• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-10-2026 Sabah yeni ombudsman seçiləcək
  • 29-10-2026 Bakının iki rayonunda qaz kəsiləcək
  • 29-10-2026 Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib FOTO
  • 29-10-2026 Gəncədə doğulan SSRİ marşalı erməniləri üz-üzə qoydu – Zaxarovadan sərt reaksiya!
  • 29-10-2026 Yaponiyada güclü zəlzələ baş verdi
  • 29-10-2026 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
  • 29-10-2026 Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
  • 29-10-2026 Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
  • 29-10-2026 Məktəbdəki insidentlə bağlı açıqlama
  • 29-10-2026 Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin
  • 29-10-2026 BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
  • 29-10-2026 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
  • 29-10-2026 Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
  • 29-10-2026 Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
  • 29-10-2026 Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - VIDEO
  • 29-10-2026 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
  • 29-10-2026 Azərbaycanda hotel sektorunda nə baş verir?
  • 29-10-2026 "Həyat yoldaşım iki ev arasında qalıb" - Nadir Qafarzadə
  • 28-10-2026 Lerikin İcra Hakimiyyəti “ELNUR-2” şirkəti hələ də işbirliyindədi... – Hesablama Palatasının aşkarladığı pozuntulara baxmayaraq
  • 28-10-2026 Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz

XƏBƏRLƏR

    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
27-02-2026, 08:03

“Ramiz Mehdiyev “kartı”ndan istifadə etməyə çalışırlar” – Professordan ŞOK sözlər

“Ramiz Mehdiyev “kartı”ndan istifadə etməyə çalışırlar” – Professordan ŞOK sözlər


Ötən gün Milli Elmlər Akademiyasında Rəyasət Heyətinin növbəti iclası keçirildi. Hamının gözü və diqqəti isə bir məsələyə yönəlmişdi: gözlənilirdi ki, məhz bu toplantıda Ramiz Mehdiyevin akademiyanın üzvlüyündən çıxarılması məsələsi müzakirəyə çıxarılacaq və konkret qərar veriləcək. Cəmiyyət də nəticəni səbirsizliklə gözləyirdi.

Ancaq gözləntilər özünü doğrultmadı. Sözügedən məsələ ilə bağlı heç bir qərar açıqlanmadı.
Bunun əvəzində isə ictimaiyyətin diqqətini tamam başqa görüntülər çəkdi. İclas zalından yayılan fotolarda bəzi alimlərin mürgülədiyi, hətta yatdığı açıq şəkildə görünürdü. Bu kadrlar qısa zamanda sosial şəbəkələrdə sürətlə yayıldı və geniş müzakirələrə səbəb oldu.

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Musavat.com-a açıqlamasında akademiyanın hansı səbəbdən Ramiz Mehdiyevlə bağlı qərar verməməsinə münasibət bildirib:
“Hər şeydən belə görünür ki, Ramiz Mehdiyev məsələsi həddindən artıq mürəkkəbdir. Yəni bunun o qədər şaxələri var və getdikcə elə maraqlı, ağlasığmaz, gözlənilməz məqamlar ortaya çıxır ki, sanki qarşımızda şəffaf bir kvadrat dayanıb. Onu çevirdikcə tamamilə bir-birindən fərqli qığılcımlar üzə çıxır. Hər tərəfi başqa mənzərə yaradır, başqa suallar doğurur.
Aydındır ki, bununla bağlı açılmış cinayət işi barədə məlumatlar çox məhdud və müəyyən proporsiyada verilir. Bu da xeyli dərəcədə şayiələrə, söhbətlərə, müxtəlif müzakirələrə səbəb olur. İnformasiya tam və sistemli təqdim olunmadıqca, boşluq yaranır və həmin boşluq fərziyyələrlə doldurulur. Ona görə də çox aydın görünür ki, bu faktın ətrafında müəyyən dairələr manipulyasiya aparır, bu və ya digər şəkildə bir-birilərinə qarşı Ramiz Mehdiyev “kartı”ndan istifadə etməyə çalışırlar. Bütün bunlar artıq göz qabağında olan məsələlərdir”.



Qulu Məhərrəmli akademiyanın iclasından yayılan görüntüləri məyusedici adlandırıb: “Ümumiyyətlə, uzun-uzadı, mahiyyəti zəif olan iclaslar həmişə belə səhnələrlə müşayiət olunur. Təkcə AMEA-nın iclasında deyil, başqa yerlərdə də buna rast gəlmişik. Mürgüləmə, yuxulama halları olur və bu artıq formal xarakter daşıyan toplantıların tipik mənzərəsidir.
Mənim üçün əsas məqam odur ki, orada hər halda tanıdığımız, hörmət etdiyimiz parlaq elm adamları da var. Bu adamların məsxərəyə qoyulması, istehza obyektinə çevrilməsi qəbul edilən deyil. Tənqid etmək olar, amma bu dərəcədə aşırı istehza cəmiyyətin sanki bütün istehza enerjisinin bir nöqtəyə yönəlməsi təsiri bağışlayır”.

O ki qaldı akademiyada elmin indiki durumuna, alimlərin vəziyyətinə, elmi araşdırmaların miqyasına və qoyulan məsələlər üzrə uğurların qazanılmasına, Q.Məhərrəmli hesab edir ki, əlbəttə, ciddi problemlər var: “Sovet dönəmində bizim akademiyanın bəxti bir çox cəhətdən gətirmədi. Yaxşı alimlərin bir qismi xarici ölkələrə getdi, bir qismi başqa sahələrə keçdi və bütün bunlar akademiyanın fəaliyyətinə mənfi təsir göstərdi. Təxminən 5–6 il əvvəl akademiyada 12 minə yaxın adam çalışırdı. İndi o statistika açıq şəkildə verilmir. Çünki akademiyanın bəzi institutları Elm və Təhsil Nazirliyinə verilib. Mən özüm də iki il AMEA-da, Dilçilik İnstitutunda çalışmışam və akademiyadakı mənzərə mənim üçün kifayət qədər aydın olub. Məsələn, media ilə və ya daha dinamik sahələrlə müqayisə etsək, orada o qədər ləng, qeyri-dinamik proseslər var ki, adam təəccüb edir - insanlar bu ritmlə necə işləyə, necə yaşaya bilirlər? Bu qədər ölgün, solğun fəaliyyət, baş qatmaq - bütün bunlar bəzi institutların əsas göstəricilərinə çevrilib”.Musavat.com

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az