
Bakının Nəsimi rayonunda 21 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb.
Nyus.Az report.az-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Hüseynov Hacımurad Firdiman oğlunun idarə etdiyi motosiklet qarşı tərəfdən gələn avtomobillə toqquşub.
H.Hüseynov hadisə zamanı xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.
Nyus.Az

























