
Abşeron rayonu, Xırdalan şəhərində avtomobildə yanğın baş verib.
Nyus.Az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Nyus.Az

























