• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 13-09-2026 Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
  • 13-09-2026 İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
  • 13-09-2026 Bu küçələrə giriş bağlandı
  • 13-09-2026 Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - VİDEO
  • 12-09-2026 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
  • 12-09-2026 Feyziyev qanunlarla ÜZ-ÜZƏ... - CƏZA GƏLDİ...
  • 12-09-2026 Sabiq müavinin xanımı ilə yarım milyonluq müqavilə imzalanıb - AY MAŞALLAH...
  • 12-09-2026 TƏCİLİ! Fəlakət ssenarisi reallaşdı: Neftin taleyi ONLARIN ƏLİNƏ KEÇDİ - FOTOLAR
  • 12-09-2026 Rusiyanı gözləyən YENİ TƏHLÜKƏ: Su qıtlığı Putinin planlarını poza bilər
  • 12-09-2026 Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
  • 12-09-2026 Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
  • 12-09-2026 Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
  • 12-09-2026 Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
  • 12-09-2026 Tanınmış iş adamı vəfat etdi
  • 11-09-2026 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
  • 11-09-2026 Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
  • 11-09-2026 Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
  • 11-09-2026 Lənkəranda ağacları kim yeyir?! - FOTO
  • 11-09-2026 Oman sahillərində iki gəmi VURULDU
  • 11-09-2026 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VIDEO

XƏBƏRLƏR

    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
20-02-2026, 12:59

Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:Xanım direktorun fəaliyyəti təftiş ediləcək?!

Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:Xanım direktorun fəaliyyəti təftiş ediləcək?!


Onu vəzifəsini itirəcəyi yox, daha çox bu günə qədər olub-bitənlərlə bağlı sorğu-sual edləcəyi rahat buraxmır

Yenixeber.org: Üç gün əvvəl TƏBİB-in rəhbəri vəzifəsindən kənarlaşdırılan Vüqar Qurbanovun həbs ediləcəyi ilə bağlı məlumatlar tirajlandı. İddialara görə, məsələ təkcə kadr dəyişikliyi ilə yekunlaşmaya bilər. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı iddia olunur. Hakim dairəyə yaxın media resurslarında yayılan məlumatlarda, sabiq rəhbərin yaxın günlərdə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcəyi, həbsinin qaçılmaz olduğu iddiaları səslənir. Söhbət maliyyə intizamı, satınalmalar, kadr təyinatları və struktur qərarlarının qanunauyğunluğundan gedir.

TƏBİB son illər milyardlarla manatlıq dövlət vəsaitinin dövriyyədə olduğu quruma çevrilib. Bu isə avtomatik olaraq şəffaflıq və hesabatlılıq məsələsini prioritetə çıxarır. Əgər audit və ya istintaq nəticəsində pozuntular aşkar edilərsə, cinayət işinin başlanması istisna deyil...

Vüqar Qurbanovun sevimli kadrı təşvişdə...

2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun özü və yüksək vəzifələrə təyin etdiyi kadrlarının “özfəaliyyəti” ilə bağlı mediada silsilə yazılar dərc edilirdi... Bu yazılarda səhiyyə xidmətinin yararsızlığından tutmuş, formaca müxtəlif korrupsiya əməlləri ictimailəşirdi. Və bu məlumatlar da, heç zaman təkzib edilmirdi. Nəhayət, bu günlərdə indiyədək tirajlanan məlumatların nəticəsi müşahidə olunur...

Vüqar Qurbanovun kadrları demişkən...Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, TƏBİB-in sabiq “şef”inin sevimli kadrlarından sayılan Abşeron Rayon Mərkəzi Xəstəxanasının hazırkı direktoru Səkinə Sadıxovanın başı üzərində “qara buludlar dolanır”. Vüqar Qurbanovun başına gələnlərdən sonra Səkinə xanımın dərin sarsıntı keçirdiyi, psixoloji gərginlik səbəbindən de-fakto idarəçilikdən kənarda qaldığı bildirilir...

Bəs xanım direktorun təşvişinə səbəb nədir? Bu haqda bir az sonra.

Xatırladaq ki, Səkinə Sadıxova 23 noyabr 2019-cu ildə Sumqayıt şəhər Səhiyyə Şöbəsinə müdir təyin edilib. Bundan əvvəl isə Sumqayıt şəhər Səhiyyə Şöbəsində müdir müavini olub. Daha sonra “Sumqayıt Tibb Mərkəzi”nin direktoru postunu tutub. 30 dekabr 2023-cü ildə bu vəzifədən kənarlaşdırılıb. Vüqar Qurbanov Səkinə xanıma xüsusi sayqı nümayiş etdirərək, 9 fevral 2024-cü ildə onu özünə müşavir gətirir. 27 dekabr 2024-cü ildə isə xanım Sadıxova yeni vəzifəyə- Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru kürsüsünə sahiblənə bilir.

***

Hər şey 23 noyabr 2019-cu ildən-Səkinə Sadıxova Sumqayıt şəhər Səhiyyə Şöbəsinə müdir təyin edildiyi gündən başlayır. Ölkənin üçüncü böyük şəhərinin səhiyyəsinə rəhbərlik edən xanımın adı müxtəlif qanunazidd əməllərdə hallanmağa başlayır.

