• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 11-09-2026 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
  • 11-09-2026 Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
  • 11-09-2026 Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
  • 11-09-2026 Lənkəranda ağacları kim yeyir?! - FOTO
  • 11-09-2026 Oman sahillərində iki gəmi VURULDU
  • 11-09-2026 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VIDEO
  • 11-09-2026 Brent neftinin qiyməti 108 dolları ötüb
  • 11-09-2026 Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
  • 11-09-2026 Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - VIDEO
  • 10-09-2026 Əli Əsədov qərar imzaladı
  • 10-09-2026 Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
  • 10-09-2026 Ayın 11-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
  • 10-09-2026 Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt araşdırılıb
  • 10-09-2026 Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 10-09-2026 Xırdalanda tüstüsü ekologiyanı kor eləyən metaləritmə sexinin istisinə kim qızınır? - VİDEO
  • 10-09-2026 Fərid Eyvazovun güc şousu alınmadı: “Alliance Clinic”də ciddi nöqsanlar – FOTO
  • 10-09-2026 Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR - İDDİA
  • 10-09-2026 Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
  • 10-09-2026 İranın Sirik bölgəsində partlayış səsləri eşidilib
  • 10-09-2026 Türkiyə O SİLAHI sınaqdan keçirdi: Zirehli texnikalar saniyələr içində MƏHV OLDU - VİDEO

XƏBƏRLƏR

    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
18-04-2025, 08:24

Azərbaycanda qadın müğənni qardaşı tərəfindən qətlə yetirildi

Azərbaycanda qadın müğənni qardaşı tərəfindən qətlə yetirildi


Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində ögey bacısı Fidanı (adlar şərti verilib - red.) öldürüb.

Nyus.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Vüqar 1989-cu il təvəllüdlü ögey bacısı Fidanın müğənnilik fəaliyyəti ilə məşğul olmasını özü üçün alçaldıcı hərəkət hesab edib.

O, bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə 2023-cü ilin noyabrın 2-də səhər saat 7 radələrində bacısının Gəncə şəhəri, Yeni qəsəbədə yaşadığı binanın qarşısına gəlib, havanın işıqlanmasını gözləyib.

Vüqar bacısının mənzildən çıxaraq binanın qarşısında gözləyən taksiyə yaxınlaşanda ona öz iradını bildirib. Fidan qardaşının onunla mübahisə etməsindən sonra yaxınlıqdakı polis şöbəsinə gedərək məlumat vermək istəyib.

Vüqar Fidanın ardınca qaçaraq onu tutub və ona çoxsaylı bıçaq zərbələri vurub. Qadın hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, mərhum Fidan onun atabir bacısıdır: "Bacımla dəfələrlə telefonda danışmışam və görüşmüşəm. Onun müğənnilik fəaliyyətindən əl çəkməsini istəmişəm. Müğənnilik edən qadının abır-həyası olmaz deyə düşünmüşəm. "Hər ehtiyacını ödəyirəm, müğənnilik fəaliyyətindən əl çək" demişəm.

Bacım isə mənə bildirdi ki, 9 min manat borcu var. Bu borcunun tam ödənilməsini də öz üzərimə götürdüyümü bildirdim. Bir nəfərin yanına gedərək, mənə sabaha 10 min manat pul lazım olduğunu və həmin məbləği evimi satdıqdan sonra qaytaracağımı söylədim. O da "problem yoxdu" dedi".

Təqsirləndirilən şəxs qeyd edib ki, bacısı səs-küy edib, dava salıb və oradan uzaqlaşıb: "Sonra qardaşım Əhmədlə bibim oğlu Əfqan gəldi. Bizim danışıqlarımız alınmadı. Əfqanla heç bir söhbətimiz olmadı. O, mehribançılıq yaratmaq üçün gəlmişdi. Bacım dəfələrlə gələrək evdə səs-küy salıb və gedib. Bununla bağlı polis şöbəsindən mənə zəng də olunub, Gülnar və Səidə adlı şəxsləri tanıyıb-tanımadağım soruşulub".

