• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-10-2026 Sabah yeni ombudsman seçiləcək
  • 29-10-2026 Bakının iki rayonunda qaz kəsiləcək
  • 29-10-2026 Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib FOTO
  • 29-10-2026 Gəncədə doğulan SSRİ marşalı erməniləri üz-üzə qoydu – Zaxarovadan sərt reaksiya!
  • 29-10-2026 Yaponiyada güclü zəlzələ baş verdi
  • 29-10-2026 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
  • 29-10-2026 Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
  • 29-10-2026 Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
  • 29-10-2026 Məktəbdəki insidentlə bağlı açıqlama
  • 29-10-2026 Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin
  • 29-10-2026 BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
  • 29-10-2026 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
  • 29-10-2026 Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
  • 29-10-2026 Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
  • 29-10-2026 Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - VIDEO
  • 29-10-2026 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
  • 29-10-2026 Azərbaycanda hotel sektorunda nə baş verir?
  • 29-10-2026 "Həyat yoldaşım iki ev arasında qalıb" - Nadir Qafarzadə
  • 28-10-2026 Lerikin İcra Hakimiyyəti “ELNUR-2” şirkəti hələ də işbirliyindədi... – Hesablama Palatasının aşkarladığı pozuntulara baxmayaraq
  • 28-10-2026 Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz

XƏBƏRLƏR

    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
16-04-2026, 09:32

Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər - FOTO


Aprelin 15-də Nizami Kino Mərkəzində İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan "Mən, Lalə, bir də Şerlok Holms 2" çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib.

Nyus.Az xəbər verir ki, təqdimat mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Nazir İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətini yüksək qiymətləndirərək, son illər televiziya məkanında keyfiyyətli məzmunun təqdim olunmasının, xüsusilə təhsilyönümlü layihələrə göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu kimi layihələr uşaqların maariflənməsinə, dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.

Layihənin ideya müəllifi Tural Sevdimalı çıxışında bildirib ki, layihənin əsas məqsədi uşaqlara düzgün dəyərləri aşılamaqdır. "Biz istəyirik ki, uşaqlar dostluğu düzgün seçməyi, doğru qəhrəmanları tanımağı və ən əsası, güvənə biləcəkləri insanları ayırd etməyi öyrənsinlər", - deyə o vurğulayıb.

Tural Sevdimalı gələcək planlarla bağlı məlumat verərək qeyd edib ki, artıq Kino Agentliyi ilə əməkdaşlıq formalaşıb. Onun sözlərinə görə, layihə "pitching" mərhələsini uğurla keçib və yaxın zamanda "Mən, Lalə, bir də Şerlok Holms" filminin tammetrajlı versiyasının çəkilişi planlaşdırılır. Filmin gələcəkdə kinoteatrlarda nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, layihənin ideya müəllifi Tural Sevdimalı, ssenari müəllifləri isə Tural Sevdimalı və Vüqar Hüseynovdur. Ailəvi, detektiv və komediya janrlarını özündə birləşdirən serial hər biri 50 dəqiqə olmaqla 12 seriyadan ibarətdir.

Serialın birinci mövsümündə hadisələr Muradın yay tətilini keçirdiyi kənddə cərəyan edir. Onun kitablarla tanışlığı, xüsusilə Artur Konan Doylun əsərləri vasitəsilə Şerlok Holms obrazının təxəyyülündə canlanması süjetin əsas xəttini təşkil edir. Layihənin başlıca məqsədi mütaliənin insan həyatındakı rolunu ön plana çıxarmaqdır. Eyni zamanda, Muradın zəngin təxəyyülü vasitəsilə müxtəlif tarixi və mədəni şəxsiyyətlər canlandırılır ki, bu da seriala maarifləndirici məzmun qazandırır. Layihədə uşaqlara dürüstlük, məsuliyyət, böyüklərə hörmət, ətraf mühitə qayğı və ictimai davranış qaydaları kimi dəyərlər aşılanır.

Yeni mövsümdə hadisələr 11 yaşlı Muradın ətrafında inkişaf edir. O, "Əlaçı" bilik yarışmasının qalibi olmağı arzulasa da, qaydalara əsasən yarışmada iştirak hüququnu itirir. Buna baxmayaraq, Murad Lalənin öz kəndlərini təqdim etməsi üçün ona dəstək olur və hazırlıq prosesində fəal iştirak edir. Süjet xəttində uşaqlar arasında rəqabət, dostluq münasibətləri və seçim qarşısında qalmaq kimi mövzular ön plana çıxır. Muradın xəyali dostu olan məşhur detektiv Şerlok Holms bu mövsümdə də ona dəstəyini davam etdirir.

"Mən, Lalə, bir də Şerlok Holms 2" serialı aprelin 19-dan etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirində tamaşaçılara təqdim olunacaq.//Milli.Az//

Nyus.Az




















Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az