
Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub.
Nyus.Az xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
Nyus.Az

























