• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 28-10-2026 Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
  • 28-10-2026 Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
  • 28-10-2026 Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - VIDEO
  • 28-10-2026 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
  • 28-10-2026 Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
  • 28-10-2026 Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
  • 28-10-2026 Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
  • 28-10-2026 Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsiqəsi tələbi
  • 28-10-2026 Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir
  • 28-10-2026 Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
  • 28-10-2026 Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib
  • 28-10-2026 Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
  • 28-10-2026 Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
  • 28-10-2026 "3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
  • 27-10-2026 Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
  • 27-10-2026 Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
  • 27-10-2026 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
  • 27-10-2026 Penitensiar xidmətə yeni rəis təyin edildi
  • 27-10-2026 Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
  • 27-10-2026 Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO

XƏBƏRLƏR

    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
31-10-2023, 08:16

Bakıda evli kişinin dul qadınla sevgi macərası faciə ilə bitdi - TƏFƏRRÜAT

Bakıda evli kişinin dul qadınla sevgi macərası faciə ilə bitdi - TƏFƏRRÜAT


2022-ci il iyulun 3-ü saat 18 radələrində 1985-ci il təvəllüdlü Aynurə Əliyarova çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilir. Hadisə ilə bağlı rayon prokurorluğuna daxil olmuş məlumat daxil olur. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisənin baş verdiyi Yeni Zığ yaşayış kompleksi, bina 6, mənzil 18-ə baxış keçirilib.

Hadisədən təxminən bir saat sonra cinayəti törədən 1978-ci il təvəllüdlü Sahil Məmmədov 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən küçədə saxlanılıb.

Kürdəmir rayonunda anadan olan S. Məmmədov Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 49 ünvanında yaşayıb. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2002-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum olunub.

Xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq ağır yaralanan qadın iyulun 5-i saat 21:35-də xəstəxanada vəfat edib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ayın 7-də baxış keçirilməsi protokollarından görünüb ki, hadisə yerindən götürülmüş bir ədəd qızılı rəngli mobil telefonun "WhatsApp" proqramına daxil olduqda Sahil Məmmədova məxsus nömrə blok edilib. Həmin nömrədən daxil olan cavabsız zənglər, iyulun 3-ü saat 14:00 kimi çoxsaylı yazılı və səsli ismarıclar aşkar olunub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, iyulun 3-ü saat 14 radələrində Sahil Məmmədov sevgi münasibətlərində olduğu Aynurə Əliyarovanın, son günlər onunla əlaqələrini kəsib başqa şəxslərlə görüşməsini qısqandığı üçün, həmçinin onun və ailə üzvlərinin ünvanına mobil telefonda nalayiq ifadələr işlətməsindən qəzəblənərək ondan qisas almaq qərarına gəlib. Bu məqsədilə qadının yaşadığı ünvana gəlib. Aynurə Əliyarovanın qapını açmasından istifadə edərək, boğazından tutub, yerə yıxıb və zorla mənzilə daxil olub. Yalvarışlarına məhəl qoymadan, müstəsna dərəcədə qəddarlıqla, bıçaqla döş qəfəsinə, həmçinin qarın və kürək nahiyələrinə 20 dəfə zərbə vuraraq, zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb.
İş üzrə dindirilmiş Sahil Məmmədov bildirib ki, ailəsi ilə Bakı şəhərinin Nizami rayonunda yaşayıb. 2002-ci ildə məhkum olunub, ümumilikdə 5 il 10 ay cəza çəkib:

"Gözəllik salonunla işləyən Aynurə Əliyarova ilə 3 il əvvəl tanış olmuşdum. Qadın 2 oğlu ilə birlikdə mənimlə eyni binada yaşayırdı. Əri dünyasını dəyişmişdi. Aynurə ilə onun evində və ya oteldə görüşmüşük. Qadın 1 ildən artıqdır ki, övladları ilə birlikdə Yeni Zığ Yaşayış Kompleksinə köçmüşdü. Kafedə ofisiant işləyirdim, Aynurə ilə görüşlərim davam edirdi. Ayda ona 200-300 manat pul verirdim, arabir evinə bazarlıq edirdim. Heç kimlə münasibəti olmadığını söyləsə də, qadının başqa şəxslərlə də görüşməsindən şübhələnmişdim. Aynurə isə bunu boynuna almayıb görüşdükləri kişilərin dostları olduğunu deyirdi. İyulun 1-də Aynurəyə mesaj yazaraq səhərisi gün evinə gələcəyimi bildirdim. Ayın 2-i saat 19 radələrində mənzilinin qapısını döysəm də açan olmadı. Sevgilimin yatdığını düşünüb bir qədər gözlədikdən sonra həyətə düşdüm. Həyətdə 15-20 dəqiqə gəzişdikdən sonra, yenidən qalxıb qapını döydüm. Saat 21-ə kimi gözlədim. Dəfələrlə zəng vursam da qadın cavab verməyərək, "Whatsapp"da mənə rayonda olması haqda mesaj yazdı. Dərhal Aynurəyə zəng vurduqda artıq nömrəsinə zəng çatmadı. Qadının oğlu Rizvana zəng vuranda, telefonu götürən Aynurənin anasına yalandan iş yerindən zəng etdiyini və qızının Yevlax rayonunda olub-olmadığını soruşdum. Qadın mənə Aynurənin rayonda olmadığını söylədi. Əsəbləşdiyimdən binanın həyətində onun gəlməyini gözlədim. Gecə yarısında Aynurənin ağ rəngli "Kia" markalı maşından düşdüyünü gördüm. Yaxınlaşıb avtomobili sürənin kim olduğunu soruşanda, qadın müştərisinin saçını düzəltməkdən gəldiyini və gəldiyi maşının taksi olduğunu dedi. Niyə yalandan rayonda olmasını söylədiyini soruşanda, Aynurə əsəbi olduğumu görüb qorxdu. Mənə sakitləşməyimi, evə qalxıb orda söhbət etməyimizi bildirdi.

