Sumqayıtda zavodda yanğının söndürülməsi zamanı FHN əməkdaşı xəsarət alıb - YENİLƏNİB
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Sumqayıt Aşqarlar" zavodunun ərazisində baş verən yanğında Fövqəladə Hallar Nazirliyinin (FHN) bir əməkdaşı xəsarət alıb.
Nyus.Az report.az-a istinadən xəbər verir ki, zavodda istifadə olunmuş yağların toplandığı quyu yanıb.
Yanğının söndürülməsi zamanı FHN-in Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü Məmmədli Ramil Fikrət oğlu sağ çiyinin əziyi xəsarəti alıb.
21:35 2024.04.30
Sumqayıtda Aşqarlar zavodunda yanğın başlayıb.
Nyus.Az Report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda texnikası və canlı qüvvəsi cəlb olunub.