Vüqarın ifadəsinə görə, bacısı yenidən dava-dalaş və səs-küy salandan sonra daha onunla görüşməyib: "Axırıncı dəfə noyabrın 2-də Gəncə şəhərinə gəldim və uşağın məktəbə getməsini gözlədim. Uşaq məktəbə getdikdən sonra fikrim evə qalxmaq və bacımla söhbət etmək idi.

Həmin vaxt mən avtomobildə gözləyirdim. Bundan xəbər tutan bacım oraya gəldi, gəlişimin səbəbini soruşdu. Mən də söhbət etmək üçün gəldiyimi bildirdim. Bacım səs-küy saldı. Ona buranın yaşayış yerinin olduğunu bildirərək evə qalxmağı təklif etdim. Daha sonra söyüş və təhqirlər oldu. Nəticədə bu hadisə baş verdi".

Vüqarın sözlərinə görə, hadisə baş verən zaman Sumqayıt şəhərində yaşayıb, Gəncəyə taksi ilə gəlib: "Həmin əraziyə də taksiylə gəldim. Fidan məndən "bura niyə gəlmisən" deyə soruşdu. "Gəlmişəm səninlə söhbət etməyə" dedim. Bacıma binanın qabağında söhbət etməyimizin ayıb olduğunu bildirdim, evə qalxmağı təklif etdim. O, səs-küy, qışqır-bağır saldı, polisə tərəf getdi. Ona 17 bıçaq zərbəsi vurdum. Daha sonra məni polis şöbəsinə apardılar. Fidan isə hadisə yerində qaldı. Bacıma kömək olunub-olunmasından xəbər tutmadım. Mən tanımadığım yerə gəlmişdim, bıçağı bacımı ödürmək məqsədi ilə götürməmişdim".

Vüqar ifadəsində göstərib ki, bundan əvvəl doğma anasını qətlə yetirdiyinə görə məhkumluq həyatı yaşayıb: "Anamı da eyni səbəbdən qətlə yetirmişdim. 15 il həbsdə yatdım. Hadisədən 6 ay əvvəl həbsdən çıxmışdım. Mən belə şeyləri qəbul etmirəm. Cəza çəkərkən bacıma zənglər etmişəm və bu yoldan çəkinməsini istəmişəm. Fidan mənə müğənnilik fəaliyyəti ilə məşğul olmayacağına söz versə də, vədinə əməl etmədi. Mən bacımı öldürmək istəmirdim. Onun ölümünün səbəbkarı öz qohumlarıdı. Bacıma evimi verməyi də təklif etmişdim. Törətdiyim əməldən peşman deyiləm".

İş üzrə zərərçəkmiş Fidanın hüquqi varisi qismində bacısı Əsmər tanınıb. Hüquqi varis həm də təqsirləndirilənin ögey bacısıdır.

Əsmərin sözlərinə görə, Vüqar dəfələrlə ona zəng edib və "sən şərait qur, mən gəlib, onların kökünü kəsim" deyib: "Ona yalvarırdım, "bizim bacımızın pis bir şeyi olsa, oxumasına özüm razı olmaram" deyirdim. Bacım sadəcə çörək pulu qazanırdı. Hadisə yerində mən olmamışam. Danışılanlardan bilmişəm ki, Vüqar Fidana 17 bıçaq zərbəsi vurub. O, bacımın müğənnilik etməsini istəmirdi. Mən də "yaxşı, müğənnilik etmirsə, onda gətir ona çörək ver" deyirdim. Vüqar Fidanın əri Zauru da hədələyirdi. "Sən evdə bir şənlik hazırla, çağır məni, gəlim, onları qırım" söyləyirdi. Vüqardan şikayətçiyəm".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 19 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin 56.2 və 56.1.4-cü maddələrinə əsasən, təqsirləndirilən şəxs cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl Vüqar öz doğma anasını öldürüb. 2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 15 il cəza alıb.

O, həmin dövrdə də Cinayət Məcəlləsinin 120.2.2 və 120.24-cü maddələri ilə ittiham elan edilib. O, 2008-ci ildə Bərdə rayonunda anasını döyə-döyə öldürüb. İddia olunur ki, Vüqar anasını da qısqanclıq zəminində qətlə yetirib.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az