• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-09-2026 “Əsaslı Tikinti və Təchizat” İdarəsi “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-yə bir gündə 3 tender verdi – NƏ MÜNASİBƏT
  • 18-09-2026 Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
  • 18-09-2026 Ölkədə ətin qiyməti bahalaşacaq?
  • 18-09-2026 "Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
  • 18-09-2026 Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
  • 18-09-2026 Afra Saraçoğlu da saxlanıldı
  • 18-09-2026 Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
  • 18-09-2026 Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb
  • 18-09-2026 “Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
  • 18-09-2026 ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
  • 18-09-2026 Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • 17-09-2026 Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
  • 17-09-2026 Suraxanı rayonunda qanunsuz tikintiyə kim icazə verib? - Video
  • 17-09-2026 Zakir Fərəcov Anar Rzayevdən üstün yazıçıdır? - VİDEO
  • 17-09-2026 Azərbaycanda zəlzələ oldu
  • 17-09-2026 Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - VİDEO
  • 17-09-2026 Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
  • 17-09-2026 Gələn il dollar neçəyə olacaq? - rəsmi
  • 17-09-2026 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
  • 17-09-2026 Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq

XƏBƏRLƏR

    "Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
    Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
    Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb
    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
Bu gün, 12:10

Ölkədə ətin qiyməti bahalaşacaq?

Ölkədə ətin qiyməti bahalaşacaq?


Azərbaycanda havaların soyuması ilə ətə tələbatın artması qiymətlərə təsir göstərə bilər. Bəs qarşıdakı aylarda ətin qiymətində kəskin bahalaşma gözlənilirmi?

Nyus.Az xəbər verir ki, liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Konkret.az-a açıqlamasında ət bazarında qiymət dinamikasına təsir edən amillərdən danışıb.

Ekspert bildirib ki, havaların soyuması adətən ətə tələbatı artırır. Bunun əsas səbəbi insanların qidalanma vərdişlərinin dəyişməsi, isti yeməklərə, kabab və ət əsaslı xörəklərə marağın artmasıdır. Lakin tələbatın yüksəlməsi avtomatik olaraq qiymətlərin kəskin bahalaşacağı anlamına gəlmir:

"Qiymətin formalaşmasında təklif tərəfi də ən az tələbat qədər vacibdir. Hazırkı şəraitdə Azərbaycanda ət bazarına təsir edən bir neçə amil eyni vaxtda fəaliyyət göstərir. Bir tərəfdən, mövsümi tələbat artımı qiymətlərə yuxarı istiqamətli təzyiq yaradır. Digər tərəfdən isə idxal imkanları və daxili istehsal qiymətlərin daha sürətli yüksəlməsinin qarşısını qismən alır".

Akif Nəsirlinin sözlərinə görə, ölkəyə idxal olunan ətin orta qiymətində artım müşahidə olunur. İdxalın dəyərinin yüksəlməsi isə yerli bazarda da müəyyən bahalaşma riski yaradır.

"Bununla yanaşı, heyvandarlıq sektorunda yem, logistika və əmək xərclərinin yüksək qalması istehsalçıların maya dəyərini artırır. Ət istehsalında xərclərin böyük hissəsi yem təminatı ilə bağlıdır. Bu istiqamətdə baş verən bahalaşmalar son nəticədə satış qiymətlərinə də ötürülür", - deyə ekspert qeyd edib.

Yaxın həftələrdə kəskin bahalaşma gözlənilmir

Ekspert hesab edir ki, qısa müddətdə, yəni yaxın həftələr ərzində ətin qiymətində kəskin sıçrayışdan daha çox, tədrici və məhdud artım ehtimalı yüksəkdir.

"Bazarda mövsümi tələbat artımı olsa da, satıcılar və idxalçılar bunu əvvəlcədən nəzərə alırlar. Buna görə də qiymətlər bir neçə gün ərzində deyil, daha çox həftələr və aylar ərzində dəyişməyə meylli olur", - Akif Nəsirli bildirib.
Qarşıdakı aylarda qiymətlər necə dəyişəcək?

Nəsirlinin fikrincə, qarşıdakı aylarda ətin bahalaşması ehtimalı ucuzlaşma ehtimalından bir qədər yüksək görünür. Buna yalnız mövsümi tələbat artımı deyil, həm də heyvandarlıq xərclərinin yüksəlməsi, bəzi kateqoriyalar üzrə təklifin məhdudlaşması və idxal olunan məhsulların bahalaşması təsir edir.

"Yaxın perspektivdə ət bazarında kəskin ucuzlaşma deyil, daha çox qiymət sabitliyi və ya məhdud qiymət artımları gözlənilir. Əgər yem bazarında, idxal qiymətlərində və ya logistika xərclərində əlavə bahalaşmalar baş verərsə, bu zaman artım daha nəzərəçarpan ola bilər", - deyə ekspert vurğulayıb.

Beləliklə, havaların soyuması ilə əlaqədar ətə tələbatın artması qiymətlərə müəyyən təsir göstərə bilər. Lakin hazırkı proqnoza əsasən, yaxın aylarda ən ehtimal olunan ssenari kəskin bahalaşma deyil, mərhələli və mülayim qiymət artımıdır.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az