• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 28-10-2026 Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
  • 28-10-2026 Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
  • 28-10-2026 Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - VIDEO
  • 28-10-2026 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
  • 28-10-2026 Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
  • 28-10-2026 Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
  • 28-10-2026 Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
  • 28-10-2026 Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsiqəsi tələbi
  • 28-10-2026 Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir
  • 28-10-2026 Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
  • 28-10-2026 Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib
  • 28-10-2026 Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
  • 28-10-2026 Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
  • 28-10-2026 "3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
  • 27-10-2026 Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
  • 27-10-2026 Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
  • 27-10-2026 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
  • 27-10-2026 Penitensiar xidmətə yeni rəis təyin edildi
  • 27-10-2026 Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
  • 27-10-2026 Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO

XƏBƏRLƏR

    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
1-08-2023, 08:18

Gənc oğlanla qız qəbiristanlıqda yaxalandı... - TƏFƏRRÜAT

Gənc oğlanla qız qəbiristanlıqda yaxalandı... - TƏFƏRRÜAT


Bu ilin 24 mart tarixində Bərdə rayonunun Arabaçılar kəndi ərazisində yerləşən qəbiristanlıqda 2003-cü il təvəllüdlü Məhəmmədəli Quliyevin Elnur Məmmədovu (şərti adlı) bıçaqlaması faktı ilə bağlı başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Nyus.Az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış işə baxılarkən maraqlı faktlar üzə çıxıb. Bəlli olub ki, hadisədən əvvəl Mustafaağalı kənd sakini olan 18 yaşlı Məhəmmədəli rayonun Arabaçılar kəndindən olan sevgilisi ilə qəbiristanlığa gəlib. Onlar orada qızın anasının məzarını ziyarət ediblər. Bu zaman uzaqdan tanımadıqları şəxsin onlara baxdığını görən gənc sevgililər qəbiristanlığı tərk etmək qərarına gəliblər və 17 yaşlı Aybəniz (şərti) məzarlıqdan çıxaraq taksiyə minib və ərazidən uzaqlaşıb. Bundan sonra cütlüyü görən Elnur Məmmədov Məhəmmədəlini yanına çağırıb.

Məhkəmədə ifadə verən bıçaqlanan şəxs olayı belə təsvir edib:

"24 mart 2021-ci il tarixdə saat 18:00 radələrində yaşadığım Hacılar kəndindən qonşu kənd olan Arabaçılar kəndinə getmişdim. Arabaçılar kəndi yaxınlıqda olduğu üçün qəbiristanlığın içərisindən keçən yol ilə piyada gedirdim. Yolüstü orada atamın məzarına baş çəkdim. Daha sonra aşağı tərəfə gedən zaman qəbirlərin yanında bir oğlanla qızın dayandığını gördüm. Onlar öpüşürdülər, məni görən kimi əyinlərini düzəldib ayağa durdular və oradan çıxıb qəbiristanlığın yuxarısına tərəf getdilər. Mən isə həmin oğlanla qızın dayandıqları yerə doğru getdim və oradakı qəbirin qonşumun həyat yoldaşının qəbri olduğunu, qızın da qonşumun qızı olmasını bildim. Daha sonra sonradan adının Məhəmmədəli olmasını bildiyi oğlanın və Aybənizin arxasınca gedərək hər ikisinin şəhidlərin dəfn edildiyi tərəfdə olduğunu gördüm. Həmin yerə çatanda həmkəndlim Mirova məxsus "VAZ-2107" markalı avtomobili gördüm, yaxınlaşanadək Aybəniz həmin avtomobilə minərək oradan uzaqlaşdı. Məhəmmədəli isə qəbiristanlığın aşağı tərəfinə gedərək özünün yaşadığı Mustafaağalı kəndi istiqamətində irəlilədi. Mən Məhəmmədəlini səsləyərək dayanmasını istədim. Məhəmmədəli dayanaraq məni gözlədi, mən də yaxınlaşıb Məhəmmədəlidən kim olduğunu soruşdum. Bu zaman Məhəmmədəli qızın sevgilisi olduğunu bildirdi. Daha sonra mən Məhəmmədəliyə "Adam istədiyi qızı qəbiristanlığa gətirib belə edir?" sualını ünvanladım, qəbiristanlıqda qızla öpüşdüyü üçün bir dəfə şillə ilə Məhəmmədəlinin sifətindən vurdum. Məhəmmədəli mənə "Əmi, niyə elə danışırsan? Qızın atası da bilir, dayısı da bilir" sözlərini söylədi. Həmin vaxt mən qızın həm atasının, həm də dayısının mobil nömrələrinə zəng edəcəyimi, onların bundan xəbəri olmasını, yoxsa yalan dediyini dəqiqləşdirəcəyimi bildirdim. Əsas məqsədim Məhəmmədəlini kəndə aparmaq olduğu üçün tanışlarımdan birinə zəng edib qəbiristanlığa çağırmaq istədim. Ancaq həmin tanışıma zəng etsəm də, zəngə cavab verilmədi. Bir neçə saniyə sonra mənim mobil telefonuna zəng gəldi. Mən üzümü geriyə döndərib zəngə cavab verəndə Məhəmmədəli məni arxadan bıçaqla vurdu. Dönüb sol əlimi qarşıya uzatdıqda Məhəmmədəlinin vurduğu ikinci bıçaq zərbəsi sol qoluma dəydi. Daha sonra Məhəmmədəliyə mane oldum, dostum Namiqin mobil nömrəsinə zəng edərək qəbiristanlıqda bıçaqla vurulduğumu və Namiqdən təcili qəbiristanlığa gəlməsini xahiş etdim".

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Aybənizlə münasibətini onun atası və xalası bilib. Hadisə baş verən gün qızın xahişi ilə onun anasının məzarını ziyarət ediblər və bu zaman Elnur onlara yaxınlaşıb. Sevdiyi qızı yola salandan sonra Elnur onu çağırıb və ünvanına nalayiq ifadələr işlədib. Həmin şəxsin onu kəndə aparıb biabır edəcəyini düşündüyü üçün üstündə gətirdiyi qatlanan bıçaqla zərbə endirib.

Məhkəmə Məhəmmədəlini 2 il 6 ay müddətinə şərti cəzaya məhkum edib. (publika.az)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az