• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 13-09-2026 Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
  • 13-09-2026 İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
  • 13-09-2026 Bu küçələrə giriş bağlandı
  • 13-09-2026 Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - VİDEO
  • 12-09-2026 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
  • 12-09-2026 Feyziyev qanunlarla ÜZ-ÜZƏ... - CƏZA GƏLDİ...
  • 12-09-2026 Sabiq müavinin xanımı ilə yarım milyonluq müqavilə imzalanıb - AY MAŞALLAH...
  • 12-09-2026 TƏCİLİ! Fəlakət ssenarisi reallaşdı: Neftin taleyi ONLARIN ƏLİNƏ KEÇDİ - FOTOLAR
  • 12-09-2026 Rusiyanı gözləyən YENİ TƏHLÜKƏ: Su qıtlığı Putinin planlarını poza bilər
  • 12-09-2026 Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
  • 12-09-2026 Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
  • 12-09-2026 Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
  • 12-09-2026 Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
  • 12-09-2026 Tanınmış iş adamı vəfat etdi
  • 11-09-2026 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
  • 11-09-2026 Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
  • 11-09-2026 Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
  • 11-09-2026 Lənkəranda ağacları kim yeyir?! - FOTO
  • 11-09-2026 Oman sahillərində iki gəmi VURULDU
  • 11-09-2026 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VIDEO

XƏBƏRLƏR

    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
30-04-2026, 17:22

Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ

Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ


Kirayə mənzil bazarında son vaxtlar həyata keçirilən dəyişikliklər diqqəti yenidən bu sahədəki problemlərə yönəldib. Xüsusilə müqaviləsiz kirayə münasibətlərinə görə tətbiq olunan inzibati cərimələrin artırılması mövzusu həm ev sahibləri, həm də kirayəçilər arasında müzakirələrə səbəb olub. Əvvəllər bu qaydanın pozulmasına görə 30 manat cərimə tətbiq edilirdisə, yeni qaydalara əsasən məbləğin 300 manata qədər yüksəldilməsi artıq daha sərt nəzarət mərhələsinə keçildiyini göstərir.

Mütəxəssislərin fikrincə, bu addımın əsas məqsədi kirayə bazarında uzun illərdir mövcud olan qeyri-rəsmi münasibətləri aradan qaldırmaq, bütün kirayə əməliyyatlarını rəsmi müqavilələr çərçivəsinə salmaq və vergi uçotunu gücləndirməkdir. Beləliklə, həm dövlət büdcəsinə daxilolmaların artırılması, həm də bazarda şəffaflığın təmin edilməsi hədəflənir.



Ekspertlərin sözlərinə görə, bu dəyişikliklər kirayə münasibətlərinin daha sivil və beynəlxalq standartlara uyğun şəkildə formalaşmasına xidmət edir. Eyni zamanda, vergi sisteminə daha çox iştirakçının cəlb olunması iqtisadi baxımdan da əhəmiyyətli sayılır.
Hazırda kirayə gəlirlərinə tətbiq olunan vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi müəyyən yumşaldıcı addım kimi qiymətləndirilsə də, mütəxəssislər hesab edir ki, daha balanslı yanaşma - həm nəzarətin gücləndirilməsi, həm də vergi yükünün optimallaşdırılması daha effektiv nəticə verə bilər.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Musavat.com-a açıqlamasında bildirib ki, elə evlər var ki, onların rəsmi sənədi yoxdur. Bu isə müqavilə bağlanması məsələsini çətinləşdirir:

“Çünki sənədi olmayan evdə kirayə müqaviləsinin necə rəsmiləşdiriləcəyi sual doğurur və bu mövzu açıq qalır.
Əslində vətəndaşın öz mülkiyyətində olan əmlak var və orada yaşayış üçün bütün şərait – qaz, su, işıq və digər kommunal xidmətlər mövcuddur. Lakin kirayə vermək üçün müqavilə imzalanmalıdır, müqavilə üçün isə adətən çıxarış tələb olunur. Bir çox vətəndaş bu sənədləşməni həyata keçirə bilməyib.

Digər hallarda isə müqavilənin bağlanması hər iki tərəfi qoruyur. Müqavilə həm ev sahibinin, həm də kirayəçinin öhdəliklərini müəyyən edir və hüquqi təminat yaradır.
Ev sahibi üçün bu, risklərin azalması deməkdir. Məsələn, kirayəçi evdən çıxmaqdan imtina edə, ödənişləri gecikdirə və ya evə zərər vura bilər. Müqavilə bu kimi halların qarşısını almaqda hüquqi əsas rol oynayır. Eyni zamanda kirayəçi üçün də müəyyən risklər var. Bunlara gözlənilmədən kirayə haqqının artırılması, vaxtından əvvəl evdən çıxarılma və ya yaşayış şəraitinin dəyişdirilməsi kimi hallar daxildir. Müqavilə bu məsələlərdə də tərəflərin hüquqlarını qoruyur və sabitlik yaradır. Bununla yanaşı, kirayə bazarında müxtəlif əlavə xərclər də mövcuddur – vasitəçi xidmətləri, komissiyalar, köçmə və təmir xərcləri və s. Bu da bazarı daha mürəkkəb edir”.

E. Azadov bildirir ki, hazırda tətbiq olunan 10 faizlik vergi dərəcəsi yüksəkdir və daha da aşağı salınmalıdır: “Çünki mənzillərin böyük hissəsi hələ də qeyri-rəsmi şəkildə kirayə verilir. Mütəxəssislərin fikrincə, verginin 5-7 faizə endirilməsi daha effektiv ola bilər. Cərimələrin isə hazırda daha çox inzibati nəzarət vasitəsi kimi nəzərdə tutulduğu bildirilir. Amma sual yaranır ki, bu cərimələr kirayə bazarına və qiymətlərə təsir edəcəkmi?
Cərimələrin artırılması kirayə qiymətlərinə ciddi təsir göstərməyəcək. Əksinə, hesab olunur ki, qiymətlər daha çox bazar şərtləri və vergi yükü ilə formalaşır. Ona görə də cərimələrin artması kirayə qiymətlərini birbaşa dəyişməyəcək”. (Musavat.com)

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az