• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü
  • 03-06-2026 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
  • 03-06-2026 Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
  • 03-06-2026 Ağdaşda ağır qəza: Ölən və yaralanan var
  • 03-06-2026 50 qramı belə təhlükəlidir - Yeməyin
  • 03-06-2026 Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı
  • 03-06-2026 Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi"
  • 03-06-2026 Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
  • 03-06-2026 "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
  • 03-06-2026 “Qarabağ”ın iki futbolçusu Çempionlar Liqasının ən yaxşıları arasında
  • 03-06-2026 Tramp Tehranla bağlı xəbərləri təkzib etdi
  • 03-06-2026 Naxçıvandakı ağır qəzada ölənlərin sayı artıb
  • 03-06-2026 TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəridir - Marko Rubio
  • 03-06-2026 İctimai nəqliyyat ödənişlərində yenilik
  • 03-06-2026 "34 yaşı var, qızları göstərirsən, evlənmək istəmir"
  • 02-06-2026 Dünyanın ən dəyərli klubları bilindi
  • 02-06-2026 Bu gün maşınla yola çıxanların DİQQƏTİNƏ

XƏBƏRLƏR

    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
    Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
    Azərbaycan U-21 millisində dəyişiklik
    Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
    Qarşıdakı 5 illə bağlı alimlərdən XƏBƏRDARLIQ
    Hər gün 2 qaşıq yeyin, görün nə olur...
    “Kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam”
8-02-2026, 08:29

"Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu yenilik

"Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu yenilik


Azərbaycanda kartdan karta pul köçürmələri sahəsində yeni mərhələ başlayıb. Artıq "card to card" əməliyyatları kart prosesinq sistemi üzərindən deyil, Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilir. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu dəyişiklik bankların daxili infrastrukturunda yeniliklər yaradır və onlara bir sıra texnoloji və əməliyyat üstünlükləri qazandırır. Maraqlıdır, AÖS-ün üstünlükləri nədir? Bu sistem gündəlik pul əməliyyatlarını nə dərəcədə asanlaşdıracaq?

Nyus.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Milli magistral yol"

Maliyyə eksperti İsmayıl Məmmədov deyir ki, Ani Ödənişlər Sistemi (AÖS) müxtəlif banklardakı hesablar arasında pul köçürmələrini bir neçə saniyədə həyata keçirən milli ödəniş infrastrukturudur: "Onu ölkə daxilində işləyən, mərkəzləşdirilmiş "pul körpüsü" kimi təsəvvür edə bilərsiniz. Ən əsası, AMB tərəfindən idarə olunur və əməliyyatlar birbaşa bank kartları deyil, bank hesabları səviyyəsində aparılır. Deyək ki, əvvəllər "card to card" köçürməsi üçün pul, xarici və ya beynəlxalq kart şəbəkələrinin içindən keçməli idi. Bu, bəzən vaxt ala bilərdi və müəyyən riskləri də var idi. İndi isə bu əməliyyat AÖS adlı yeni, geniş və sürətli bir "milli magistral yol"a yönləndirilir. Yəni, pul köçürməsi birbaşa Azərbaycan daxilində, Mərkəzi Bankın nəzarəti altında və daha qısa marşrutla həyata keçirilir. Bu, prosesi daha sürətli, daha təhlükəsiz və banklar üçün daha səmərəli edir".

"Əsaslı və müsbət dəyişikliklər gətirir"

Ekspert deyir ki, bu keçid banklar üçün əsaslı və müsbət dəyişikliklər gətirir: "İlk növbədə xərcləri azaldır. Mərkəzi Bank AÖS üzrə bu xidmətə görə banklardan xidmət haqqı tutmur. Əvvəlki xarici şəbəkələr üzrə xidmət haqqı ödənilirdi. Həmçinin, proseslər optimallaşdırılır. Yəni, birdən çox xarici tərəflə işləmək əvəzinə, bütün daxili köçürmələr üçün vahid bir milli sistemə keçid bankların daxili iş proseslərini sadələşdirir. Təhlükəsizliyin güclənməsi isə, ən kritik dəyişiklikdir. Köhnə sistemdə bank yalnız kart nömrəsini görürdü. AÖS-də isə əməliyyatlar hesab səviyyəsində aparıldığı üçün həm göndərən, həm də alan tərəf daha dəqiq identifikasiya olunur. Bu, fırıldaqçılıq əməliyyatlarının anında aşkarlanmasına və kart məlumatlarının oğurlanması riskinin azalmasına kömək edir".

