• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 13-11-2026 Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
  • 13-11-2026 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
  • 13-11-2026 Biləcəridə Şeyxin obyektinə görə sakinlərin narazılığı davam edir – VİDEO
  • 13-11-2026 “Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım” - Nazpəri Dostəliyeva
  • 13-11-2026 Bakı-London münasibətlərində TARİXİ DÖNÜŞ – Əliyev Britaniya ilə strateji tərəfdaşlığa imza atdı! - FOTO
  • 13-11-2026 Müharibə ilə bağlı son dəqiqə addımı – Putin razılaşdı, Zelenski təsdiqlədi!
  • 13-11-2026 Tramp İranla bağlı son vəziyyəti AÇIQLADI - FOTO
  • 13-11-2026 Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
  • 13-11-2026 “Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
  • 13-11-2026 Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
  • 13-11-2026 Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO
  • 13-11-2026 Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub
  • 13-11-2026 Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • 13-11-2026 Sneyder bu kluba baş məşqçi təyin olundu
  • 13-11-2026 “Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
  • 12-11-2026 General qızı ilə bağlı qərar verildi
  • 12-11-2026 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib
  • 12-11-2026 Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026 İşlədiyin saata görə maaş alacaqsan - Kimlər daha çox qazanacaq?
  • 12-11-2026 Bakıda böyük söküntü: 3500 manat kompensasiya...

XƏBƏRLƏR

    Sneyder bu kluba baş məşqçi təyin olundu
    “Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
    Bakıya nə zaman qar yağacaq? - açıqlama
    Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
    İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
    “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
    Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
    Ağıllı saatlara görə aksiz vergisi alınacaq
    "Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
    "Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
Dünən, 08:59

Biləcəridə Şeyxin obyektinə görə sakinlərin narazılığı davam edir – VİDEO

Biləcəridə Şeyxin obyektinə görə sakinlərin narazılığı davam edir – VİDEO



Binəqədidə növbəti tikinti qalmaqalı: ağır texnika, qazıntı işləri və sakinlərin narahatlığı. Rayon rəhbərliyi bu vəziyyətə niyə müdaxilə etmir?

Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında məmurlara tapşırıb ki, vətəndaşların problemlərinə həssas yanaşsınlar, qanunsuz tikintilərə və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı ciddi tədbirlər görülsün. Lakin görünən odur ki, bəzi yerlərdə bu xəbərdarlıqlar hələ də lazımi nəticəni vermir.
Belə ki, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində aparılan genişmiqyaslı qazıntı işləri ərazidə yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.
Redaksiyamıza göndərilən videogörüntülərdən də aydın görünür ki, ərazidə ağır texnikanın iştirakı ilə qazıntı işləri aparılır, avtomobil yolunun vəziyyəti isə tamamilə yararsız hala düşüb. Nəticədə sakinlər gündəlik hərəkətdə ciddi çətinliklərlə üzləşir, ərazidə narahatlıq və narazılıq artır.
Məsələ ilə bağlı əməkdaşlarımız sözügedən ünvanda olub, ərazidə çalışan şəxslərlə söhbət aparıblar. İşçilərdən birinin bildirdiyinə görə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də əraziyə gələrək aparılan işlərlə tanış olub.
Ərazidə çalışan şəxslərin sözlərinə görə, qazıntı aparılan torpaq sahəsinin çıxarışı olsa da, müvafiq qurumlardan tikinti və qazıntı işləri ilə bağlı icazələrin alınmadığı iddia edilir. Buna baxmayaraq, işlərin davam etdirilməsi ciddi suallar doğurur.
Daha bir diqqətçəkən məqam isə obyektin Qafqaz Müsəlmanları İdarəsinin şeyxinin yaxın qohumuna məxsus olması barədə səsləndirilən iddiadır.
Əgər bu məlumatlar təsdiqini taparsa, ortaya haqlı sual çıxır: görəsən, sözügedən obyektlə bağlı məsələdə hansısa xüsusi münasibət amili rol oynayırmı? Rayon rəhbərinin əraziyə baxış keçirdikdən sonra hər hansı tədbir görməməsinin səbəbi nədir?
Digər tərəfdən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də bu məsələdə mövqeyi maraq doğurur. Ərazidə aparılan işlərin qanunvericiliyin tələblərinə uyğunluğu, müvafiq icazələrin olub-olmaması aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır.
Sakinlərin rahatlığına, təhlükəsizliyinə və gündəlik həyatına təsir edən belə məsələlərə göz yummaq olmaz. Heç bir şəxsin və ya obyekt sahibinin statusu qanun qarşısında üstünlük yaratmamalıdır.

Nyus.Az olaraq aidiyyəti qurumları sözügedən ərazidə araşdırma aparmağa, qanun pozuntusu aşkarlanacağı təqdirdə müvafiq tədbirlər görməyə və sakinlərin narazılığına aydınlıq gətirməyə çağırırıq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bizi izləyin!

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az