
Mediatvaz.com Faktum.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl redaksiyamıza “Alliance Clinic” tibb müəssisəsi ilə bağlı ciddi şikayət və məlumatlar daxil olmuşdu. Məlumatlarda klinikanın əməliyyat blokunun sanitariya-epidemioloji tələblərə cavab vermədiyi, əməliyyat otaqlarında havalandırma və ventilyasiya sisteminin normativlərə uyğun olmadığı, hava mübadiləsinin göstəricilərinin bərbad vəziyyətdə olduğu, eləcə də pasiyentlərin sağlığı üçün ciddi təhlükə yaradan digər texniki uyğunsuzluqların mövcudluğu qeyd edilirdi.
Məsələnin ictimai sağlamlıq və pasiyent təhlükəsizliyi baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, tərəfimizdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 5 sentyabr tarixində 21 nömrəli rəsmi jurnalist sorğusu ünvanlanmışdı.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) sorğumuza operativ və obyektiv şəkildə cavab verərək, qeyd olunan ünvanda müvafiq yoxlama tədbirlərinin həyata keçirildiyini və dəhşətli nöqsanların aşkarlandığını rəsmən bildirdi. AEM-in araşdırması nəticəsində müəssisədə tibb fəaliyyəti üçün istifadə edilən avadanlıqların normativ-texniki sənədlərinin təqdim edilmədiyi, reanimasiya sahəsindəki şəraitin qaydalara uyğunlaşdırılmadığı, əməliyyatxanaya keçiddə sanitariya normasının tələb etdiyi duş kabinəsinin ümumiyyətlə olmadığı, tibbi qazların yerləşdirildiyi sahənin müfəttişlərdən gizlədilərək baxışa təqdim edilmədiyi, camaşırxana otağının olmadığı və paltarların yuyulması üçün hər hansı şirkətlə müqavilə belə bağlanmadığı müəyyən olunub. Bunlarla yanaşı, lisenziyadan kənar tibb fəaliyyətinin göstərildiyi (İXM-nin 215.1-ci maddəsi) və mənşəyi bilinməyən, normativlərə cavab verməyən və ya yararsız dərman vasitələrinin saxlanıldığı (İXM-nin 221.1-ci maddəsi) təsdiqini tapıb. Ən qəribə məqam isə odur ki, klinikada əməliyyatxana və reanimasiyanın uzun müddətdir fəaliyyət göstərmədiyi iddia edildiyi üçün havalandırma və ventilyasiya sistemində laborator ölçmələr aparmaq belə mümkün olmayıb.
[



Bütün bu biabırçı siyahının başında duran şəxs – “Alliance Clinic”in baş həkimi və məsul vəzifəli şəxsi Fərid Eyvazovdur. AEM-in rəsmi cavabında açıq şəkildə qeyd olunur ki, yoxlama prosesində Fərid Eyvazov yoxlayıcı qrupun fəaliyyətinə açıq-aşkar maneələr yaradıb və yoxlamanın şəffaflığını pozmağa cəhd göstərib! İnsan həyatına birbaşa cavabdeh olan bir tibb müəssisəsinin rəhbəri, baş həkim dövlət müfəttişinin qarşısını nə üçün kəsir? Normativə cavab verməyən dərmanları gizlətmək üçünmü, lisenziyasız göstərdikləri qanunsuz xidmətlərin üstünün açılmaması üçünmü, yoksa təhlükəli tibbi qazların saxlandığı bərbad şəraiti göstərməyə utandığı üçünmü? Aşkar olunmış bu qanunsuzluqlara və dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərə mane olduğuna görə Fərid Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1, 221.1 və 602.4-cü maddələri ilə protokollar tərtib edilib. Səhiyyə sahəsində baş həkim postunu tutan bir şəxsin öz müəssisəsini bu dərəcədə acınacaqlı vəziyyətə gətirməsi, üstəlik yoxlamadan qaçmaq üçün maneələr yaratması tibbi etikaya da, rəhbər məsuliyyətinə də sığmır. Pasiyentlərin canını etibar etdiyi bir klinikanın baş həkiminin dövlət yoxlamasına qarşı bu cür davranışı onun öz fəaliyyətindəki qanunsuzluqları nə dərəcədə yaxşı bildiyinin sübutudur.
Biz redaksiya olaraq operativ reaksiya və obyektiv yoxlamaya görə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təşəkkür edirik. Vətəndaşların sağlamlığını və hüquqlarını qorumaq adına “Alliance Clinic”dəki və Fərid Eyvazovun rəhbərliyindəki processesi diqqətdə saxlamağa devam edəcəyik.
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az

























