
Bakı şəhər Xətai rayonunda müxtəlif təyinatlı yollar qardan təmizlənib.
Nyus.Az bu barədə Xətai Rayon İcra Hakimyyətinə (RİH) istinadən xəbər verir.
Məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Xətai rayonuna yağan qar nəticəsində müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün tədbirlər görülüb, yollar qardan təmizlənib. Bütün yollar boyu təhlükəsiz və fasiləsiz hərəkət təmin olunu.
Nyus.Az

























