Rusiya Odessa limanında Ukraynaya məxsus hərbi gəmini vurdu
Rusiya ordusu Odessa limanında Ukraynaya məxsus hərbi gəmini və ABŞ tərəfindən təchiz edilmiş "Harpun" gəmi əleyhinə raketləri məhv edib.
Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmçinin Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmi strukturunun təmiri və modernləşdirilməsi üzrə müəssisəsinin istehsalat obyektləri də sıradan çıxarılıb.