• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-07-2026 Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
  • 21-07-2026 Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
  • 21-07-2026 İyulun 22-də bütün pensiyalar köçürüləcək
  • 21-07-2026 Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
  • 21-07-2026 Bakıda təcili tibbi yardım üçün motosikletlər istifadəyə veriləcək
  • 21-07-2026 Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
  • 21-07-2026 Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - VİDEO
  • 21-07-2026 Bayramovun Moskva səfərindən 1 gün sonra... - Səfirliyimiz NİYƏ vuruldu?
  • 21-07-2026 4 rayonda İŞIQ OLMAYACAQ
  • 21-07-2026 "Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
  • 21-07-2026 Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
  • 21-07-2026 "Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
  • 21-07-2026 Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” - VİDEO
  • 21-07-2026 Yamalın atası Messidən gənc imiş
  • 21-07-2026 "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
  • 21-07-2026 Aaron Maluda “Bazel”ə keçə bilər
  • 21-07-2026 “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas

XƏBƏRLƏR

    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
26-01-2026, 05:23

Xəstə uşaq fotoları ilə pul toplayanlara qarşı cəza ciddiləşir

[center]Xəstə uşaq fotoları ilə pul toplayanlara qarşı cəza ciddiləşir[/center]

Son vaxtlar sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqlar üçün yardım çağırışlarının sayında artım müşahidə olunur. Bu paylaşımlar cəmiyyətdə həmrəylik və mərhəmət hissini gücləndirsə də, bəzi hallarda xeyirxahlıq duyğularının istismar edildiyi faktlar da üzə çıxır. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sosial şəbəkələrdə xəstə uşaqların foto və video görüntülərini paylaşaraq yardım adı altında vəsait toplamaqda şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, o, müxtəlif səhifələr vasitəsilə vətəndaşları emosional mətn və görüntülərlə təsirləndirərək bank kartlarına ianələr köçürülməsinə nail olub. Toplanan pul isə ehtiyac sahiblərinə deyil, şəxsi məqsədlərə yönəldilib. Bu fakt bir daha sosial şəbəkələrdə yayılan yardım çağırışlarının nə dərəcədə etibarlı olması barədə müzakirələri aktuallaşdırıb.

Bu çağırışların doğru olduğunu necə müəyyənləşdirməliyik?

Nyus.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"İnternet və texnologiya inkişaf etdikcə bu tip təhlükələrin sayı artır"

Milli Məclisin deputatı Vüqar İskəndərovun sözlərinə görə, sosial şəbəkələrdə köməyə ehtiyacı olan insanları paylaşaraq vətəndaşların duyğuları ilə oynanılması halları artmaqdadır. O bildirib ki, insanlara kömək etmək, yardım göstərmək gözəl haldır və bu, sosial məsuliyyətdir: "Hər birimiz birlik və həmrəylik nümayiş etdirməliyik. Amma bu kimi risklər də qaçılmazdır. İnternet və texnologiya inkişaf etdikcə bu tip təhlükələrin sayı artır. Xüsusilə sadə insanlar hansı məlumatların doğru, hansının yalan olduğunu fərqləndirə bilmirlər". Deputatın fikrincə, bu cür hallardan qorunmağın yolu maariflənmədən keçir.

V.İskəndərov qeyd edib ki, vətəndaşlar kömək etmək istədikdə bir neçə məqama diqqət etməlidirlər: "Müraciət edən şəxs müəyyən olunmalı, onun haqqında ətraflı məlumat əldə edilməlidir. Həqiqətən həmin ünvanda yaşayırmı? Həqiqətən yardım istədiyi şəxsin köməyə ehtiyacı varmı? Yalnız araşdırdıqdan sonra addım atmaq lazımdır".

Deputatın sözlərinə görə, burada ictimai qınaq da olmalıdır: "Eyni zamanda hüquq-mühafizə orqanlarına müraciət edilməlidir".

