• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio
  • 04-06-2026 Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
  • 04-06-2026 Saat 10:00-da bu ərazilərdə işıq KƏSİLƏCƏK
  • 04-06-2026 Maşınla yola çıxanlar mütləq OXUSUN - 11 küçədə…
  • 04-06-2026 Xəzərdə zəlzələ oldu
  • 04-06-2026 Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
  • 04-06-2026 Azərbaycan millisi finalda - Avropa çempionatı
  • 04-06-2026 İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
  • 04-06-2026 Narkotik istifadə edirlərmiş
  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü
  • 03-06-2026 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
  • 03-06-2026 Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
  • 03-06-2026 Ağdaşda ağır qəza: Ölən və yaralanan var
  • 03-06-2026 50 qramı belə təhlükəlidir - Yeməyin
  • 03-06-2026 Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

XƏBƏRLƏR

    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
    Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
    Azərbaycan U-21 millisində dəyişiklik
    Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
9-04-2025, 06:12

Lənkəranskinin adamı Xırdalanda güllələndi

Lənkəranskinin adamı Xırdalanda güllələndi


2022-ci il mayın 12-də 1984-cü il təvəllüdlü Samir Kazımov Bakı şəhərinin Suraxanı rayonu ərazisində saxlanılaraq, Abşeron rayon Polis İdarəsinə gətirilib. İdarədə onun üzərindən bir ədəd pnevmatik tapança və 2 ədəd patron götürülüb.

2017-ci il martın 30-da Xırdalan şəhərində baş verən atışma zamanı 1970-ci il təvəllüdlü Valeh Nəcəfov qətlə yetirilib. Qarnından və qolundan odlu sulah yaraları alan Qəbələ rayon sakini 1985-ci il təvəllüdlü Xəyal Paşayev Kliniki Tibbi Mərkəzə çatdırılıb və həyatı xilas olunub.

Polis və prokurorluq əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, hadisə 28-ci məhəllədə yerləşən "Karvan" çay evinin arxasında baş verib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq-əməliyyat tədbirlərləri nəticəsində Xəyal Paşayev, Kənan Həsənov, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədov cinayət məsuliyyətinə cəlb olunublar. Cinayət işi istintaqın davam etdirilməsindən ötrü Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə göndərilib. 2018-ci ilin dekabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsnin hökmü ilə Xəyal Paşayev 19, Kənan Həsənov və Bilal Bayramov 18, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədov 13 il müddətinə azadlıqdan məhrum olunublar. Barələrində axtarış elan olunan Bəşir Qəhrəmani, İlham Həsənov, Miskin Qasımov və Rəşid Qurbanov 2019-cu ildə tutulsalar da, Samir Kazımov cinayət məsuliyyətindən yayınıb. 2021-ci ilin avqust ayında məhkəmənin hökmü ilə Bəşir Qəhrəmani və qeyriləri 18 il müddətinə azadlıqdan məhrum olunublar.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstinaqla müəyyən edilib ki, Samir Kazımov 2017-ci ilin mart ayında İran İslam Respublikasının vətəndaşları Bəşir Qəhrəmani, Həsən Rəhbəri Qaradağlı, Azərbaycan Respublikasının vətəndaşları Miskin Qasımov, İlham Həsənov, Rəşad Qurbanov, Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar, Məhəmməd Əhmədov və qeyriləri ilə mütəşəkkil dəstənin tərkibində aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirib. Belə ki, Bəşir Qəhrəmani və Həsən Rəhbəri Qaradağlının 2016-cı ildən etibarən meyvə-tərəvəz məhsullarının ticarəti ilə məşğul olduqları Valeh Nəcəfovla şərikli kommersiya fəaliyyətindən onlara, sonuncunun 30 000 dollar borcunun yaranmasını iddia ediblər. Onu oğurlayıb, şəxsiyyəti üzərində zor tətbiq edilməklə, borcun tələb olunub alınması və qəsdən öldürülməsi barədə sifarişi Rəşad Qurbanova və İlham Həsənova veriblər. Valeh Nəcəfovun yaşadığı ünvan və hərəkət marşrutu müəyyənləşdirildikdən sonra 2017-ci il martın 29-u saat 11 radələrində dəstə üzvləri Allahverdi Ruzpeykar, Kənan Həsənov, Bilal Bayramov və Xəyal Paşayev, sonuncunun idarə etdiyi "Mercedes" markalı maşınla Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 ünvanının qarşısına gəliblər. Valeh Nəcəfovu zorla avtomobilə mindirib Bakı şəhərinin Əhmədli qəsəbəsində yerləşən kafeyə gətiriblər. Orda Xəyal Paşayev üzünə yumruqla zərbə vuraraq, Bəşir Qəhrəmaniyə verməli olduğu pul vəsaitini Valeh Nəcəfovdan hədə-qorxu ilə tələb edib. Sonuncu pulu olmadığını bildirdikdə, Paşayev dəstə üzvləri ilə birlikdə zor tətbiq etməklə, onu yenidən maşına mindib Məhəmməd Əhmədova məxsus Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə aparıblar. Paltarlarını soyundurub, zərərçəkmişi döyüblər.

