• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 27-10-2026 Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
  • 27-10-2026 Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
  • 27-10-2026 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
  • 27-10-2026 Penitensiar xidmətə yeni rəis təyin edildi
  • 27-10-2026 Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
  • 27-10-2026 Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
  • 27-10-2026 Tramp Yaxın Şərqdə “barıt çəlləyi”ni niyə “partladır”: Savaşın “ikinci dalğa”sı dunyaya daha dağıdıcı zərbələr vuracaq
  • 27-10-2026 Nizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdir
  • 27-10-2026 “Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
  • 27-10-2026 Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
  • 27-10-2026 2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
  • 27-10-2026 “Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq” - Ərdoğan
  • 27-10-2026 Leyla Əliyeva və Alyona Əliyeva Xınıslı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - FOTO
  • 27-10-2026 Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
  • 27-10-2026 Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
  • 27-10-2026 Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - FOTO
  • 27-10-2026 Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
  • 27-10-2026 35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - VİDEO
  • 27-10-2026 Bakının bu ərazilərində ucuz mənzillər satılır - VİDEO
  • 27-10-2026 Mayk Tayson İstanbulda seriala çəkilir

XƏBƏRLƏR

    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
10-07-2024, 06:38

Bakıda ata qapını gec açdığına görə qızını vurdu, iş məhkəməyə getdi

Bakıda ata qapını gec açdığına görə qızını vurdu, iş məhkəməyə getdi


Bakının Xətai rayonunda 1973-cü il təvəllüdlü Vəli ailə münaqişəsi zəminində qızı Fəridəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Nyus.Az bildirir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, Vəli qızının yaşadığı ünvanda yerləşən evə gəlib, onun qapını gec açmasına irad bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı bir dəfə yumruqla və bir dəfə başla sifət nahiyəsindən vurub. Qızını döyərək burun nahiyəsinin şişkinliyi halında əzilməsi və digər xəsarətlər yetirib.

Hadisəni törədən Vəlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qızı Fəridə beş aylıq olduğu vaxtdan anası onu götürərək özü ilə saxlayıb: "2019-cu ildən, yəni ikinci ailə həyatı qurduğum vaxtdan Ramana qəsəbəsində yaşayıram. 2024-cü ildə Əbilov küçəsində yerləşən evə gəldim. Təxminən saat 18:40-da qapını döydüyüm vaxt Fəridə evdə olmasına baxmayaraq qapını açmadı. Daha sonra qapını təkidlə döyməyə davam etdim. Bir qədər sonra Fəridə qapını açaraq "hadisə çıxmasın deyə qapını açdım", - dedi. Belə olduqda əsəbiləşdim. Ona "nə deyirsən?", - deyə soruşdum. Fəridə arxasını mənə çevirərək getdi. Fəridənin arxasınca düşdüm, üzbəüz gəldikdə yumruqla sifət nahiyəsindən vurdum. Onu divara doğru sıxışdırdım. Fəridə əli ilə mənə mane olmaq istədi. Başımla Fəridənin burun nahiyəsinə zərbə endirdim və evdən çıxdım".

İş üzrə zərərçəkmiş Fəridənin sözlərinə görə, beş aylıq olduğu vaxtdan onu nənəsi götürərək özü ilə saxlayıb: "Anam ilə atam 2018-ci ildə boşanıblar. 2019-cu ildən atam ikinci dəfə ailə həyatı qurduğu üçün Ramana qəsəbəsində yaşayır. Atam həmişə mənimlə kobud davrandığı üçün ondan qorxuram".

Zərərçəkmiş bildirib ki, hadisə günü, axşam saat 18 radələrində atası Vəli yaşadığı evə gəlib və evin qapısını döyüb: "Özüm evdə tək olduğum üçün qapını açmadım. Daha sonra Vəli qapını döyməyə davam etdiyi üçün onun qapını qıracağından ehtiyatlandım və qapını açdım. Çünki Vəli əvvəllər bir dəfə pəncərəni qıraraq mənzilə daxil olub. Qapını açan kimi Vəliyə "hadisə çıxmasın deyə qapını açdım, sakit ol", - dedim. Sonra mətbəxə keçdim. Vəli də üzərimə gələrək "nə deyirsən?", - deyə soruşdu və yumruqla üzümə bir dəfə vurdu. Daha sonra Vəliyə mane olmaq istədim. Vəli başla burun nahiyəmə vurdu. Vəli özümü itirdiyimi gördü və evdən getdi. Hadisə vaxtı evdə atam və özümdən başqa heç kəs olmayıb. Atamın məni döyməyi bir, ya iki dəqiqə ərzində baş verib".

Xətai Rayon Məhkəməsinin hökmü ilə Vəli 300 saat ictimai işlər cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə ictimai işləri yerinə yetirdiyi yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onun üçün müəyyən olunmuş yerdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, müəyyən edilmiş qaydada elektron nəzarət vasitəsindən istifadə etmək, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək, bu vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulub.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az