• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 28-10-2026 Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
  • 28-10-2026 Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
  • 28-10-2026 Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - VIDEO
  • 28-10-2026 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
  • 28-10-2026 Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
  • 28-10-2026 Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
  • 28-10-2026 Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
  • 28-10-2026 Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsiqəsi tələbi
  • 28-10-2026 Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir
  • 28-10-2026 Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
  • 28-10-2026 Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib
  • 28-10-2026 Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
  • 28-10-2026 Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
  • 28-10-2026 "3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
  • 27-10-2026 Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
  • 27-10-2026 Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
  • 27-10-2026 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
  • 27-10-2026 Penitensiar xidmətə yeni rəis təyin edildi
  • 27-10-2026 Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
  • 27-10-2026 Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO

XƏBƏRLƏR

    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
24-08-2023, 07:38

Masallıda dəhşətli olay: Oğlu həbsdə olan qadına gecə təcavüz edildi - Şok təfərrüat

Masallıda dəhşətli olay: Oğlu həbsdə olan qadına gecə təcavüz edildi - Şok təfərrüat


Masallı rayonunda 1997-ci il təvəllüdlü Zakir 1971-ci il təvəllüdlü həmkəndlisi Pərvanəyə (adlar şərti verilib - red.) təcavüz edib.

Nyus.Az Teleqraf.com-a istinadən bildirir ki, 20 dekabr 2022-ci ildə saat 21 radələrində Zakir Masallı rayonunun kəndindəki evlərində təkbaşına spirtli içki qəbul edib.

Sərxoş vəziyyətdə cinsi ehtirasını təmin etmək məqsədi ilə gecə saat 1 radələrində qonşusu Pərvanənin tək yaşadığı evinə gəlib. Pərvanəni çağırıb, onunla pul müqabilində cinsi əlaqəyə girməsini tələb edib.

Pərvanə Zakirin bu hərəkətlərinin təhqiramiz olduğunu bildirib, pul müqabilində cinsi əlaqədə olmaq təklifindən imtina edib, onun getməsini istəyib.

Zakir zorla evə girib, Pərvanənin üzərinə hücum edərək sol qolundan tutub, əynindəki gecəlik yataq paltarını soyundurmaq istəyib.

Qadının müqavimət göstərdiyini görüb və zorakılıq göstərib. Pərvanə onun əlindən çıxaraq həyətə qaçıb, qışqırmaqla qonşulardan kömək istəyib. Kənar şəxslərin gələcəyini ehtimal edən Zakir oradan qaçıb.

"Cinsi əlaqədə olmaq üçün gəldiyimi bildirdim, amma..."

İstintaq orqanı tərəfindən Zakirin barəsində Cinayət Məcəlləsinin 29, 149.1-ci (zorlamaya cəhd) və 157.2-ci (mənzil toxunulmazlığını pozma, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əli Əliyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə Zakir ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə günü gecə saat 02.00-da yaşadığı evdən çıxıb və Pərvanənin evinə gedib: "Evini qapısını döydüm. Pərvanə qapını açdıqda onunla cinsi əlaqədə olmaq üçün gəldiyimi bildirdim. Pərvanə isə mənimlə razılaşmadı. Mənə söyüş söydü. Bundan əsəbləşdim və Pərvanəyə yumruq atdım. O da mənə qarşılıq verdi. Sonra isə əliminin tərsi ilə onu vurdum. Əsəbimdən pəncərədəki şüşəni vurub sındırdım. Bundan sonra oradan getdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, Pərvanə ilə cinsi əlaqədə olmaq üçün əlavə hərəkətlər etməyib, onu zorlamağa cəhd göstərməyib, paltarlarını çıxarmayıb.

Daha sonra özünə siqaret almaq üçün marketə yaxınlaşıb, onu polis əməkdaşları saxlayıb.

Zakir ötərtdiyi əməlindən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

"Qızları gəlin köçüb, oğlu həbsdədir"

Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəsini elan edib.

Zakir ibtidai istintaqda göstərib ki, qonşusu Pərvanə evdə təkbaşına yaşayıb: "Pərvanənin əri uzun illər bundan öncə ölüb. Qızları gəlin köçüb, oğlu Mahir isə narkotik vasitələrin istifadəçisi olduğu üçün həbsdir. Həmkəndlimiz və qonşumuz olmalarına baxmayaraq məlum hadisədən əvvəl heç vaxt Pəvanənin yaşadığı evə gediş-gəliş etməmişəm. Bizim evimiz bir-birindən təxminən 200 metr aralıda yerləşir".

"40 manat pulu göstərdim"

Təqsirləndirilən şəxs bildirib ki, dekabrın 20-də evdə axşam yeməyi yeyən zaman təxminən bir litrə yaxın araq içib: "Sonra məndə ehtiras yarandı. Cinsi ehtirasımı təmin etmək üçün qonşuluqda tək yaşayan Pərvanə ilə cinsi əlaqədə olmaq qərarına gəldim. Bu məqsədlə saat təxminən 00.30-da evdən çıxdım və həmin qadının yaşadığı evin həyətinə getdim. Evin qarşı hissəsinə çəkilmiş göy rəngli sellofanı cırdım və eyvana daxil oldum.

Eyvandan dəhlizə keçmək üçün taxta qapını döydüm və ev sahibini çağırdım. Pərvanə dəhlizdən səslənərək kim olduğumu soruşdu, "qonşun Zakirdir" cavabını verdim. O, nə istədiyimi, gecə vaxtı niyə evinə gəldiyimi soruşdu. Cibimdə olan 40 manat pulu Pərvanəyə göstərdim. Pul müqabilində mənimlə cinsi əlaqədə olmasını tələb etdim.

