
Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı Genrik Abramyan İrəvanda saxlanılıb.
Ermənistan KİV-nin məlumatına görə, bu barədə ölkənin Anti-Korrupsiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Genrik Abramyan vəzifəli şəxs tərəfindən səlahiyyətlərdən sui-istifadə edilməsi, bu əməlin törədilməsinə kömək göstərilməsi, xidməti saxtakarlıq və saxta sənəddən istifadə faktları ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılıb.
Qeyd edək ki, Ovik Abramyan 2014-2016-cı illərdə Ermənistanın Baş naziri vəzifəsində çalışıb.(Milli.az)
Nyus.Az

























