• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 28-10-2026 Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
  • 28-10-2026 Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
  • 28-10-2026 Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - VIDEO
  • 28-10-2026 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
  • 28-10-2026 Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
  • 28-10-2026 Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
  • 28-10-2026 Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
  • 28-10-2026 Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsiqəsi tələbi
  • 28-10-2026 Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir
  • 28-10-2026 Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
  • 28-10-2026 Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib
  • 28-10-2026 Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
  • 28-10-2026 Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
  • 28-10-2026 "3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
  • 27-10-2026 Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
  • 27-10-2026 Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
  • 27-10-2026 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
  • 27-10-2026 Penitensiar xidmətə yeni rəis təyin edildi
  • 27-10-2026 Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
  • 27-10-2026 Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO

XƏBƏRLƏR

    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
3-10-2023, 04:45

"Özünü iş adamı kimi təqdim edib, tanış olduğu qadınları..." - Bakıdakı cinayətin TƏFƏRRÜATI - VİDEO

"Özünü iş adamı kimi təqdim edib, tanış olduğu qadınları..." - Bakıdakı cinayətin TƏFƏRRÜATI - VİDEO


Bakıda sosial şəbəkədə tanış olduğu qadınlara özünü iş adamı, usta və digər peşə sahibləri kimi təqdim edərək aldadan Elman Eminova hökm oxunub.

Nyus.Az qaynarinfo-ya istinadən xəbər verir ki, 1979-cu il tarixdə Şəmkir rayonunda dünyaya gələn Elman Eminov Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 178.2.4, 263-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib və ifadə vermək imtina edib.

"L ady Shop" mağazasının sahibi Elnarə Hətəmova (ad-soyad şərti) 2022-ci ilin dekabr ayının əvvəllərində sosial şəbəkə vasitəsi ilə Elman Eminovla tanış olduğunu bildirib. Onunla 2023-cü ilin yanvar ayının 3-də onun yaşadığı ünvanda görüşüblər. Elman onun evindən 1300 manat pulunu, 1000 manat dəyərində 585 əyar qızıl olan sepini və 750 əyar qızıl olan həmin sepin üzərindəki klonu oğurlayıb.

Elman Eminov özünü imkanlı şəxs kimi təqdim edərək Zamirə Kəbiyevanın (ad-soyad şərti) evini kirayə götürüb. Anasının Rusiyada böyük imkanlarının olduğunu və Bakıya onun biznesini bura köçürmək istədiyinə inandırıb. Hava limanında anası qarşılaması adı ilə ondan 2500 manat pul alıb. Həmçinin kirayə qaldığı evdən 2022-ci ilin noyabr ayının 6-dan həmin ilin dekabr ayının 1-dək 90 manat dəyərində 1 çüt qadın ayaqqabısını, 170 manat dəyərində olan 1 cüt qadın çəkməsini, 1 ədəd 800 manat dəyərində qadın şubasını, İsveçdən gətirilmiş (20 kq) çəkidə qiyməti 1000 manat olan müxtəlif geyim əşyalarını, ümumilikdə 50 manat dəyərində 10 balon komport, 10 balon mürəbbə, 10 balon tuşulan, bir ədəd 70 manat dəyərində olan laqondanı oğurlayıb.

Elman Eminovun əməlindən zərər görən xanımlardan da biri Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında gözəllik salonunda makiaj və saç ustası işləmiş Zamirə Hüseynova (ad-soyad şərti) olub. Təqsirləndirilən şəxs onunla da sosial şəbəkədə tanış olub. Elman Eminov Zamirəyə Rusiyadan yeni gəldiyini, qızıl satışı ilə məşğul olduğunu bildirib. Onun 750 əyyarlı 1600 manat dəyərində qızıl üzüyünü və təmir üçün də istədiyi 100 manat pulunu ələ keçirib.

Fidan Rəhimova sosial şəbəkəsində "Motu" adlı profillə itinin xəstələnməsi ilə bağlı danışan zaman Elman ona heyvanı sağaldacağını, özünün də heyvan sevən olduğunu deyib, lazımdırsa dərman ala biləcəyini bildirib. Bu söhbətdən sonra onda Elmana qarşı inam yaranıb və evinə dəvət edib. Təqsirləndirilən şəxs evə qadına Rusiyadan yeni gəldiyini və Bakıda oteldə qaldığını bildirib. O, qadının evindən qızıl boyunbağı (4000 manat), qızıl kulo (300 manat), qızıl sep (500 manat), üzərində muncuqlar olan qızıl sep (350 manat), "Pandora" markalı qızıl komplekt (sırğa, üzük, sep və klon - 1500 manat), daha bir qızıl sep (400 manat), "Pandora" markalı qızıl üzük (400 manat), brilyant qaşlı qızıl nişan üzüyü (1300 manat), "Pandora" markalı qızıl sırğa (500 manat), digər iki cüt qızıl sırğa (300 manat), gümüş üzük (100 manat), gümüş sırğa (120 manat), bijuteriya dəsti (30 manat), sarı rəngli qolbaq, 2 ədəd gümüş sırğa, 1 ədəd gümüş üzük, 2 ədəd sarı rəngli sadə metaldan sep (300 manat), 100 ABŞ dolları və 100 manat dəyərində qəpik pullar, 250 manat dəyərində 3 ədəd qadın ətiri, hər biri 3 manat olan 10 ədəd cəmi 30 manat deyərində hava təmizləyici sprey, hər biri 3 manat olan 10 ədəd 30 manat dəyərində "Jilet" markalı üzqırxan oğurlayıb.

Onun əməlindən ən böyük zərər çəkən qadın isə Gülnarə Rüstəmova olub. Özünü usta kimi təqdim edib, qadının evindən 7100 dollar, 7200 manat və ümumilikdə 49270 manat məbləğində qızıl-zinnət əşyaları oğurlayıb.

Elman son qurbanı Çinarə Heybətova (ad-soyad şərti) olub. Onlar 7 yanvar 2023-cü il tarixdə sosial şəbəkədə tanış olublar və aralarında səmimi münasibət yaranıb. Təqsirləndirilən şəxs ona Rusiyadan Azərbaycana təzə gəldiyini, Bakı şəhərində milyon yarım dəyərində olan obyekt alıb brend marka qızıl-brilyant əşyalarının satışını həyata keçirdiyini deyib. Bu adla Elman onun 3800 manat dəyərində brilyant qaşlı qolbağını, 2500, 2700, 2000, 1200, 2500 manat dəyərində olan 5 ədəd brilyant qaşlı üzüklərini, 2 ədəd hər biri 1750 manat dəyərində olan qızıl qolbağını ələ keçirib. Bundan başqa Qəbələdən birlikdə geri qayıdan zaman "Ford Fusion" markalı, 77 PC 517 dövlət qeydiyyat nişanlı avtomobilini dərəyə aşırıb. Təkcə qadının sağlamlığına 25200 manat dəyərində zərər vurub.

Bu ilin fevral ayının 23-də Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə bir nəfər xanım müraciət edərək, sosial şəbəkədə tanış olduğu şəxsin onun evindən 100 dollar və ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının oğurladığını bildirib. Daxil olan şikayət əsasında saxlanılan Elman Eminov məhkəmənin qərarı ilə 5 il 8 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az