• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-10-2026 Sabah yeni ombudsman seçiləcək
  • 29-10-2026 Bakının iki rayonunda qaz kəsiləcək
  • 29-10-2026 Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib FOTO
  • 29-10-2026 Gəncədə doğulan SSRİ marşalı erməniləri üz-üzə qoydu – Zaxarovadan sərt reaksiya!
  • 29-10-2026 Yaponiyada güclü zəlzələ baş verdi
  • 29-10-2026 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
  • 29-10-2026 Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
  • 29-10-2026 Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
  • 29-10-2026 Məktəbdəki insidentlə bağlı açıqlama
  • 29-10-2026 Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin
  • 29-10-2026 BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
  • 29-10-2026 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
  • 29-10-2026 Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
  • 29-10-2026 Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
  • 29-10-2026 Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - VIDEO
  • 29-10-2026 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
  • 29-10-2026 Azərbaycanda hotel sektorunda nə baş verir?
  • 29-10-2026 "Həyat yoldaşım iki ev arasında qalıb" - Nadir Qafarzadə
  • 28-10-2026 Lerikin İcra Hakimiyyəti “ELNUR-2” şirkəti hələ də işbirliyindədi... – Hesablama Palatasının aşkarladığı pozuntulara baxmayaraq
  • 28-10-2026 Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz

XƏBƏRLƏR

    Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
    Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
    Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
    Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
2-01-2026, 07:42

Cəmiyyətdə nüfuzlarını itirmiş "sabiqlər" Xətai RİH-nin tədbirlərinə dodaq büzürlər

Cəmiyyətdə nüfuzlarını itirmiş "sabiqlər" Xətai RİH-nin tədbirlərinə dodaq büzürlər


Məlum olduğu kimi, Xətai rayonunda 29.12.2025-ci il tarixdə rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı və C.Naxçıvanski adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bayram konserti təşkil olunub.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Hərbi Liseyin rəhbərliyhi, müəllim heyəti və kursantlar iştirak ediblər.
Tədbirin bədii hissəsində Xalq artisti Röya Ayxanın iştirakı ilə bayram konserti təqdim edilib. Müğənninin ifasında səslənən sevilən mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb, konsert iştirakçılara xoş bayram əhval-ruhiyyəsi bəxş edib.

Bayram proqramı milli-mənəvi dəyərlərin təbliği, gənc kursantlarda həmrəylik və vətənə bağlılıq ruhunun daha da gücləndirilməsi məqsədi daşıyıb.
Tədbirin bədii hissəsində Xalq artisti Röya Ayxanın iştirakı ilə bayram konserti təqdim edilib. Müğənninin ifasında səslənən sevilən mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb, konsert iştirakçılara xoş bayram əhval-ruhiyyəsi bəxş edib.

Bayram proqramı milli-mənəvi dəyərlərin təbliği, gənc kursantlarda həmrəylik və vətənə bağlılıq ruhunun daha da gücləndirilməsi məqsədi daşıyıb.
Lakin xoşagəlməz haldır ki, Xalq artisti Röya Ayxanın Xətai rayon İcra Hakimiyyətində qarşılanması momentini əks etdirən görüntülər qabardılaraq rayon rəhbərliyi barədə tənqidi paylaşımlar diqqəti çəkir.

İddia olunur ki, guya heç qazilər Xətai RİH-nin başçısının qəbuluna düşə bilmədikləri halda müğənninin təmtəraqlı qarşılanması xoşagələn hal deyil.

RİH-dən verilən açıqlamada isə bildirilib: "Xalq artisti Röya Ayxan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Xətai rayonu ərazisində yerləşən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şagirdləri üçün konsert proqramı ilə çıxış edib. Tədbirdə icra başçısı, millət vəkilləri, şəhid və qazi ailələri və digər qonaqlar iştirak ediblər. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin memarı olduğu Liseyin muzeyi ziyarət olunub".
Fikir verdinizsə, açıqlamada sözügedən tədbirdə şəhid və qazi ailələrinin də iştirak etdikləri qeyd olunub. Bundan əlavə, qazilər yaxın keçmişin, hərbi liseyin şagirdləri isə gələcəyin hərbçiləridirlər. Yəni şəhidlərimiz və qazilərimiz, eləcə də digər Vətən müharibəsi iştirakçıları ölkəmizin ərazi bütövlüyünü bərpa ediblərsə, həmin əraziləri qorumaq vəzifəsi yetişməkdə olan gənc hərbçilər nəslinin üzərinə düşür. Başqa sözlə, bu müstəvidə gənc hərbçilərə diqqət elə onların sələflərinə diqqət deməkdir.
Ümumiyyətlə, torpaqlarımızın 30 illik işğaldan qurtulması ilə nəticələnən Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin ailələri, qazilər, onların qayğı və problemləri Xətai rayon rəhbərliyinin diqqət mərkəzindədir. RİH başçısının yerlərdə keçirdiyi səyyar görüşlərdə və RİH-nin inzibati binasında təşkil olunan qəbullarda iştirak edən sakinlərin və həssas kateqoriyadan olan şəxslərin müraciətləri tək-tək dinlənilir. Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, dərman preparatlarının verilməsi və digər məsələlər təşkil edir.

Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapır, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilir. Sakinlər, o cümlədən şəhid ailələri, qazilər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Onu da qeyd edək ki, Xətai rayonu ərazisində qeydiyyatda olan şəhid ailələri və Vətən müharibəsi əlilləri Xətai Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə götürülmüş və onlardan çoxu artıq mənzillə təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında xeyli sayda şəhid ailələri üzvləri və Vətən müharibəsi iştirakçıları işlə təmin olunmuşdur.

Xətai rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən rayonun şəhid ailələri ilə mütəmadi görüşlərin keçirilməsi davam edir. Şəhidlərin doğum günü ilə əlaqədar olaraq Xetai rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayondan seçilmiş millət vəkilləri, digər idarə və müəssisə rəhbərləri, şəhidlərin hərbçi yoldaşları və ailələri ilə birlikdə şəhidlərin məzarları ziyarət olunur və üzərlərinə gül dəstələri qoyulur. Cənab Rafiq Quluyev şəhid ailələrinə baş sağlığı verir və vətən üçün canından keçən övladların heç zaman unudulmayacağını bildirir. Bundan əlavə, ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğısının olduğu və bunun davamlı olacağı ziyarət iştirakçılarının diqqətinə çatdırılır.
O ki qaldı Xətai rayon rəhbərliyinin rayonda başqa müstəvilərdə həyata keçirdiyi təqdirəlayiq işlərə, bunlar ayrı söhbətin mövzusudur və yəqin ki, 2025-ci ilin yekun göstəricilərinə dair tezliklə açıqlanacaq statistik məlumatlarda öz əksini tapacaqdır.

Şəhid ailələri və müharibə əlilləri Xətai RİH-nin diqqət mərkəzində saxladığı əsas məsələdir, ancaq yeganə məsələ deyil. Bayram və əlamətdar günlərdə rayon sakinlərinə xoş ovqat yaşadan qonaqları qarşılamaq da qabiliyyət tələb edir. Ucuz mövzularla cəmiyyətdə müzakirə açmaq cəhdləri isə çox vaxt vəzifəsini, içtimai mövqeyini və nüfuzunu itirmiş, qapısı qonaqsız qalmış, özü də qonaq çağırılmayan səbatsız sabiqlərin unudulmaq qorxusunun təzahürü kimi, yenidən gündəmə gəlmək istəyi kimi üzə çıxır.

Nisa Şirvanlı

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az