• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 27-10-2026 Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
  • 27-10-2026 Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
  • 27-10-2026 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
  • 27-10-2026 Penitensiar xidmətə yeni rəis təyin edildi
  • 27-10-2026 Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
  • 27-10-2026 Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
  • 27-10-2026 Tramp Yaxın Şərqdə “barıt çəlləyi”ni niyə “partladır”: Savaşın “ikinci dalğa”sı dunyaya daha dağıdıcı zərbələr vuracaq
  • 27-10-2026 Nizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdir
  • 27-10-2026 “Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
  • 27-10-2026 Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
  • 27-10-2026 2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
  • 27-10-2026 “Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq” - Ərdoğan
  • 27-10-2026 Leyla Əliyeva və Alyona Əliyeva Xınıslı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - FOTO
  • 27-10-2026 Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
  • 27-10-2026 Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
  • 27-10-2026 Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - FOTO
  • 27-10-2026 Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
  • 27-10-2026 35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - VİDEO
  • 27-10-2026 Bakının bu ərazilərində ucuz mənzillər satılır - VİDEO
  • 27-10-2026 Mayk Tayson İstanbulda seriala çəkilir

XƏBƏRLƏR

    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
7-05-2025, 05:42

Verdiyi taksi sifarişi ona 4500 manata başa gəldi

Verdiyi taksi sifarişi ona 4500 manata başa gəldi


Bakıda maraqlı dələduzluq hadisəsi baş verib.

Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl N.Məmmədova polisə müraciət edərək təsadüfən tanış olduğu taksi sürücüsünün onu aldadaraq 4500 manat pul aldığını və geri qaytarmadığını deyib.

Şikayətçi bildirib ki, ötən ilin avqustunda "Bolt" tətbiqi vasitəsilə taksi sifariş edib və sifarişi adının sonradan Şəhriyar olduğunu bildiyi şəxs yerinə yetirib. Yolda olarkən onların arasında işlə bağlı söhbət olub və N.Məmmədova işdən çıxmaq istədiyini bildirib.

Şəhriyar özünü "Qızıl Buta" jurnalının əməkdaşı kimi təqdim edərək sərnişinə "iş vəsiqəsi"ni göstərib. O, guya jurnalın rəhbəri olan Cəmilə adlı qadının yüksək vəzifədə təmsil olunan şəxslərdən birinin qohumu olduğunu deyib və N.Məmmədovanı aylıq 2 min manat maaşla həmin jurnala işə götürəcəyinə dair vəd verib. Bu məqsədlə Şəhriyar sükan arxasında Cəmilə kimi təqdim etdiyi şəxsə də "zəng edərək" yeni işə götürüləcək qadınla bağlı məlumat verib.

Bundan sonra sərnişinlə sürücü arasında qarşılıqlı ünsiyyət yaranıb. Şəhriyar 60 min manatının olduğunu və bu pula "Range Rover" markalı avtomobil alacağını bildirib. O, N.Məmmədovaya maşın almaq üçün 4500 manatının çatmadığını deyib və həmin pulu işə düzəltməyə görə verməsini xahiş edib. Taksi sürücüsünün vədlərinə inanan sərnişin də 3500 manat nağd pulu və mağazadan "Iphone" markalı telefonu kreditə götürərək ona verib. Şəhriyar yeni telefonu dərhal başqa mağazada 1850 manata satıb və N.Məmmədovaya onu 1000 manata satdığını deyib.

Lakin bir neçə həftə keçdikdən sonra taksi sürücüsünün yalan danışdığı, vədlərinin həqiqətə uyğun olmadığı üzə çıxıb.

N.Məmmədovanın şikayəti əsasında Şəhriyar Xəlilova Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

İstintaq dövründə Şəhriyar vurduğu zərərin 3150 manatını geri qaytarıb.

Cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə N.Məmmədova Şəhriyarın həbs edilməsini istəmədiyini, həbs olunarsa, qalan pulu verməyəcəyini deyib. Şəhriyar da yerdə qalan pulu hissə-hissə ödəməyi boynuna götürüb.

Məhkəmənin hökmü ilə Ş.Xəlilova 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq taxılıb.

Onun üzərinə yaşadığı ünvanı saat 23:00-dan 07:00-dək tərk etməməsi, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməməsi, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməsi, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az