Pərvanə məni söyüb təhqir etdi, evdən getməyimi tələb elədi, yoxsa polis çağıracağını bildirdi".

"Köynəyi çıxara bilmədim"

Zakir deyib ki, spirtli içkinin təsiri altında olduğu üçün Pərvanənin hərəkətlərindən bərk əsəbiləşib: "Dəhlizdən yataq otağının qabağına gəldim. Qapını döyərək onu təhqir etdim, qapını açmasını istədim. Pərvanə otağın qapısını açmadığı üçün daha da əsəbiləşdim. Yaxınlıqdakı pəncərəyə yumruqla zərbə vurdum, şüşəni sındırdım.

Pərvanə otağın qapısını açaraq çölə qaçmaq istəyərkən onun üzərinə hücum etdim. Sol qolundan tutaraq sıxdım, özümə tərəf çəkməklə əynində olan köynəyi soyundurmaq istədim. Pərvanə isə məni söyərək müqavimət göstərdi. Məni geri itələdiyindən onun köynəyini əynindən çıxara bilmədim.

Yerə yıxmaqdan ötrü Pərvanənin boyun nahiyəsini sol qolumun arasına saldım və sıxaraq yumruğumla onun sifətinə zərbə vurdum. Pərvanə bir daha müqavimət göstərdi, aralaşaraq məni geri itələdi, yerə yıxıldım".

"Piyada rayon mərkəzinə getdim"

Zakir qeyd edib ki, bundan sonra Pərvanə qaçaraq evdən küçəyə çıxıb, onun haraya getdiyini bilməyib: "Mən isə evdən çıxaraq çöllük olan istiqamətə getdim. Aradan bir müddət keçdikdən sonra Pərvanənin evimizə gələrək valideynlərimə şikayət etdiyini bildim. Piyada Masallı şəhərinə getdim. Şəhərdə rayon polis şöbəsinin əməkdaşları məni şöbəyə apardılar, Pərvanənin şikayəti əsasında izahat verdim.

Daha sonra isə evə gedərək hadisə barədə ailə üzvlərimə danışdım. Törətdiyim əməldən səmimi peşmançılıq hissi keçirirəm".

"Mənə "oğlun evdə yoxdur, sən pozğunluq edirsən" dedi"

İş üzrə zərərçəkmiş Pərvanənin sözlərinə görə, hadisə dekabrın 21-də gecə olub: "Kiminsə evin giriş qapısını döydüyünü eşitdim. Əynimdə olan yataq paltarı ilə dəhlizə çıxdım. Bir neçə dəfə kimin çağırdığını soruşdum. Nəhayət, həmin şəxs Zakir olduğunu dedi.

Zakir mənə "oğlun evdə yoxdur, pozğunluq edirsən, hamı ilə görüşürsən, mənimlə də görüşməlisən, sənə pul lazımdı, mən pul verirəm" söylədi.

Cavab verdim ki, pulu apar anava, bacıva ver, nə qədər ki, 102-yə yığıb zəng etməmişəm, burdan get. Zakir isə söyüşlə yığ dedi. Bu zaman qonşum Arifin arvadına zəng vurdum. Telefonu Arif götürdü. Onu köməyə çağırdım, Zakirin hərəkətləri barədə onun valideyininə deməyi xahiş etdim. Ardınca 102-yə zəng vurdum".

"Soyundurmaq istədi"

Zərərçəkmiş qeyd edib ki, həmin vaxt Zakir onun yerə çəkdiyi sellofanı cıraraq evə girib: "Eyvanla dəhlizin arasındakı qapının bağlı olduğunu gördü. Qapının yaxınlığındakı otağın pəncərəsinin şüşəsini əli ilə sındırdı. Qonşuları köməyə çağırmaq məqsədi ilə otağın qapısını açaraq çölə çıxmaq istədim. Zakir üzərimə hücum edərək sol qolumdan tutdu, özünə tərəf çəkib əynimdə olan paltarları soyundurmaq istədi. Bu zaman əlbəyaxa olduq.

Müqavimət göstərdiyim üçün Zakir mənim boyunumu qolunun arasına alaraq sıxdı və dedi ki, səninlə cinsi əlaqədə olmaq istəyirəm. Sifətimə yumruqla zərbə vurdu. Əli ilə sinəmi sıxdı, cinsi əlaqədə olmaqdan ötrü məni yerə yıxmaq istədi.

Mən isə əlimlə Zakiri geriyə itələdim, onu yerə yıxdım. Əlindən çıxıb küçəyə qaçdım. Həmin vaxt qonşumuz Arifi gördüm. Ona Zakirin mənə təcavüz etmək istədiyini dedim. Ardınca Zakirgilin həyətinə getdim. Valideynlərini səslədim, hadisə barədə onlara məlumat verdim.

Zakirin anası Sevil mənimlə birlikdə evimə gəldi. Zakir artıq evindən çıxaraq çaya tərəf gedən istiqamətdə dayanmışdı. Yenə ünvanıma nalayiq ifadələr işlətdi, pozğun olmağım səbəbindən mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Valideynləri və evinə gələn polis əməkdaşları da nalayiq ifadələri eşitdilər. Daha sonra Zakirin haraya getdiyini bilmədim".

Zərərçəkmiş şəxsin ifadəsinə görə, Zakirin əvvəllər onun oğlu ilə əlaqəsi olub: "Evimə gəlib-gedib. Zakirdən şikayətçiyəm, onunla barışmıram".

Məhkəmənin hökmü ilə Zakir 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Zakir apellyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, ona daha yüngül cəza və yaxud cəza təyin olunmamasını istəyib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Zakirin apellyasiya şikayəti təmin edilməyib.

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az