
Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.
Elxan Oqtay oğlu İbrahimov 2020-ci ildə Şamaxı rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilmişdi. Daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb.
Nyus.Az

