Qadın evin açarını götürmək üçün mühafizəçinin yanına gedərək, ondan kömək istəyib və polisə xəbər verməsini xahiş edib. Yaşça məndən böyük olan mühafizəçi yaxınlaşaraq, yaşayış binasının ərazisini tərk etməyimi tələb etdi. Buna görə taksi çağıraraq yaşadığım evə qayıtdım. Növbəti gün işə getmədim, saat 11 radələrində Aynurə mənə mesaj yazanda evdə olduğumu və 10-15 dəqiqədən sonra danışacağımızı bildirdim. Lakin Aynurə mənə artıq-əksik sözlər yazmağa başladı. "Whatsapp"da 3-4 nəfərlə evimə gəlib, mənim və arvadımın başına oyun açacağı haqda səsli mesaj göndərdi. Bu sözlərdən hiddətlənərək, taksi ilə Zığ qəsəbəsinə yollandım. Yolda yazışaraq, bir-birimizin ünvanına söyüşlər yazdıq. Yaşadığı binaya çatıb, liftlə 4-cü mərtəbəyə qalxdım. Çox əsəbi idim, dəhlizdə olanda mənzildən Aynurənin kiminləsə telefonla danışdığını eşitdim. Bir qədər gözləyib qapını döydüm. Qapını açan kimi Aynurənin boğazından tutub itələdim. Aynurə yerə yıxıldı, dərhal içəri girib üzərimdəki qatlanan bıçağı çıxartdım və qadının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başladım. Əsasən, bədəninin yuxarı hissəsinə, döş qəfəsi və qarın nahiyəsinə xəsarətlər yetirdim. Yerdə olarkən Aynurə əli ilə mənə mane olmağa, bıçaq zərbələrindən yayınmağa çalışırdı. Aynurə qışqırıb kömək istəyirdi, giriş qapısı açıq idi. Aynurənin səsinə gələn qonşu qadının üstünə qışqırıb getməsini bildirdim. Bundan sonra liftə minib əlimdə bıçaqla aşağı düşdüm. Üst-başım qan içində idi. Həyətdən çıxıb yola tərəf getdim. Avtobus sürücüsü məni görsə də, nəqliyyat vasitəsini saxlamadı.

Tanımadığım şəxslər arxanca qışqırıb təslim olmağımı bildirdi. Bir az hərəkət etdikdən sonra, yanımda dayanan maşından düşən şəxslər özlərini polis əməkdaşları kimi təqdim edərək, məndən bıçağı yerə atmağımı və ya onlara təhvil verməyimi tələb etdi. Kəsici aləti polis əməkdaşına təhvil verdim. Əraziyə çağırılan Post Patrul Xidmətinin əməkdaşları məni bölməyə apardılar".

Sahil Məmmədov əlavə edib ki, bıçağı bir neçə il əvvəl 8-ci kilometr bazarında mağazadan alıb, kəsici aləti hər zaman şalvarının arxa sağ cibində saxlayıb. Aynurəyə xatırlamadığı sayda zərbələr vurub. Ordan çıxıb, oğluna adam vurması barədə səsli mesaj göndərib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Mətanət Cavadova ifadəsində göstərib ki, hadisə günü tanımadığı şəxs ona zəng edərək, Aynurənin bıçaqlandığını xəbər verib:

"Buna görə qohumlarımla rayondan xəstəxanaya gəldim. Bir neçə gündən sonra Aynurə dünyasını dəyişdi. Təqsirləndirilən şəxslə qızım arasında olan münasibətdən xəbəri olmayıb. Sahil Məmmədov əvvəl Aynurənin qonşusu idi. Qızım yeni binaya köçəndə həmin şəxs əşyalarının daşınmasına kömək edib. Əgər Aynurənin hər hansı bir şəxslə münasibəti olduğunu bilsəydim, çox normal qarşılayardım. Onun öz həyatını yaşamasını və yanında bir kişinin olmasını dəstəkləyərdim. Aynurə yaşadığı mənzili ipoteka vasitəsilə əldə etmişdi. Həmin vəsaitin 10.000 manatını mən, 5.000-ni isə qızı verib".

