
Zaqatala rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nyus.Az oxu.az-a istinadən xəbər verir ki, qəza Şəki-Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində qeydə alınıb.
Saat 22:00 radələrində 08-BK-753 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobillə 99-XD-407 nömrəli "Opel" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, 36 yaşlı Ramiz Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























