
Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
Olay Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Bəşirov Telman Şahbaba oğlu küçədə dava zamanı bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.//APA//
Nyus.Az

























