• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-10-2026 Sabah yeni ombudsman seçiləcək
  • 29-10-2026 Bakının iki rayonunda qaz kəsiləcək
  • 29-10-2026 Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib FOTO
  • 29-10-2026 Gəncədə doğulan SSRİ marşalı erməniləri üz-üzə qoydu – Zaxarovadan sərt reaksiya!
  • 29-10-2026 Yaponiyada güclü zəlzələ baş verdi
  • 29-10-2026 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
  • 29-10-2026 Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
  • 29-10-2026 Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
  • 29-10-2026 Məktəbdəki insidentlə bağlı açıqlama
  • 29-10-2026 Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin
  • 29-10-2026 BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
  • 29-10-2026 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
  • 29-10-2026 Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
  • 29-10-2026 Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
  • 29-10-2026 Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - VIDEO
  • 29-10-2026 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
  • 29-10-2026 Azərbaycanda hotel sektorunda nə baş verir?
  • 29-10-2026 "Həyat yoldaşım iki ev arasında qalıb" - Nadir Qafarzadə
  • 28-10-2026 Lerikin İcra Hakimiyyəti “ELNUR-2” şirkəti hələ də işbirliyindədi... – Hesablama Palatasının aşkarladığı pozuntulara baxmayaraq
  • 28-10-2026 Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz

XƏBƏRLƏR

    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
27-04-2026, 09:54

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...


Mədəniyyət cəmiyyətin ruhudur, özəyidir və insanların yaşam tərzini müəyyən edən bir sistemli yanaşmadır. Bir ölkənin kimliyi, estetik zövqü, tarixi yaddaşı və gələcəyə baxışı məhz bu sahədə formalaşır. Lakin təəssüf ki, son illərdə Azərbaycanda mədəniyyət sahəsində gözlənilən canlanma baş vermədi. Əbülfəs Qarayevdən bu yana nə ciddi yeniliklər müşahidə olundu, nə də yadda qalan uğurlu layihələr ortaya çıxdı.

Mədəniyyət naziri vəzifəsinə Adil Kərimli təyin olunarkən cəmiyyətdə çox böyük bir gözlənti var idi. Çox təəssüflər olsun ki,

gözlənilən islahat baş vermədi. Epizodik hallarda yaradıcı təşəbbüslər baş versə də, bu, sistemli bir xarakter almadı. Kim bu gün tam əminliklə deyə bilər ki, bölgələrdə mədəni həyat dirçəlib, teatrlar, kitabxanalar və muzeylər böyük mədəni hərəkatın tərkib hissəsinə çevrilib? Əlbəttə, cavab pozitiv olmayacaq. Çünki nazirlik bu sahədə ciddi nəticələr əldə etməyib, əksinə mədəniyyət sahəsi əvvəlki problemləri ilə baş-başa qalıb.

Bu müddətdə nə yeni mədəni strategiya təqdim edilib, nə də ictimaiyyətin diqqətini çəkən böyük layihələr həyata keçirilib. Yaradıcı adamlarla hər hansısa sistemli dialoqun şahidi olmuşuqmu? Bölgələrdə mədəni tədbirlərin səviyyəsi yüksəlibmi? Xeyr, elə ona görədir ki, paytaxtla regionlar arasındakı fərq özünü qabarıq şəkildə göstərir.

Mədəniyyət Nazirliyi Adil Kərimlinin sayəsində yalnız inzibati qurum obrazında qalıb. Bu gün ölkədə milli ruhu inkişaf etdirən bir quruma, onun təşəbbüskar rəhbərinə ehtiyac var. Çünki biz bu qurumdan sadəcə tədbirlər yox, yeni nəfəs, yeni baxış və yeni ideyalar gözləyirik. Belə getsə, gözləməkdə də davam edəcəyik. Cənab nazir, əminəm ki, oturduğunuz kreslonun məsuliyyətini dərk edirsiniz. Amma dərk etmək azdır. Bunu hiss etmək və fəaliyyət dövründə real strateji kursu həyata keçirmək lazım idi.

O kurs ki, mədəniyyət sahəsinin yenilənməyə, yaradıcı enerjiyə və peşəkar yanaşmaya ehtiyacı var. Çünki mədəniyyətdə durğunluq olan yerdə cəmiyyət də ruhən zəifləyir. Siz ölkədə bir ruhsuzluq sindromunun yaşadığını görmürsünüzmü?

