• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 10-09-2026 Əli Əsədov qərar imzaladı
  • 10-09-2026 Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
  • 10-09-2026 Ayın 11-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
  • 10-09-2026 Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt araşdırılıb
  • 10-09-2026 Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 10-09-2026 Xırdalanda tüstüsü ekologiyanı kor eləyən metaləritmə sexinin istisinə kim qızınır? - VİDEO
  • 10-09-2026 Fərid Eyvazovun güc şousu alınmadı: “Alliance Clinic”də ciddi nöqsanlar – FOTO
  • 10-09-2026 Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR - İDDİA
  • 10-09-2026 Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
  • 10-09-2026 İranın Sirik bölgəsində partlayış səsləri eşidilib
  • 10-09-2026 Türkiyə O SİLAHI sınaqdan keçirdi: Zirehli texnikalar saniyələr içində MƏHV OLDU - VİDEO
  • 10-09-2026 Skuter və velosiped istifadəçiləri hansı tələblərə əməl etməlidirlər? - VİDEO
  • 10-09-2026 Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
  • 10-09-2026 Azad edilən ərazilərdə yeni idxal güzəştləri - VİDEO
  • 10-09-2026 Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
  • 10-09-2026 Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - VIDEO
  • 10-09-2026 Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
  • 10-09-2026 Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
  • 10-09-2026 Mehriban Xanlarovadan Elgizə cavab
  • 10-09-2026 Bəzi rayonlarda işıq olmayacaq

XƏBƏRLƏR

    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
23-07-2026, 07:48

Dostunu qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”

Dostunu qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Nyus.Az Lent.az-a istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin ifadə verməsi ilə davam edib.

Təqsirləndirilən İ.Lısenko İlqar Məmmədovun hər zaman onu maddi və mənəvi zərərə məruz qoyduğunu bildirib:

"İlqar içki aludəçisi olan biri idi. Mən təzəliklə onun oğurluqla da məşğul olduğunu öyrənmişdim. Həmişə hər kəsdən nə isə istəyirdi. Verməyəndə dava-dalaş salır, insanları narahat etməyə başlayırdı. Bir dəfə də mənə zəng elədi ki, onu yaşadığı yerdən çıxarıblar, qalamağa yeri yoxdur. Mən anamla məsləhətləşdim və ona üç gün qala biləcəyini bildirdim, razılaşdı. İlqar həddən artıq çox içirdi, içən kimi də mənimlə mübahisə etməyə başlayırdı. Bir qədər sonra o əl-qoluna güc verməyə, mənə əl qaldırmağa, döyməyə başladı. Mən mülayim təbiətli bir insanam, deyirdim yəqin içkili olduğuna, problemləri olduğuna görə belə edir. Özü də həmişə qapalı yerlərdə mənə əl qaldırırdı, camaatın içində, anamın yanında bunu heç vaxt etmirdi. Bir dəfə məni güclə qəbiristanlığa aparıb, vurmağa başladı. Mən ona qarşılıq verə bilmirdim, bu bəlkə də mənim zəif iradəli insan olmağımdan irəli gəlirdi. O artıq pullarımı oğurlamağa başlamışdı. Maaşımı aldığım gün pullarımın yarısı yoxa çıxmağa başlayırdı. Anam da artıq dilə gəlməyə başlayırdı ki "Sən bu qədər əziyyət çəkib işləyirsən, qazandığın pul hara gedir?" Get-gedə o məndən daha böyük məbləğlər istəməyə başladı, mənim bu qədər pulum yox idi. Mən bir dəfə onun bir qadını necə ölümcül döydüyünü görüb gözüm qorxmuşdu. Məni hədələyib deyirdi ki, onu satsam, anamı da, məni də öldürəcək. Deyirdi sənin maşının var, ver arendaya, mənim problemlərimi həll edərsən. 2025-ci ilin noyabrında anam onu evdən qovdu. Hadisə günü tezdən oyananda İlqar mənə zəng elədi ki, gəl görüşək. Çölə çıxanda onu həyətdə gördüm; əlində araq, sərxoş vəziyyətdə idi. Məni içki təklif edəndə imtina etdim. Dedim orucluq ayıdır, içki içmək günahdır. Məni ələ salıb güldü ki, nə orucluq, kef elə. Mənə çox, özünə az araq süzdü, məcbur elədi ki, arağı içim. İçəndən sonra gördüm yuxu aparır məni. Bir azdan məni tərpədib telefonunun harada olduğunu soruşdu. Ona telefonunun məndə olmadığını dedim. O telefonu öz adıma ona mən almışdım. Mənə qayıdıb dedi ki, sən qəsdən onu itirmisən. Üstümə hücum edib mənə zərbələr endirməyə başladı. Onun elədiklərinə artıq dözə bilmədim; maşınımdan bıçağı götürdüm, gözlərimi yumub haradan vurduğumun fərqində olmadan İlqara ard-arda bıçaq zərbələri endirməyə başladım".

Daha sonra məhkəmə şahid ifadəsi ilə davam edib. Şahid C.R. təqsirləndirilən şəxsin qonşusu olduğunu bildirib:

"İlqar çox qaba, kobud insan idi, daima İqora qarşı zorakılıq göstərirdi. O həm də içki düşkünü idi; dəfələrlə sərxoş vəziyyətdə olub, insanlara maneçilik yaradırdı. Hadisənin necə baş verdiyini görməmişəm. Mən hadisə yerinə çatanda onu yerdə uzanmış gördüm, İqora "Sənə demədim bu adamı evinizdən uzaqlaşdır, neylədin sən?" -dedim.

Növbəti proses 5 avqust saat 12:00 təyin olunub.

Xatırladaq ki, hadisə 21 fevral 2026-cı ildə Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində baş verib.

İqor Lısenko Rusiyada yaşayan dostu İlqar Məmmədovu Bakıya çağırıb. Dostlar bir müddət bir yerdə yaşayıb. Daha sonra aralarında mübahisə düşüb. Bu səbəbdən İlqar Məmmədov İqora məxsus avtomobildə gecələməli olub. İ.Lısenko gecə saatlarında avtomobildə olan İ.Məmmədova yaxınlaşaraq ona bir neçə bıçaq zərbəsi vurub. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə)və 228.5-ci ( qanunsuz olaraq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi açılıb.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az