqla dövlət arasında mühüm əlaqə vasitəsi, milli birliyin və ideoloji bütövlüyün qorunmasında təsirli platforma kimi qiymətləndirirdi.

Bu gün Azərbaycan radio və televiziyası müasir texnologiyaların imkanlarından yararlanaraq öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurur, ölkəmizin uğurlarını, zəngin mədəniyyətini və milli maraqlarını geniş auditoriyaya çatdırır. Bu məsuliyyətli və şərəfli işdə çalışan hər bir əməkdaşın zəhməti xüsusi təqdirəlayiqdir.

İnanıram ki, milli radio və televiziyamız bundan sonra da obyektivliyin, peşəkarlığın və milli-mənəvi dəyərlərə sədaqətin nümunəsi olacaq, Azərbaycan cəmiyyətinin inkişafına və dövlətçiliyimizin möhkəmlənməsinə layiqli töhfələr verəcəkdir.

Bir daha sizi milli radio və televiziya yayımının əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları, tükənməz enerji və fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az