Amma hələ gec deyil, Zəfərin möhtəşəmliyi, ölkəmizdə aparılan böyük miqyasda işlər mədəniyyət dilində daha təsirli təqdim edilə bilər. Bu gün nazirlikdə idarəetmədə elementar şəffaflıq olsa, Kərimlinin idarəçilik modeli və ya uzunmüddətli inkişaf Konsepsiyası düzgün tərtib olunsa, nazirlik daha çox cari fəaliyyətlə kifayətlənməyəcək. Kifayətlənmənin özü belə yalnız paytaxtla və digər böyük şəhərlərlə məhdudlaşır. Bir çox rayonlarda mədəniyyət evləri, kitabxanalar, musiqi məktəbləri və klubların formal fəaliyyət göstərdiyi göz qabağındadır. Bölgələrdə mədəni tədbirlərin sayında və keyfiyyətində bu, özünü daha qabarıq göstərir. Nazirlik heç paytaxtda da hiss olunan fəaliyyətilə gözə çarpmır. Elə götürək dövlət teatrlarını. Bu teatrlarda hansı repertuar yenilənməsi baş verib, müasir tamaşalar hazırlanıb, gənc rejissorlara meydan verilib?

Bu mənada tam əminliklə vurğulaya bilərik ki, sözügedən dövrdə teatrlarımıza yeni nəfəs gəlmədi, amma köhnə yorğunluq davam etdi. Səhnələrdə cəsarətli eksperimentlər, yeni dramaturgiya, gənc rejissorların enerjisi daha çox görünməli idi.

Kino sahəsində beynəlxalq uğur gətirəcək sistemli strategiya və ya böyük canlanma baş vermədi. Bu gün yas və toy sənayesi özünün pik həddinə çatsa da

kino sənayemiz sanki ölümcüldür. Ona görədir ki, bu sahə milli təfəkkürü dünyaya çıxaran gücə çevrilə bilmir.

Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəfər strategiyası nazirliyin hansısa layihəsində yüksək səviyyədə təqdim edilmir.

Yeni yazarlarımızın rəssamların, musiqiçilərin, rejissorlara və digər yaradıcı şəxslərin əsərlərində sadaladığımız uğurlar öz əksini tapmır. Bunun ən böyük günahı isə nazirliyin üzərindədir.

Çünki zəfər erasını əks etdirən əsərlərin yaradılmasında qrant proqramları, müsabiqələr, rezidensiyalar və inkişaf platformaları kifayət qədər hiss olunmur.

İşğaldan azad edilmiş bölgələrdə tarixi abidələrin qorunması ilə yanaşı onların müasir təqdimatı, rəqəmsallaşdırılması, beynəlxalq tanıdılması və turizmə inteqrasiyası sahəsində daha böyük addımlar atılmır.

Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasının ardıcıl və sistemli olması üçün festivallar, sərgilər, film həftələri və digər layihələr daha fəal şəkildə həyata keçirilməlidir. Amma biz bunu görə bilmirik.

Çünki nazirliyin ictimaiyyətə aydın hesabatları yoxdur, açıq müzakirələr, yaradıcı cameə ilə dialoq və problemlərə operativ münasibət adekvat deyil.

Ona görə də mədəniyyətin gündəlik həyatdakı təsiri yox səviyyəsindədir.

Park tədbirlərini, küçə sənətini, kitab festivallarını, canlı konsertləri, ailəvi mədəni proqramları Bakı bulvar idarəsi və digər QHT-lər həyata keçirir. Nazirliyin keçirdiyi tədbirlər isə daha çox sönüklüyü ilə yadda qalır.

Gəlin unutmayaq ki, mədəniyyət bir xalqın sadəcə keçmişi deyil, həm də gələcəyə ünvanlanmış mənəvi xəritəsidir. Dövlətlər iqtisadi göstəricilərlə böyüyə bilər, lakin mədəniyyətlə ucalır. Bizi bu mövzuya baş vurmağa vadar edən əsas səbəb də odur ki, Azərbaycanda bu sahədə gözlənilən intellektual dirçəliş, yaradıcı canlanma və estetik yüksəliş hiss olunmur. Qısaca desək, bu gün Mədəniyyət Nazirliyi cəmiyyətin ümid etdiyi ideya mərkəzinə çevrilə bilməyib.

Bəli, cənablar, mədəniyyət sahəsində ən təhlükəli hal böhran deyil, durğunluqdur. Böhranda heç olmasa ağrı var, axtarış var, dəyişmək ehtiyacı var. Durğunluqda isə səssizlik hökm sürür. Son illərin əsas problemi də məhz budur: böyük potensiallar kiçik nəticələrdə özünü büruzə verir.

Ona görə də tam əminliklə demək olar ki, mədəniyyətin Adil Kərimli dövrü yaddaşlarda böyük qalibiyyətlər, dərin islahatlar və ya milli mədəniyyət tarixində dönüş nöqtəsi kimi qalmadı. Halbuki Azərbaycan kimi zəngin ədəbiyyatı, musiqisi, teatr ənənəsi və yaradıcı insan potensialı olan ölkədə mədəniyyət idarəçiliyi daha iddialı, daha cəsarətli və daha ziyalı düşüncəli olmalı idi.

Çünki mədəniyyətə laqeyd yanaşmaqla zamanla öz ruhumuza laqeyd yanaşmış oluruq.(KONKRET.az)

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az