"İnsanları necə ələ almaq lazım olduğunu yaxşı bilirlər"

"Güvən" xeyriyyə təşkilatının təsisçisi Nigar Bayramlı bildirib ki, bu kimi dələduzluq halları əvvəlki dövrlərdə də mövcud olub: "Sadəcə son dövrlərdə onların sayı kifayət qədər artıb. Belə şəxslər həm köməyə ehtiyacı olan insanlara mane olur, həm də xeyriyyə işi ilə məşğul olan təşkilatlara ciddi təsir göstərirlər". N.Bayramlı qeyd edib ki, onların paylaşdığı bir çox xeyriyyə çağırışları fırıldaqçılar tərəfindən götürülərək öz səhifələrində paylaşılır. Bu hallar aşkar edildikdə isə həmin şəxslərə yazarkən əksər hallarda blok edilirlər.

N.Bayramlı bildirib ki, rəhbərlik etdiyi təşkilat əsasən bölgələrdə xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur: "Bu səbəbdən də bölgələrin icra hakimiyyətləri və ictimai birliklərlə əməkdaşlıq edirlər. Köməyə ehtiyacı olan şəxslər bu şəkildə müəyyənləşdirilir. Ehtiyac yarandıqda isə məlumatların doğruluğu mütləq şəkildə yoxlanılır".

N.Bayramlının sözlərinə görə, bəzən sosial şəbəkələrdə xəstə uşaqların ağır musiqi fonunda, yalvarış üslubunda paylaşıldığı müşahidə edilir. Bunların hamısı vizual manipulyasiyadır. Fırıldaqçılar insanları necə ələ almaq lazım olduğunu yaxşı bilirlər.

Beş ildən 10 ilə qədər həbs

Hüquqşünas Ceyhun Cəfərlinin sözlərinə görə, fırıldaqçılıqla məşğul olan şəxslər dələduzluq maddəsi ilə 10 ilə qədər həbs oluna bilərlər: "Bu kimi hallar əgər əhalini aldatmaq məqsədilə törədilibsə, kifayət qədər vəsait toplanması ilə nəticələnibsə, dələduzluq cinayəti hesab olunur. Dələduzluq yolu ilə əldə edilən vəsait külli miqdardırsa, yəni məbləğ 50 min manatdan 500 min manatadəkdirsə, buna görə müəyyən olunan cəza 5 ildən 10 ilə qədərdir".

C.Cəfərli hesab edir ki, belə halların qarşısının alınması üçün bu kimi dələduzluq hallarına baş vuran şəxslər ciddi şəkildə cəzalanmalıdır: "İnsanların duyğularının istismar edilməsi həm cəmiyyət, həm də dövlət tərəfindən qınanılmalıdır. Həm insanlar, həm məhkəmə sistemi belə dələduzlara qarşı barışmaz mövqedə olmalıdır. Çünki bu kimi yardımlar nə qədər köməyə ehtiyacı olan şəxsləri xilas edə bilər. Nə qədər insan belə xeyriyyəçilik işləri nəticəsində xilas olunub. O səbəbdən insanların mərhəmət duyğusu istismar edilməməlidir. Artıq süni intellekt vasitəsilə də görüntü yaradaraq insanları aldada bilirlər. Belə halları gördükcə insanlarda şübhələr formalaşır. Artıq həqiqi ehtiyacı olan insanlara da kömək etmək istəmirlər".

"Polis tərəfindən mütəmadi tədbirlər həyata keçirilir"

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirdi ki, son dövrlər sosial şəbəkələrdə "körpələrə yardım", "fiziki qüsurlu uşaqlara ianə", "təcili əməliyyat üçün pul lazımdır" tipli çağırışlara rast gəlinir. Amma əksər hallarda həmin paylaşımlar insanların hisslərini manipulyasiya edərək dələduzluq yolu ilə pul qazanmağa hesablanır: "Bu cür hallar həm çaşqınlıq yaradır, həm də real ehtiyacı olan şəxslərə yardım etmək istəyən vətəndaşların tərəddüd etməsinə səbəb olur. Belə hüquqazidd əməllərin yol verildiyi səhifələrə qarşı isə polis əməkdaşları tərəfindən mütəmadi olaraq əməliyyat-texniki tədbirlər həyata keçirilir. Vətəndaşlara təsdiqlənməmiş bank hesablarına və ya qeyri-müəyyən mənbələrə vəsait köçürmədən əvvəl məlumatları diqqətlə yoxlamağı, rəsmi və etibarlı yardım mexanizmlərinə üstünlük vermələrini tövsiyə edirik".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az