Şəhər əhalisi Səkinə Sadıxovanın sələfinin “ölənlərinə rəhmət oxumalı olur”. Səhiyyə xidmətində nizamsızlıq, tibbi personalın addımbaşı özbaşınalığı, tibbi avadanlıq və ləvazimatların təminatında, təmir-abadlıq işlərində korrupsiya ittihamları Səkinə xanımın adı ilə qoşa çəkilir, eyni yazılır.Təbii ki, böyük himayədarının sayəsində...

Artıq “Sumqayıt Tibb Mərkəzi”nin direktoru olan bu xanımla bağlı durum o dərəcəyə çatır ki, onun barəsində Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə cinayət işi başlanır:

179.3.2 – külli miqdarda mənimsəmə

308.1 – vəzifə səlahiyyətlərindən sui-istifadə

313 – vəzifə saxtakarlığı

Maraqlı, daha çox da, anlaşılmazdır ki, sonradan aidiyyatı orqanlar bu haqda hansısa açıqlama verdmədi. Hansısa gözəgörünməz əl bu xanımı “sudan quru çıxara bildi”. Zamanında bu əməllərlə bağlı mediada ardıcıl yazılıb. Konkret adlarla, məbləğlərlə faktlar sadalanıb.

(Google üzərindən bir axtarış etməklə bu yazılarla tanış olmaq olar deyə, geniş yazmırıq. Red.)

Nəhayət Sumqayıt sakinləri xanım direktoru de-fakto qovmaq məcburiyyətində qalır. Vəziyyətin nəzarətdən çıxacağını görən Vüqar Qurbanov, 9 fevral 2024-cü ildə sevimli kadrını özünə müşavir təyin etməklə xilas edir. Lap elə pişik balasını daşıyan kimi...

Abşeron səhiyyəsinin qara günləri...

Sumqayıtdan sonra qara günlərini yaşamaq növbəsi Abşeron səhiyyəsinə çatır...Belə ki, Vüqar müəllim Səkinə xanımı bir daha sevidirir: 27 dekabr 2024-cü ildə onu Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru postuna təyin edir. Yeni direktor yeni vəzifəsində də, köhnə prinsiplərindən ayrıla bilmir. Eyni ilə Sumqayıtda olduğu kimi səhiyyə xidmətindəki yarıtmazlıq, kadr seçimindəki maraqlı yanaşmalar, qohumbazlıq və s.

Çox keçmir ki, Abşeron rayonu səhiyyə problemi ilə bağlı şikayət olunan rayonlar sırasında ön sırada yer alır. Şikayətçilər arasında isə şəkər xəstələri xüsusi üstünlüyə sahib olur: lazımı dərman preparatlarının və ölçmə ləvazimatlarının təminatında ciddi problemlər yaşanır...

Xüsusi ilə cərrahi əməliyyatlarda İcbari Tibbi Sığorta “unudulur”. Hansı ki, TƏBİB-in başlıca funksiyası məhz, İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlıdır...

Qan və digər analizlərlə bağlı məsələ isə bambaşqa bir aləmdir: Səkinə Sadıxovanın “uzaqgörənliyi” sayəsində əksər analizlər razılaşdırılmış şəkildə özəl klinikalarda gerçəkləşir. Ki, bu da müəyyənləşdirilmiş ödənişlərlə tənzimlənir. Və s.

Çox keçmir ki, bacısı – Gürcüstanda saxta diplom aldığı iddia edilən və tibb bacısı kimi fəaliyyət göstərdiyi bildirilən, Sədaqət Əfəndini Masazır Ailə Sağlamlıq Mərkəzinə rəhbər təyin etməsi ilə bağlı məlumatlar yayılır. Bu məlumatla bağlı medianın sorğusu da cavabsız qalır(?) Xatırladaq ki, Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunu yaxın qohumların tabelilik münasibətlərində işləməsini qadağan edir!



Yeri gəlmişkən xanım direktorun işə gəlişi-gedişi zamanı xəstəxananın mühafizə xidməti tərəfindən xüsusi təmtəraqla qarşılanıb, yola salınması da yumşaq desək birmənalı qarşılanmır...

Bu da, sonun başlanğıcı...

Səkinə Sadıxovanın himayəçiləri sırasında tək Vüqar Qurbanovun adı hallanmır. Bu sırada onun müavini Araz Nəsirovun və İcbari Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyevin də adı yer alır. Amma, bu gün, o gün deyil: durum dəyişib. İndi adları çəkilənlər nəinki kimisə, heç özlərini belə qorumaq iqtarında deyillər. Vüqar Qurbanovun onları da, özü ilə aparacağı gözlənilir.

Bu “qoşqu”da Səkinə Sadıxovanın da olacağı istisna deyil. Yenixeber.org-a ötürülən məlumat görə, bunun fərqində olan xanım Sadıxova dərin sarsıntı içində yeni himayədarlar axtarışındadır. Hətta, bu istiqamətdə müəyyən çabalar açıq müstəviyə keçib...

Məlumata görə, onu vəzifəsini itirəcəyi yox, daha çox bu günə qədər olub-bitənlərlə bağlı sorğu-sual edləcəyi rahat buraxmır. Artıq TƏBİB-in bir sıra tabeli strukturlarında, eləcə də, Abşeron Rayon Mərkəzi Xəstəxanasında təftişlə bağlı qərar verildiyi bildirilir. Bunun necə nəticələnəcəyi zaman məsələsidir. Bəzən isə zaman sonun başlanğıcı olur...(Yenixeber.org)
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

[b]Nyus.Az[/
b]

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az