Valeh Nəcəfovun pul əvəzinə arvadına məxsus qızıl əşyaları verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı evə gətiriblər. Valeh Nəcəfovdan arvadı Yeganə Nəcəfovaya məxsus, 15.000 manat dəyərində brilyant qaşlı qızıl sırğa və qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra, növbəti gün saat 11 radələrində görüşməyə razılaşıblar. Martın 30-u saat 18-də, Samir Kazımov, Xəyal Paşayev, Bilal Bayramov və Kənan Həsənov Xırdalan şəhərində Valeh Nəcəfovla görüşüblər. Sonuncu qızıl-zinət məmulatının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə Xəyal Paşayev Kənan Həsənova Valeh Nəcəfovu 28-ci məhəllədə yerləşən çay evinə aparılması barədə göstəriş verib.

O, Bilal və Xəyalla birlikdə qızıl əşyaları satmaq üçün ayrı-ayrı zərgərlərin yanlarına gediblər. Mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən qızıl məmulatlarını satmayaraq, saat 22 radələrində çay evinə qayıdıblar. Valeh Nəcəfovdan əlavə pul vəsaiti verməsini hədə-qorxu yolu ilə tələb edərkən, aralarında mübahisə yaranıb. Çay evindən çıxıb, mübahisələrini davam etdirərkən Xəyal Paşayev Valeh Nəcəfovun ünvanına ləyaqətini alçaldan nalayiq ifadələr işlədib, onun üzünə yumruqla zərbələr endirib. Nəcəfov sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə naməlum mənbədən əldə edib, üzərində gəzdirdiyi "Beretta" markalı tapançadan atəş açıb. Xəyal Paşayev onunla əlbəyaxa olarkən, Samir Kazırmov, Kənan Həsənov və Bilal Bayramovla birlikdə müdaxilə edərək, Valeh Nəcəfovun qollarından tutub, müqavimətini məhdudlaşdırıblar. Bundan istifadə edən Xəyal Paşayev silahı Valeh Nəcəfovun əlindən alıb, baş nahiyəsinə bir dəfə atəş açıb. Nəticədə Valeh Nəcəf ölüb.

İş üzrə dindirilmiş Samir Kazımov bildirib ki, neft şirkətində mühafizəçi işləyib, peşəkar boksçudur. Dostu Rəşad Qurbanovun vasitəsilə İlham Həsənovla tanış olub:

"İlham Ədliyyə Nazirliyində ekspert vəzifəsində işləyirdi, mayor rütbəsində idi. 2017-ci ilin fevral ayında məşq zalında Rəşadla İlham mənə yaxınlaşıb bir məsələ ilə bağlı söhbət etmək istədiklərini dedilər. İlham əslən Lənkəran rayonundan olan Valeh adlı şəxsin Xırdalanda yaşadığını, onun Bəşir adlı İran vətəndaşına 30.000 dollar borcu olduğunu, həmin məbləği geri qaytarmadığını, Valehdən pul alınarsa mənə də hörmət olunacağını deyib. İlham Həsənovun sözlərindən belə başa düşdüm ki, Valeh göyərti məhsullarını İrandan alıb, Rusiyada satışını həyata keçirirmiş. Axırıncı dəfə mal xarab çıxdığına görə Valehlə Bəşirin arasında narazılıq yaranıb. İlham mobil nömrəsini verdikdən sonra mən Valehə zəng edib özümü təqdim etdim və iranlı Bəşirə pul borcu olmasını bildirdim. Buna baxmayaraq, Valeh görüşməkdən yayındı. Valeh kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınmış Rövşən Canıyevin yaxın adamı idi, Moskva şəhərində yerləşən meyvə-tərəvəz bazarına dolayı yolla nəzarət edirdi.

Martın 30-da Xırdalanda çay evindən çıxıb, öz avtomobilimə tərəf gedərkən, Valeh Nəcədov qəflətən bizə tərəf qaça-qaça gəlib, tapançadan Xəyala ardıcıl atəşlər açdı. Mən Bilalla bir istiqamətdə, Xəyalla Kənan isə digər istiqamətdə qaçmağa başladıq. Sonradan eşitdim ki, Xəyal üç güllə yarası alaraq, Təcili Tibbi Yardın işçilərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb, Valeh isə başından güllələnib. Hadisədən sonra qorxduğumdan Bilalla birlikdə taksi ilə Əhmədli qəsəbəsinə qayıtdıq.

