• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 27-10-2026 Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
  • 27-10-2026 Tramp Yaxın Şərqdə “barıt çəlləyi”ni niyə “partladır”: Savaşın “ikinci dalğa”sı dunyaya daha dağıdıcı zərbələr vuracaq
  • 27-10-2026 Nizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdir
  • 27-10-2026 “Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
  • 27-10-2026 Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
  • 27-10-2026 2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
  • 27-10-2026 “Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq” - Ərdoğan
  • 27-10-2026 Leyla Əliyeva və Alyona Əliyeva Xınıslı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - FOTO
  • 27-10-2026 Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
  • 27-10-2026 Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
  • 27-10-2026 Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - FOTO
  • 27-10-2026 Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
  • 27-10-2026 35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - VİDEO
  • 27-10-2026 Bakının bu ərazilərində ucuz mənzillər satılır - VİDEO
  • 27-10-2026 Mayk Tayson İstanbulda seriala çəkilir
  • 27-10-2026 Azərbaycana girişi qadağan edilən Məhəmməd Əmin Yıldırım saxlanıldı - TƏFƏRRÜAT
  • 27-10-2026 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
  • 26-10-2026 Tramp niyə Putini yox, Zelenskini sıxır? Sadə sualın arxasındakı dəhşətli gerçəklik - TƏHLİL
  • 26-10-2026 Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • 26-10-2026 Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib

XƏBƏRLƏR

    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
3-09-2026, 09:20

Estetik və plastik əməliyyatlara QADAĞA gəlir?

Estetik və plastik əməliyyatlara QADAĞA gəlir?


Azərbaycanda estetik və plastik əməliyyatlara qadağa qoyulacağı haqda xəbər yayılıb. Məlumatı Vətəninfo.az saytı yayıb. Xəbərdə bildirilir ki, ölkədə tibbi sahədə həyata keçirilən sərt tənzimləmələr və islahatlar çərçivəsində ümumi cərrahların fəaliyyət dairəsinə ciddi məhdudiyyətlər gətirilib. Bundan sonra ümumi cərrahlar heç bir estetik və plastik əməliyyat həyata keçirə bilməyəcək və bu sahədə onların fəaliyyəti tamamilə qadağan olunacaq.



Sayt yazır ki, bu qərara qədər ümumi cərrahların müəyyən şərtlər daxilində və xüsusi hazırlıq keçməklə yerinə yetirə bildikləri bəzi plastik və rekonstruktiv cərrahiyyə əməliyyatları mövcud idi. Lakin yeni qaydalara əsasən, həmin əməliyyatların da ümumi cərrahlar tərəfindən icrasına son qoyulur. Mənbənin iddiasına görə, aşağıda adları çəkilən və vaxtilə (əgər törəmə səbəbindən aparılarsa, həmçinin 2024-cü ilə qədər müvafiq təhsil almış və cərrahi profil üzrə fəaliyyət göstərən həkim-onkoloqlar tərəfindən icra edilə bilən) müəyyən istisnalarla ümumi cərrahların edə bildiyi bütün bu əməliyyatlar bundan sonra ümumi cərrahlar üçün qəti şəkildə qadağan olunur:
Qeyd edək ki, indiyə qədər yalnız xüsusi hazırlıq keçmiş cərrahların icra etməsinə icazə verilən bu növ müdaxilələr artıq ümumi cərrahiyyə ixtisasının səlahiyyətlərindən tamamilə çıxarılır.

Bəs Azərbaycanda estetik və plastik əməliyyatlara qadağa qoyulsunmu?

Professor Adil Qeybulla Musavat.com-a qeyd edib ki, estetik və plastik əməliyyatlara meyl cəmiyyətdə hiss olunan bir sosial sifarişdən qaynaqlanır: "İnsanlar sanki bir-biri ilə bəhsə girir, bir-birini nümunə götürür və ya müəyyən komplekslər yaşadıqları üçün estetik əməliyyatlara üz tuturlar”.



Onun sözlərinə görə, xaricdə isə vəziyyət belə deyil: “Məsələn, dünyanın heç bir yerində kütləvi rinoplastika əməliyyatları ilə qarşılaşmırsınız. Xaricdə küçədə gəzərkən çox az insanda rinoplastika və ya digər estetik əməliyyatların izlərini görərsiniz. Çünki orada estetik əməliyyatlara, əsasən, ciddi və tibbi baxımdan əsaslandırılmış narahatlıqlar olduqda müraciət edilir. Məsələn, burnun kəskin deviasiyası, xarici burunda və burun çəpərində ciddi problemlər, üzdə müəyyən qüsurların olması, sifətə ciddi deformasiya və ya eybəcərlik gətirən hallar, süd vəzilərinin ölçülərinin ciddi şəkildə fərqlənməsi və digər bu kimi vəziyyətlər estetik və ya rekonstruktiv əməliyyatlara göstəriş hesab oluna bilər”.

Adil Qeybulla deyib ki, bizdə bəzən bu göstərişlər insanların sadəcə daha gözəl görünmək istəyindən irəli gəlir: “Nəticədə insanlar bir-birinə oxşamağa başlayırlar. Xüsusilə də qadınlar arasında bunu daha çox müşahidə etmək mümkündür".

Adil Qeybulla hesab edir ki, burada əsas problemlərdən biri klinik protokolların və ciddi qaydaların yetərincə tətbiq olunmamasıdır: "Məsələn, xəstəyə liposaksiya edilir, bədəndən bir neçə litr piy toxuması çıxarılır, daha sonra abdominoplastika və ya konturplastika həyata keçirilir. Bu əməliyyatların ard-arda aparılması nəticəsində xəstədə ciddi elektrolit və maye çatışmazlığı yarana bilər. Əgər belə xəstələr lazımi müddətdə müşahidə altında saxlanılmadan, bir-iki gün sonra evə buraxılırsa, dehidrasiya və elektrolit balansının pozulması kimi ağırlaşmalar baş verə, hətta ölümə səbəb ola bilər. Məsələn, yaxın vaxtlarda üç uşaq anasının belə bir əməliyyatdan sonra həyatını itirməsi ilə bağlı hadisə də cəmiyyətdə ciddi narahatlıq yaratdı. Çox vaxt belə xəstələrin əməliyyatdan əvvəl lazımi səviyyədə müayinə və qiymətləndirilmədiyini də görürük. Ona görə də hesab edirəm ki, estetik əməliyyatlara müəyyən sərhədlər qoyulmalıdır".



Professor vurğulayıb ki, eyni zamanda, cəmiyyətdə ciddi maarifləndirmə işi aparılmalıdır: "İnsanlar psixoloqdan keçməlidirlər. Psixoloq qiymətləndirməlidir ki, şəxsin həqiqətən bu əməliyyata ehtiyacı varmı, yoxsa qərar hər hansı kompleksin, sosial təzyiqin və ya ətrafdakı insanlara bənzəmək istəyinin nəticəsidir. Bəzi hallarda isə insanı bu əməliyyata ehtiyac olmadığına inandırmaq belə lazım gəlir. Xaricdə də bu məsələlərə daha sistemli yanaşılır. Bir də çalışmalıyıq ki, millət olaraq insanları xarici görünüşümüzlə deyil, intellektimizlə təəccübləndirək. Məncə, bizim üçün əsas motivasiya və kompleks də bu olmalıdır. Əgər belə bir yanaşma formalaşsa, düşünürəm ki, zamanla estetik əməliyyatlara olan bu həddindən artıq meyl də dəyişə bilər".(Musavat.com)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az