
Bakının Suraxanı rayonunda bıçaqlanma baş verib.
Nyus.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, Oqtay Şabanov küçəsində 1985-ci il təvəllüdlü Kələntərov Mehman Tofiq oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Nyus.Az

