"Birbaşa xərc aradan qalxır"

Mütəxəssis vurğulayır ki, bankların bu əməliyyat üçün Mərkəzi Banka ödədiyi birbaşa xərc aradan qalxır: "Bu, banklara komissiyaları azaltmaq və ya yenidən nəzərdən keçirmək üçün real fürsət yaradır. Hər bank öz tarif və qiymət siyasətini müstəqil formalaşdırır. Sistem xərcləri aşağı salır, amma bunun müştəriyə endirim şəklində ötürülməsi hər bir bankın strateji qərarından asılıdır. Sistem sürətlidir. Köçürmələr bir neçə saniyə ərzində başa çatacaq. Sistemin fırıldaqçılığa qarşı daha güclü nəzarət imkanları olduğunu bilmək rahatlıq verəcək. Əlavə olaraq, bütün daxili köçürmələrin vahid, sürətli bir kanaldan getməsi, texniki problem ehtimallarını da aşağı sala bilər. Bu keçid yalnız texniki bir dəyişiklik deyil, Azərbaycanda ödəniş ekosisteminin daha müstəqil, sürətli, təhlükəsiz və səmərəli olması istiqamətində atılmış böyük bir addımdır. Müştərilər bunun faydasını birbaşa sürət və təhlükəsizlikdə hiss edəcək, uzunmüddətli perspektivdə isə tariflərdə də müsbət dəyişikliklər gözləmək olar".

Hesab mərkəzli yanaşmaya keçid

Kibertəhlükəsizlik üzrə ekspert Mehman İsgəndərov deyir ki, AÖS üzərindən "card to card" əməliyyatları rəqəmsal ödəniş ekosistemində risklərin azaldılması istiqamətində mühüm addımdır: "Ənənəvi kart şəbəkələri üzərindən aparılan əməliyyatlarda əsas identifikasiya elementi kart nömrəsi idi. Bu isə kart məlumatlarının oğurlanması, nüsxələnməsi və üçüncü şəxslər tərəfindən sui-istifadəsi riskini artırırdı. AÖS isə əməliyyatları kart səviyyəsindən hesab səviyyəsinə keçirərək bu riski əhəmiyyətli dərəcədə azaldır".

Kart məlumatlarının dövriyyəsinin minimuma endirilməsi

Ekspert deyir ki, AÖS üzərindən həyata keçirilən əməliyyatlarda kart nömrəsi, CVV kodu və digər həssas məlumatlar birbaşa dövriyyəyə daxil olmur. Bu isə kart oğurluğu və klonlaşdırılması hallarında potensial zərərin qarşısının alınmasına ciddi töhfə verir: "Praktiki olaraq, kart məlumatı ələ keçirilsə belə, həmin məlumatlarla AÖS üzərindən birbaşa köçürmə aparmaq mümkün olmur. AÖS-ün əsas üstünlüklərindən biri əməliyyatların real vaxt rejimində emal və monitorinq edilməsidir. Qeyri-adi məbləğlər, təkrarlanan köçürmələr, müştərinin əvvəlki maliyyə davranışına uyğun olmayan əməliyyatlar sistem tərəfindən dərhal analiz olunur. Şübhəli hallar bankların daxili risk və nəzarət mexanizmlərinə operativ ötürülür və zərurət yarandıqda əməliyyat dərhal bloklana bilir. AÖS-də tətbiq olunan hesab əsaslı identifikasiya modeli köçürmənin kimə və hansı banka edildiyini açıq şəkildə göstərir. Bu yanaşma səhv köçürmələrin, anonim tranzaksiyaların və mübahisəli halların sayını azaldır. Eyni zamanda müştərilər üçün etimad səviyyəsini yüksəldir, banklar üçün isə hüquqi risklərin idarə edilməsini asanlaşdırır".

Çevik, təhlükəsiz, şəffaf sistem

Ənənəvi ödəniş sistemləri ilə müqayisəsinə gəldikdə isə, M.İsgəndərov vurğulayır ki, ənənəvi ödəniş sistemləri əsasən əməliyyatdan sonrakı nəzarət mexanizmlərinə əsaslanırdı: "AÖS isə real vaxt monitorinqi, mərkəzləşdirilmiş nəzarət və hesab səviyyəsində identifikasiya kimi üstünlüklərlə seçilir. Bu xüsusiyyətlər sistemi daha çevik, daha təhlükəsiz və şəffaf edir. Həmçinin, AÖS-ün tətbiqi ilə birlikdə süni intellekt əsaslı fırıldaqçılıq aşkarlama sistemlərinin, davranış analitikasına əsaslanan risk modellərinin və banklararası məlumat mübadiləsinin daha da genişlənəcəyi gözlənilir. Bu proses ölkədə rəqəmsal maliyyə mühitinin dayanıqlığını və kibertəhlükəsizlik səviyyəsini növbəti mərhələyə daşıyacaq".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az