Sonra eşitdim ki, hadisə ilə bağlı Xəyalı, Xəyalın bacanağı Məhəmmədi, Kənanı, Allahverdini, Bilalı tutublar. Bundan bir müddət sonra cinayət məsuliyyətinə Rəşad, İlham və Miskin də cəlb olunublar. 2022-ci il mayın 12-də axşam yaşadığım evin yaxınlığında mülki geyimdə olan 2 nəfər mənə yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim edib, mənim axtarışda olmağımı bildirdilər. Polislərdən qaçarkən, yerə yıxılıb xəsarət aldım. Abşeron RPİ-də üzərimdən pnevmatik tapança aşkar edildi. Silahı 2014-cü ilin oktyabr ayında Dağıstan Respublikasından Azərbaycana idman yarışına gələn Rahil adlı Rusiya vətəndaşından 300 manata almışdım.Tapançadan Yeni il bayramında bir dəfə göyə atəş açmışam, sonra həmin silahdan istifadə etməmişəm".

Samir Kazımov əlavə edib ki, onun bu işdə yeganə günahı odur ki, İlham Həsənovun təklifi ilə razılaşıb Xəyal Paşayevin vasitəsilə Valeh Nəcəfovu Əhmədli qəsəbəsində yerləşən kafeyə çağırıb və ondan pul tələb edib. Onlar zərərçəkmişi oğurlamayıblar. Kafedə və küçədə ona qarşı zor tətbiq etməyiblər. Valeh özü silahdan onların istiqamətində atəş açıb. 3 gülə yarası alaraq yaralanan Xəyal Valehi ödürə bilməzdi. Nəcəfovun kim tərəfindən öldürüldüyünü görməyib.

Məhkəmə iclasında Samir Kazımov ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərib ki, nəzərdə tutulan cinayətlərin heç birini törətməyıb. Mütəşəkkil dəstənin üzvü olmayıb, Valeh Nəcəfovu oğurlamaq, ondan hədə-qorxu ilə pul tələb etmək və onu qətlə yetirmək barədə hər hansı şəxslə əvvəlcədən planlaşdırmayıb. Bir daha qeyd edib ki, zərərçəkmişin kim tərəfindən, hansı şəraitdə və üsulla öldürülməsi barədə məlumatı yoxdur.

Zərərçəkmiş şəxsin hüquqi varisi Yeganə Nəcəfova ifadəsində göstərib ki, martın 29-da axşam Valeh əsəbi halda evə qayıdaraq, uşaqları çölə çıxarıb, qapını örtüb. Brilyant qaşlı üzük və sırğa dəstini istəyəndə, ondan nə baş verdiyini soruşub:

"Valeh mənə "İranlı Bəşirə borcu olmasını, sonuncunun sifarişi əsasında 5 nəfərin Xırdalanda zorla maşına mindirib, onu Hövsanda yerləşən evə apardıqlarını, sonra onlara 2 nəfərin də qoşulduğunu, orda paltarlarını soyundurub, onu döydüklərini" bildirdi. Bu barədə polisə məlumat verməsini deyəndə, yoldaşım "sən bilmirsən, bunlar çox qorxulu adamlardır, ailəmə pislik edərlər, qadınsan, get öz işinlə məşğul ol, məsələmi özüm həll edəcəm" söylədi. Ayın 30-da axırıncı dəfə Valehlə telefonla saat 21:40-da danışdım. Saat 22:34-də yoldaşımın nömrəsinə zəng edəndə, bir nəfər cavab verib həkim olduğunu, Valehin avtomobil qəzasına düşüb, ayağını sındırdığını bildirməklə, məndən yaşadığımız ünvanı soruşdu. Abşeron RPİ-də yoldaşımın öldüyünü öyrəndim. Valehin üzərində heç vaxt tapança görməmişdim".

Şahid Xəyal Paşayev bildirib ki, Samir Kazımov onun sinif yoldaşı olub. İbtidai istintaq qərəzli aparılıb:

"Hadisə günü mən, Samir və Kənan çayxanadan çıxarkən Valeh Nəcəfov tapançadan atəş açmağa başladı. Güllələrin təsirindən yerə yıxıldım, sonra isə sürünə-sürünə yaşayış evinin blokuna girdim. Gözlərimi xəstəxanada açdım. Sonra Valehin öldüyünü öyrəndim. Valeh gicgah nahiyəsindən vurulub, bunu onun özündən başqa heç kim edə bilməzdi".

Şahid Bəşir Qəhrəmani ifadəsində göstərib ki, Samir Kazımovu tanımır. Valeh Nəcəfovun qəsdən öldürülməsi və ondan pul tələb olunması ilə bağlı heç kimə sifariş verməyib.

Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən Samir Kazımovun əməlləri Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 144-cü (adam oğurluğu), 182-ci (hədə-qorxu ilə tələb etmə), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə düzgün tövsif olunub. Ona həmin maddəllərin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Samir Kazımov 17 il müddətinə azadlıqdan məhrum olunub.//milli.az/

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az