
Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
BMW markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Nyus.Az

























