
Sumqayıtda 36 yaşlı kişi normadan artıq miqdarda narkotik vasitə qəbul etməsi nəticəsində ölüb.
Nyus.Az APA-ya istinadən bildirir ki, hadisə şəhər xəstəxanasında baş verib.
Sumqayıt sakini 1987-ci il təvəllüdlü Ruslan Əzizağa oğlu Verdiyev narkotik vasitəni artıq dozada istifadə edərək komatoz vəziyyətə düşüb. Halı pisləşən R.Verdiyev şəhər xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. R. Verdiyev dünyasını dəyişib.
Nyus.Az

