Şahid qismində dindirilmiş Şeyda Həmidova bildirib ki, Yeni Zığ yaşayış kompleksi, mənzil 22-də yaşayır:

"Hadisə günü 4-cü mərtəbənin dəhlizindən qadının qışqırdığını eşidərək, narahat olub, mənzildən çıxdım. Aynurənin yaşadığı mənzilin qapısının açıq olduğunu gördüm. Yaxınlaşanda Sahil Məmmədovu qadının üzərində əlində bıçaqla gördüm. Təqsirləndirilən şəxs mənə "rədd ol burdan", Aynurə isə "mənə kömək elə" dedi. Evin döşəməsində qan ləkələrini görərək, qonşuları köməyə çağırdım. Təqsirləndirilən şəxsin əlində bıçaqla mənə tərəf gəldiyini görüb, geri pilləkənə tərəf çəkildim. Aynurə yaralı vəziyyətdə qalxaraq, həmin şəxsin arxası ilə gəldi. Sahil Məmmədov liftə daxil olaraq, aşağı düşdü. Aynurəni qucaqlayıb pilləkəndə otuzduran zaman, o, artıq huşunu itirməyə başlamışdı".
Şahid Teymur Teymurov bildirib ki, Aynurə Əliyarova ilə iyul ayının 1-də Xətai rayonunda fəaliyyət göstərən restoranda tanış olub: "Həmin vaxt dostlarımla birlikdə, Aynurə də yan masada öz rəfiqələri ilə oturub yeyib-içirdi. Xoşum gəldiyi üçün, yaxınlaşaraq onunla tanış oldum. Söhbət zamanı Aynurə ərinin öldüyünü, 2 oğlunun olduğunu və Zığ qəsəbəsində yaşadığını demişdi. Bir qədər söhbət etdikdən sonra onun telefon nömrəsini aldım. Növbəti gün mesaj yazsam da, qadın mənə cavab vermədi. Aynurə mənə restoranda "əlaqə saxlayıb görüşərik" söyləsə də, görüşə bilməmişik. Onu cəmi bir dəfə gördüyüm üçün həyat tərzi, kimlərlə münasibətinin olması barədə məlumatım yoxdur. Tanış olmaqda məqsədim yaxınlıq etmək olsa da, onunla intim əlaqədə olmamışıq".

Şahid Elçin Şirəlizadə bildirib ki, yaşayış kompleksində mühafizəçi işləyib:

"Hadisədən bir gün əvvəl Aynurə mühafizə otağına girərək, yoldaşının onu döydüyünü dedi. Yanımda olan Nihat Nəsibli ilə birlikdə Sahil Məmmədovu sakitləşdirərək, "taxi" ilə yola saldıq. Qorxduğu üçün qadını binanın blokuna qədər apardıq. Aynurə Əliyarovanın həyat tərzi ilə bağlı mənfi heç nə deyə bilmirəm. Təqsirləndirilən şəxsi bir neçə dəfə kompleksə gəlib-gedərkən görmüşəm. Aynurənin təqsirləndirilən şəxsdən başqa digər kişilərlə münasibətdə olduğunu, kiminsə maşınından düşdüyünü görməmişəm".

Şahid Fərid İsmayılov bildirib ki, Aynurə Əliyarova ilə 2022-ci ilin mart ayında "Əhmədli" metrostansiyasının yaxınlığında tanış olub: "Tanış olduğumuz gün Aynurəni aparıb yaşadığı ünvanda düşürtdüm. 2-3 gündən sonra görüşüb, yeyib-içəndən sonra onunla gecəni keçirdim. Bundan sonra ona bir neçə dəfə ismarıc yazsam da, qadın mənimlə görüşmədi".

Şahid Tural Tağıyev Aynurə Əliyarova ilə 4 il əvvəl tanış olduğunu bildirib: "Aynurə işlədiyim fabrikə mətbəx mebeli sifarişi üçün gəlmişdi. İlk vaxtlar yalnız işlə bağlı danışsaq da, yavaş-yavaş səmimi münasibətləri yaranmışdı. Qadınla müxtəlif yerlərdə cinsi əlaqədə olmuşuq. Axırıncı dəfə hadisədən 10 gün əvvəl görüşmüşük. Qadının oğlunu yaşadıqları Zığ qəsəbəsindən götürüb Yevlax rayonuna yola salmışam. Ciddi münasibətimiz olmadığından həyat tərzi barədə və kimlərlə görüşməsindən məlumatım olmayıb".

Məhkəmə iclasında Sahil Məmmədov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxsin qızına maddi cəhətdən kömək etməsi onun canını almağa haqq qazandırmır. Aynurə öldükdən sonra onun iki uşağına o, baxır. O, Sahil Məmmədovu bağışlamadığını və ondan şikayətçi olduğunu bildirib.

Məhkəmə nəticəyə gəlib ki, Sahil Məmmədovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 157.2-ci (zor tətbiq etməklə, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahil Məmmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az